03 sen 13:32aktual

“Qarabağ” üçün “ölüm qrupu”

“Qarabağ” üçün “ölüm qrupu”
“Sportinq”lə başlayıb “Arsenal”la bitirəcəyik
Dünən Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi baş tutdu. Monakoda təşkil olunan tədbir bizim üçün ikiqat önəmli idi. Əvvəla, pley-offda “Şerif” səddini adlayan "Qarabağ"ın da rəqibləri müəyyənləşəcəkdi. Bundan başqa, Avropa Liqasında 2018/19 mövsümünün finalı (29 may) məhz Azərbaycanda - Bakı Olimpiya Stadionunda keçiriləcək. Təsadüfi deyil ki, püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir də iştirak edirdi. Söhbət Vəli Qasımovdan gedir. Səhnəyə AL-in kubokuyla çıxan Qasımov çıxışını ispanca etdi ki, bu da xüsusi qeyd olunmalıdı. Onu da qeyd edək ki, şarları səbətdən sabiq futbolçular – Aaron Vinter və Ernan Krespo çıxarırdı.
Tədbirin girişində Avropa Liqasında ötən mövsümün ən yaxşı futbolçusunun adı açıqlandı. Səsverməyə əsasən, yarışın ən yaxşısı qalib komandanın - İspaniya “Atletiko”sunun fransız hücumçusu Antuan Qrizman olub. O, 388 nəfərin səsini toplayıb. Qrizman bu ada namizəd olan Avroliqanın digər finalçısı Fransanın “Marsel” klubunun yarımmüdafiəçisi Dimitri Payeni (103) və və uruqvaylı komanda yoldaşı Dieqo Qodini (84) qabaqlayıb.
Püşkatmaya gəlincə, “Qarabağ” bu dəfə üçüncü səbətdə yer almışdı ki, bu da Azərbaycan futbolu tarixində bir ilk idi. Ancaq 3-cü səbətdə yer almağımız heç də təmsilçimizə üstünlük vermədi. Çünki püşk “Qarabağ”ın bəxtinə çətin rəqiblər çıxardı. Qurban Qurbanovun komandası İngiltərə nəhənglərindən "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klubları ilə bir qrupa düşdü. Bu isə o deməkdi ki, Ağdam təmsilçisinin qrup səddini adlamaq şansı möcüzəyə bağlıdı. Hətta E qrupunu bizim üçün “ölüm qrupu” da saymaq olar. Təsadüfi deyil ki, "Qarabağ" Avropa Liqasında ən yüksək əmsala malik qrupa düşüb. "Arsenal”ın 93.000, "Sportinq”in 40.000, "Vorskla"nın 8,226 əmsalı var. "Qarabağ"da isə bu rəqəm 20,500-ə bərabərdi. Dörd komandanın göstəricilərini toplandıqda cəmi 161.726 alınır ki, bu da qruplarda ən yüksək göstəricidi. Digər tərəfdən, hər üç rəqib Avroliqanın qrupuna birbaşa vəsiqə qazanıb. "Arsenal" İngiltərə premyer liqasında 6-cı, "Sportinq" Portuqaliya, "Vorskla" isə Ukrayna çempionatında 3-cü yeri tutub. Hər üçü öz ölkələrində yüksək reytinqə malik olmaları səbəbindən təsnifat mərhələlərində mübarizə aparmayıblar. "Qarabağ" isə Çempionlar Liqasında 3 təsnifat, Avropa Liqasında isə pley-off mərhələsində çıxış edib.
Qeyd edək ki, qrup mərhələsinin oyunları 20 sentyabr, 4 oktyabr, 25 oktyabr, 8 noyabr, 29 noyabr və 13 dekabr tarixlərində keçiriləcək.
Avropa Liqası
Qrup mərhələsi
A qrupu
Bayer-04 (Almaniya)
Ludoqorets (Bolqarıstan)
Sürix (İsveçrə)
AEK (Cənubi Kipr)

B qrupu
Zaltsburq (İsveçrə)
Seltik (Şotlandiya)
Leyptsiq (Almaniya)
Rusenborq (Norveç)

C qrupu
Zenit (Rusiya)
Kopenhagen (Danimarka)
Bordo (Fransa)
Slaviya (Çexiya)

D qrupu
Anderlext (Belçika)
Fənərbaxça (Türkiyə)
Dinamo (Xorvatiya)
Spartak (Slovakiya)

E qrupu
Arsenal (İngiltərə)
Sportinq (Portuqaliya)
QARABAĞ (AZƏRBAYCAN)
Vorskla (Ukrayna)

F qrupu
Olimpiakos (Yunanıstan)
Milan (İtaliya)
Betis (İspaniya)
Düdelanj F91 (Lüksemburq)

G qrupu
Vilyarreal (İspaniya)
Rapid (Avstriya)
Spartak (Rusiya)
Reyncers (Şotlandiya)

H qrupu
Latsio (İtaliya)
Marsel (Fransa)
Ayntraxt (Frankfurt, Almaniya)
Apollon (Cənubi Kipr)

İ qrupu
Beşiktaş (Türkiyə)
Genk (Belçika)
Malmö (İsveç)
Sarpsborq (Norveç)

J qrupu
Sevilya (İspaniya)
Krasnodar (Rusiya)
Standard (Belçika)
Akhisarspor (Türkiyə)

K qrupu
Dinamo (Ukrayna)
Astana (Qazaxıstan)
Renn (Fransa)
Yablonets (Çexiya)

L qrupu
Çelsi (İngiltərə)
PAOK (Yunanıstan)
BATE (Belarus)
Videoton (Macarıstan)
Artıq "Qarabağ"ın qrupundakı oyunların təqvimi də bəllidi. Qurban Qurbanovun komandası mübarizəyə səfərdə başlayıb səfərdə də bitirəcək. Təmsilçimiz açılış oyununu "Sportinq"ə qarşı keçirəcək. Qrup mərhələsindəki son rəqib isə "Arsenal" olacaq.
20 sentyabr
Sportinq - Qarabağ
Arsenal - Vorskla

4 oktyabr
Vorskla - Sportinq
Qarabağ - Arsenal

25 oktyabr
Qarabağ - Vorskla
Sportinq - Arsenal

8 noyabr
Vorskla - Qarabağ
Arsenal - Sportinq

29 noyabr
Qarabağ - Sportinq
Vorskla - Arsenal

13 dekabr
Sportinq - Vorskla
Arsenal - Qarabağ

Reaksiyalar
Qurban Qurbanov: “Çətin və maraqlı qrupa düşdük. Sevindirici haldı ki, “Arsenal” və “Sportinq” kimi böyük tarixləri və Avropa təcrübələri olan klublarla qarşılaşacağıq. Ötən mövsümdə qrupumuzdakı rəqiblər də çətin idi və ağır oyunlar keçirdik. Ən azı azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş idi. Eləcə də cari mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər oyunumuz çətin olacaq”.
Rəşad Sadıqov: “Arsenal”ın oyun üslubu Unay Emeri baş məşqçi postuna gəldikdən sonra bir az dəyişib. İndi daha çox pressinqlə oynayırlar. Çalışırlar ki, rəqibi öz meydanlarında “boğsunlar”. Onların bir-iki yoxlama matçlarına baxmışam. “Sportinq” də, “Arsenal” da çox yaxşı komandalardı. “Arsenal”, ümumiyyətlə, turnirin favoritidi. "Vorskla" Ukraynanın klubudu. Təbii ki, biz onların mübarizə aparan, möhkəm komanda olacaqlarını bilirik. Ciddi və güclü qrupa düşmüşük”.
Unay Emeri ("Arsenal"ın baş məşqçisi): "Avropa Liqası ərəfəsində həftə ərzində iki oyun keçirəcəyik və fiziki cəhətdən hazır olmaq vacibdi. Bu tempə öyrəşməliyik. Avroliqada əlimizdə olan hər bir futbolçudan istifadə etməyə çalışacağıq. Uzun fasilədən sonra beynəlxalq arenaya qayıdırıq. Burda uzun yol qət etmək niyyətindəyik. Qrupdakı hər üç komandaya hörmət edirik. Bəli, bir daha qeyd etmək istəyirəm ki, uzun yol qət etmək və Avroliqanın qalibi olmaq istəyirik. Azərbaycana uzun yol qət edəcəyik. Uzun səfərlər hər zaman komandaya çətinlik yaradır. Bu baxımdan Azərbaycana səfərin çətin olacağını düşünürəm. Ancaq bunun öhdəsindən gəlməliyik".
Bernd Leno ("Arsenal"ın qapıçısı): "Azərbaycana yığmanın heyətində yollanmışdım. Meydan yaxşı vəziyyətdə, azarkeşlər də çılğın idi. Oyunçuların çoxunu tanımırdım, ancaq uzun və maraqlı səfər oldu. Portuqaliya "Sportinq"i də yaxşı stadiona malikdi. Amma digər komandaların oyunçularının çoxunu tanımıram. Ancaq maraqlı oyunlar olacaq".
Roman Çernyak ("Vorskla"nın prezidenti): "Çox yaxşı qrupdu. Biz də elə bunu gözləyirdik. Doğma meydanımızda azarkeşlərimizə gözəl, baxımlı futbol göstərmək istəyirik. Qrupda İngiltərə və Portuqaliya nəhəngləri, həmçinin elə də asan rəqib sayılmayan "Qarabağ" yer alıb. Sona qədər mübarizə aparacağıq. "Arsenal"ı bizim üçün ən ciddi rəqib adlandırmaq olar. "Qarabağ" yaxşı komandadı, "Sportinq" də öz növbəsində. İnanıram ki, azarkeşlərimiz doğma meydanda keçirəcəyimiz matçlarda bizi tək qoymayacaqlar. Belə oyunlarda onların dəstək verməsi olduqca önəmlidi.
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq bizim üçün böyük sevincdi. Bütün şəhər sakinləri, azarkeşlərimiz sevinir. Başa düşürük ki, bundan sonrakı mərhələdə asan rəqiblər olmayacaq. Bir tərəfdən də bu, ötən il ortaya qoyduğumuz işin nəticəsidi. Bütün qruplara nəzər yetirdim. Biz ən çətin qrupda yer almışıq. Gəlin, hər şeyi fikirləşək, sonra hədəflər barədə danışarıq".
Vasili Saçko (“Vorskla”nın baş məşqçisi): “Püşkün nəticəsi haqda uzun danışmaq istəmirəm. Bizə ciddi rəqiblərin düşəcəyini bilirdik. Bunlardan birinin London “Arsenal”ı olmasına şadıq. Biz qrupun ən zəif bəndiyik. Ancaq bu və digər komandalarla duellərdə öz bacarığımızı yoxlayacağıq. Qoy, qrupun “sirli qutu"su biz olaq. Əsas ciddi hazırlaşmaq və meydanda öz yaxşı keyfiyyətlərimizi göstərməkdi”.
Vəli Qasımov: “Bakıda oynamaq çətindi. "Qarabağ" Avropa yarışlarında çox yaxşı oynayır. Bu, sürprizlərə səbəb ola bilər. Mən bilmirəm, "Sportinq" indi necə oynayır. Amma "Qarabağ" yaxşı oynaya bilər. Azərbaycan artıq beynəlxalq tədbirlərin təşkili təcrübəsinə malikdi. Bu ölkəyə yola düşəcək insanlar zövq ala biləcəklər. Bir həftə əvvəl tanışlarım Portuqaliyada idi və mən Manuel Fernandeslə danışdım. Monakoda onunla görüşdüm, bir az danışdım. Mənim Portuqaliyada böyük xatirələrim, dostlarım var".
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar