05 sen 22:55aktual

Hollandiyada oturanlar “Kəpəz”lə məzələnir

Hollandiyada oturanlar “Kəpəz”lə məzələnir
Xanlar Fətiyev avtobusu komandanın əlindən alıb
“Kəpəz” hələ premyer-liqada mübarizə apardığı dönəmdə günü qara idi. Beş kişinin əlinə baxan klubda zaman-zaman müxtəlif problemlər ortaya çıxırdı. Komanda birinci diviziona yuvarlanandan sonra isə qayğılar bir az da artıb.
Futbolinfo.az saytının yaydığı məlumata görə, geridə qalan üç mövsümdə “Kəpəz”liləri gəzdirən gözəgəlimli avtobus artıq komandaya məxsus deyil. Belə ki, klubun Müşahidə Şurasının üzvü, həm də Gəncə Avtomobil Zavodunun İdarə Heyətinin rəhbəri olan Xanlar Fətiyev zavodun balansında olan nəqliyyat vasitəsinin dayancağa aparılmasına dair göstəriş verib. Odu ki, müasir standartlara cavab verən avtobus artıq xeyli vaxtdı “Kəpəz”lilərdən uzaq düşüb. Futbolçular və məşqçi heyəti oyunlara klubun ixtiyarında olan kiçik tutumlu “Otoyol”la gedib-gəlir.
Maraqlıdı ki, MAZ markalı avtobusun “Kəpəz”dən birdəfəlik alındığını heç kim demir. Adını “ehtiyat hissələri gəlməlidi, onu gözləyirik” qoyublar. Təbii, bəhanədən başqa bir şey deyil. Sadəcə, sabiq icra başçısı Elmar Vəliyevin vəzifəsindən ayrılması Xanlar bəy kimi, başqalarının da əlinə “kozır” verib. Klubda kimin nəyi varsa, geri alırlar. Yenə o vaxt qorxub-çəkinəcəkləri yer var idi – başçı. İndi dərəbəylikdi. “Kəpəz” kimin nəyinə lazımdı?
Onsuz da klubun mətbuat katibi Azad Mustafayevlə söhbətdə yeni nəsə ala bilməyəcəyimizi bilirdik. Gəncədə yaşayan, klubda çalışan birinin məsələnin kökü haqda nəsə deməyəcəyi gün kim aydın idi. Sadəcə, etika xatirinə zəng etdik. Eşitdiklərimiz isə bunlar oldu: “Bəli, iritutumlu avtobus hazırda təmirdədi. Nə vaxt düzələcəyi haqda məndə dəqiq məlumat yoxdu. Yəqin ki, qısa vaxtda nəqliyyat vasitəsindəki nasazlıq aradan qaldırılar. Buna baxmayaraq, hazırda “Kəpəz” avtobussuz deyil. Komandanı oyunlara aparıb-gətirən nəqliyyat vasitəsi var”.
Deyək ki, Azad bəy bu fakta don geydirməyi bacardı. Bəs klub saytının fəaliyyətsiz qalmasına cavabı nədi? Hər iki aydan bir “ödəniş olunmadığı üçün sayta giriş qadağandı” məlumatını oxumağımızın səbəbi, sən demə, klubda çalışanlardan asılı deyil. Hər halda, Mustafayev belə deyir: “Ödənişə görə bağlanıb. Artıq ödəniş edilib, yaxın saatlarda saytın fəaliyyəti bərpa olunacaq. Burda bizlik bir şey yoxdu. Əməkdaşlıq etdiyimiz şirkətin serveri Hollandiyada yerləşir. Hər ayın 8-i ödəniş vaxtıdı. Lakin biz 5-nə qədər ödəyirik ki, problem olmasın. Amma yenə anlaşılmazlıq yaranır. Hər ayın əvvəli saytı dondururlar. Səbəbini bir neçə dəfə soruşmuşuq. Deyirlər ki, vaxtı bitən digər saytları bağlayanda səhvən sizin saytı da bağlayırıq. Yəni bizdən asılı olan məsələ deyil. Mayda 4 aylıq ödəniş etmişdik. Ödənişin vaxtı sentyabrın 8-də bitir. Gördüyünüz kimi, ayın 4-dü və artıq bağlayıblar”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar