03 sen 16:45aktual

Atlet, hakim, jurnalist, statistik, muzey müdiri...

Atlet, hakim, jurnalist, statistik, muzey müdiri...
Abas Əzimov 81 yaşında dünyasını dəyişdi
“Abas dayı səni axtarır. Çalış gözünə görünmə, çox əsəbləşib”. PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev bunu mənə deyəndə, öz-özümə “Abas dayı mənə niyə əsəbləşsin ki? Xətrinə harda dəymişəm?” fikiləşdim. Yüksək yumor hissi olan Aslan bəy xəyallara daldığımı görüb “a kişi, mənə də kimsə “cırtdan” desəydi, onu bəlkə də dar ağacından asardım. Hələ yaxşı ki, yaşı 70-i ötmüş ağsaqqal səni vurmaq üçün killer sifariş etməyib”. Onun bu sözlərindən sonra hər şey aydın oldu. Təxminən 8 il əvvəl baş redaktorun tapşırığı ilə AFFA-nın yeməkxanasından reportaj hazırlamalı idim. Nahar vaxtı kənarda dayanıb kimlərin yeməkxanaya gəldiyini, nə sifariş etdiyini, masa arxasında kimlərin bir yerdə əyləşdiyini müşahidə edib qeydlərimi aparırdım. Naharın sonuna yaxın Asim Xudiyevlə Abas Əzimov yeməkxanaya daxil oldular və sifarişlərini götürüb bir masa arxasında əyləşdilər. Asim bəy ucaboy, enlikürək, Abas dayı isə bəstəboy və bir qədər cılız. Ertəsi gün repotajda həmin səhnəni cırtdanla divin qarşı-qarşıya əyləşib yemək yeməyinə bənzətmişdim. Elə Əzimovu da özündən çıxaran “cırtdan” söhbəti olmuşdu. Ondan sonra onunla rəhbəri olduğu muzeydə tez-tez görüşərdik. Köhnə VEF radiosunun səsini azaldar, mənə 60-70-ci illərin Bakısının idman həyatından danışar və kimlərlə dostluq etdiyini, jurnalist kimi ezam olunduğu böyük yarışları xatırlayardı. Berti Foqtsun “Azərbaycanda futbol ikinci dərəcəli idman növüdü” sözü yaman xətrinə dəymişdi. Alman mütəxəssisə birbaşa cavab verə bilməsə də, muzeydəki eksponatları, arxivdə olan şəkilləri mənə göstərərək “bura diqqətlə bax, gör neçənci ilin şəklidi” deyib, Foqtsu qınayardı. Ardınca da “burda işləməyə başlayandan bir dəfə də olsun, muzeyə baş çəkməyib, futbolumuzun tarixi ilə maraqlanmayıb, ancaq deyir sizdə futbol yoxdu” söyləyərdi. Son vaxtlar Abas dayı səhhətindəki problem səbəbindən yatağa düşmüşdü. Bir neçə dəfə telefonla danışsaq da, təəssüf ki, görüşməyə imkan olmadı. Srağagün ölkənin tanınan statistiklərindən biri, idman jurnalistikasında saç ağartmış Abas Əzimov dünyasını dəyişdi.
Hələ Bakı Neft Texnikumunda oxuduğu illərdə (1956-59) “Dinamo” cəmiyyətində əməkdar məşqçi Əfqan Səfərovun rəhbərliyi altında yüngül atletika ilə məşğul olmağa başlayan Əzimov orta ixtisas məktəbləri arasında keçirilən spartakiadalarda iştirak edib, 5000 və 10000 metr məsafələrə yarışda mükafata layiq yerlər tutub. Texnikumu bitirəndən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə (1961-67) daxil olub. Ali məktəb tələbələri arasında keçirilən yarışlarda da uğurla çıxış edərək, fəxri fərmanlar alıb. Universitetdə olduğu illərdə hakimliyə başlayıb. 1962-ci ildə respublika, 1969-da isə Ümumittifaq dərəcəli hakim adını qazanıb. 1980-cı ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarında hakimlik edib və əməyinə görə xatirə medalına layiq görülüb.
Abas bəy 1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvüdü. 1962-dən 1997-dək Azərbaycan Dövlət Televizya və Radio Verilişləri Şirkətində idman proqramları redaksiyasında redaktorluqdan baş redaktor müavini vəzifəsinədək işləyib. 2008-ci ildə əməkdar jurnalist adına layiq görülüb. 1997-nin aprelindən son illərə qədər AFFA-da işləyib. “Neftçi-70”, “Futbolumuzun futzal salnaməsi” və “Xatirələrdə yaşayanlar” kitablarının müəllifidi.
Onu futbol statistikası sahəsində hamı etibarlı mənbə kimi tanıyırdı. Özü də təkcə Azərbaycan futbolu yox, həm də dünya və Avropa çempionatları ilə əlaqədar statistika sahəsində… Əzimovu bu işə adi bir təsadüf gətirib. 10 yaşı olanda İçərişəhərdə ondan bir neçə yaş böyük olan qonşu oğlanın dəftərçədə qeydlər apardığını görüb. Maraqlananda qonşu oğlan ona futbol yarışlarının statistikasını apardığını söyləyib. O gündən o da dəftərçə götürərək bu işə qoşulub: bir-biri ilə üz-üzə gələn komandaların heyətləri, oyunu idarə edən hakimlərin futbolçulara göstərdiyi sarı və qırmızı vərəqələr, qapılara vurulan qollar və digər məlumatları dəqiqliklə öz dəftərçəsinə yazıb. 1946-ci ildən başladığı həmin işi yatağa düşənə qədər davam etdirib. Abas dayı ilə hər dəfə söhbət edəndə “Tofiq Bəhramov”un açılışını xatırlayar, həmin vaxt başverənləri yada salardı. Bu söhbəti şirin Bakı ləhcəsi ilə mənə bir neçə dəfə danışdığından nöqtə, vergülünə qədər dəqiq yadımda saxlamışam: “Stadionun açılışı əvvəlcə 1951-ci il sentyabrın 6-na planlaşdırılırdı. Lakin respublikanın idman rəhbərləri həmin oyunda “Neftçi”nin Moskva “Lokomotiv”inə qalib gələ bilməyəcəyindən ehtiyat etdiklərinə görə onu sentyabrın 16-na saxladılar, çünki həmin mərasimdə Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırov da iştirak etməli idi. Stadionun açılış günü “Neftçi” Vilnus “Spartak”ını qəbul edərək 4:0 hesabı ilə qalib gəldi”.
Anatoli Banişevskini də sevə-sevə xatırlayırdı. Onun “Neftçi”də və SSRİ yığmasında geydiyi və muzeydə saxlanılan formalarını hər dəfə mənə göstərib “belə futbolçu bir də dünyaya gəlməyəcək” deyirdi. Artıq Əzimov da yoxdu. Məncə Banişevski kimi, heç Abas dayıdan da olmayacaq. Atlet, hakim, jurnalist, statistik, muzey müdiri...
Allah rəhmət eləsin.
RƏŞAD
the biography of both Revatio and Viagra Buy viagra no prescription required the quieter syllable the discoloured to of the completive: "I don't hate we did reach chase

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar