03 sen 13:14aktual

Rəşad Sadıqov sükutu pozub, ürəyini boşaltdı

Rəşad Sadıqov sükutu pozub, ürəyini boşaltdı
“PSV-dən 6 qol buraxıb qrupa düşməkdənsə, möhtəşəm qələbəylə qrupda oynamaq daha xoşdu”
BATE ilə oyunlardan sonra futbol ictimaiyyətinin müzakirə mövzusuna çevrilən Rəşad Sadıqov xeyli vaxtdı danışmırdı. Hər dəfə əlaqə saxlayanda “Şerif”lə cavab qarşılaşmasından sonranı işarə verən kapitan, nəhayət, dilə gəldi. Sadıqov məlum qarşılaşmadan sonra jurnalistlərlə ayaqüstü söhbətdə həftələrdi yığılıb qalan sualları cavabladı.
- Bu günə qədər ciddi təzyiqlərlə üzləşirdin. Möhtəşəm qələbədən sonra sakitləşmək vaxtı çatdı?
- Bu oyundan əvvəl hər şey fərqli idi. Həqiqətən də təzyiq var idi. Düşünürəm ki, bugünkü oyun yaxşı alındı. “Qarabağ” bu mövsüm ən yaxşı oyununu sərgilədi. Komanda istər topla, istərsə də topsuz yaxşı çıxış etdi. 90-cı dəqiqəyə kimi üstün oynadıq. Vurduğumuz 3-cü qoldan sonra rəqib hücum etməyə başladı. Təbii olaraq biz də daha ehtiyatlı oynamağa başladıq və istədiyimiz nəticəni əldə edə bildik.
- Standart vəziyyətlər zamanı irəli gedirdin. Hiss olunurdu ki, qol vurmaq istəyirsən. Qol vurmaqla kimlərəsə cavab vermək istəyirdin?
- Sizi inandırım, bu gün qol vurub və ya vurmamağım zərrə qədər önəmli deyildi. Vacib olan o idi ki, “Qarabağ” qrup mərhələsinə düşsün.
- Qara Qarayev jurnalistlərə açıqlamasında oyun gününə kimi az bilet satılmasının futbolçulara pis təsir etdiyini dedi. Bu, bütün komandaya təsir edib?
- Oyundan öncə belə bir kiçik müzakirəmiz olub. Bu gün tribunada hansısa yerdə boşluqların olduğunu hiss etmədik. Azarkeşlərimiz də bizi çox yaxşı dəstəklədilər. İlk dəqiqədən dəstəyi hiss etdik. Mən və komanda yoldaşlarım üzərimizdə olan təzyiqi atdıq və oyuna köklənib yaxşı nəticə əldə edə bildik. Qələbəmizdə azarkeşlərin rolu böyükdü.
- Bəzi azarkeşlər, hətta jurnalistlər belə karyeranı başa vurmağın vacibliyini qeyd edir. Necə düşünürsən, onlar bunu niyə istəyirlər?
- Bu elə bir məsələdi ki, ətrafında çox müzakirə aparmaq və danışmaq olar. Bu gün ancaq yaxşı şeylərdən danışmaq istəyirəm. “Qarabağ”ın ardıcıl 5-ci dəfə avrokuboklarda iştirak edəcəyinə görə şadam. Bu gün “Qarabağ”ın kapitanıyam. Burda ciddi iş gedir. İş olan yerdə səhvlər olacaq. İldən-ilə dərəcə artır. Rəqiblər bizə qarşı fərqli oynayır. Səhvlər olan yerdə isə tənqid olacaq. Hər bir şeyi normal qarşılayıram. Biz də çalışırıq ki, tənqidlərdən nəticə çıxaraq. BATE ilə oyunlardakı səhvlər yaşla bağlı deyil. Onları 18-20 yaşımda da etmişəm. Həmişə öz oyun üslubum olub. Mənim özləlliklərimdən biri topla oynamaqdı. Bu gün həmin oyun üslubundan kənara çəkilsəm, komanda üçün lazımsız fiqura çevriləcəm. Bu gün də topla oynadığım epizodlar oldu. Topu itirə, eyni səhvləri təkraralaya da bilərdim. Deməyim odu ki, həmin səhvlər yaşla bağlı deyil. 36 yaşım var. Dərindən təhlil olunsa, bəlkə də bu il avrokuboklarda keçirdiyim oyunlar əvvəlki illərdəkindən daha yaxşı alınıb. Sadəcə, bir az şanssızlıqlar oldu, buraxdığım səhvlər qolla nəticələndi. Həmin qollar da “Qarabağ”ın taleyinə təsir etdi. Mən hamının fikrini anlayışla qarşılayıram. İlk növbədə özümü qınayırdım. Düşünürdüm ki, ötürməni başqa yerə versəm olmazdı? Olan olmuşdu. Bu gün isə qələbə qazanmaq bizim üçün çox vacib idi. PSV-dən 6 qol buraxıb qrupa düşməkdənsə, möhtəşəm qələbəylə qrupda oynamaq mənim üçün daha xoşdu. Avroliqanın qrupuna müsbət ab-hava ilə giririk.
- Avroliqanın qrupu azarkeşlər və jurnalistlər üçün adiləşib. Bundan sonra hədəf nədi?
- Bizim əsas problemimiz odu ki, hər şey ildən-ilə adiləşir. İndi dərəcə qalxıb, rəqiblər də fərqli oyun sərgiləyir. "Şerif” ötən mövsüm qrup mərhələsində 9 xal toplamışdı, az qala qrupdan çıxırdılar. Biz bunu təhlil etmirik. Deyirik ki, bu komandanı mütləq keçməliyik. Rəqibləri düzgün təhlil etmək lazmdı. BATE son illər daim Çempionlar Liqası və Avropa Liqasında çıxış edən komandadı. Rəqibləri qiymətləndirmirik. Qrup mərhələsində də əlimizdən gələni etmək üçün çalışacağıq. İndidən nəsə demək çox çətindi.
- Komanda bu dəfə də “Çelsi” ilə qarşılaşsa, hamı deyəcək ki, ingilisləri məğlub etmək lazımdı?
- Hər şey adiləşməsin. Bu gün Azərbaycan təmsilçisinin Avroliqanın qrupuna düşməsinin özü uğurdu. Hamı istəyir ki, Çempionlar Liqasında oynayaq, hamı istəyir ki, qrupdan da çıxaq.
- Belə söz-söhbətlər var ki, Rəşad Sadıqovun BATE ilə oyundakı səhvləri olmasaydı, milliyə qayıda bilərdi.
- Milliyə qayıtmamağım bu səhvlərlə bağlı deyil. Qurban müəllimlə aramızda söhbət də olub. Ruslan Abışov zədələnəndən sonra da danışdıq. Millidə mərkəz müdafiəçiləri var. Mən sözümün arxasındayam.
- Mərkəz müdafiəçiləri o problemi aradan qaldıra biləcəkmi?
- Düşünürəm ki, alınar. Azarkeşlər də dəstək olacaq. Bir də problem ondadı ki, 3 gündə 2 oyun olacaq. 3 gündə 2 oyun keçirmək bir az çətindi.
- “Qarabağ” “Şerif” səddini keçə bilməsəydi, karyeranı başa vurmaq barədə düşünürdün?
- Oyundan öncə çox şey fikirləşmirdim. Çalışırdım ki, az düşünüm. Çünki oyuna köklənmişdim. Mənim işim meydana çıxıb, futbolumu oynamaqdı. “Qarabağ”ın kapitanıyam. Kiminsə fikirlərinə də reaksiya vermirəm. Belə şeylər fikirləşməyə vaxtım yoxdu.
- Qrup mərhələsində BATE ilə yenidən qarşlaşmaq istərdin?
- Xeyr, istəməzdim. Çünki BATE bizim üçün narahat rəqibdi. İki oyunda da onlara qarşı yaxşı oynadıq. Evdəki qarşılaşmada ilk 20 dəqiqəni pis başladıq. Hər iki matçda onlardan üstün idik. Sadəcə, bizim üçün narahat rəqibdi. Biz topla oynamağı sevən komandayıq. Hücuma komanda şəklində çıxırıq. Ona görə də bizi əks-hücumda yaxalamaq asandı. BATE-nin ən güclü tərəfi də əks-hücumlarda oynamaqdı. Şəxsən onlarla qarşılaşmaq istəmərəm.
- Bəs “Fənərbaxça” və “Beşiktaş”la necə? Nəzərə alaq ki, həmin klubların Azərbaycanda böyük azarkeş kütləsi var.
- (gülümsəyir) Kim düşür-düşsün. Mən Qurban müəllimi təbrik etmək istəyirəm. Rəqib oyundan öncə çox danışırdı ki, “Qarabağ”ı yaxşı təhlil etmişik. Bəli, birinci görüşdə oyunumuzu yaxşı incələmişdilər. Ona görə də çox şey alınmırdı. Qurban müəllim oyunumuzu dəyişdi. Müdafiədən hücuma çıxmaqla bağlı müəyyən yeniliklər var idi ki, böyük riskə getdi. Bu dəyişikliklər uğurlu alındı. Komandanın futbolçusu kimi onu ürəkdən təbrik edirəm.
- Bu dəyişiklikləri qrup mərhələsində edib rəqibləri təəccübləndirmək olar?
- Oyun rəqibə görə dəyişir. Rəqib də deyir ki, çox şeylərini bilirik. Qurban müəllim elə məhz ona görə dəyişiklikləri reallaşdırdı.
- Bu il Avroliqanı daha çətin adlandırmaq olar? Böyük klublar da bu turnirdə iştirak edəcək.
- Çətinlik həmişə olur. “Slovan”la eyni qrupa düşəndə hamı asan qələbə qazanacağımızı gözləyirdi. Hətta mərhələ adlamaq üçün çexlər üzərində qalib gəlmək kifayət edirdi. Lakin “Slovan”ı məğlub etməyi bacarmadıq, əksinə, səfərdə böyük hesabla uduzduq.
- “Yanq Boyz” və “Göteborq”u da bu hesabla məğlub edib Avroliqanın qrupuna vəsiqə qazanmışdız. Amma “Qarabağ”lıları bu qədər sevincli görməmişdik. Matçdan sonra təxminən 15 dəqiqə sevincinizi azarkeşlərlə bölüşdüz. Bu nə ilə bağlı idi?
- Qurban müəllim elə məhz bu oyunların videolarını bizə göstərmişdi. Yeni gələn futbolçulara vaxtilə bu duruma düşüb, üzüağ çıxdığımızı başa salmaq istəyirdi. Qismətdən elə oldu ki, yenə 3:0 hesabı ilə udduq. Qurban Qurbanov həmin oyunlarda da problemlərimizin olduğunu demişdi. Ona görə də meydana çox istəkli çıxmışdıq. “Neftçi” ilə qarşılaşmadan da görünürdü ki, “Şerif”lə layiqli mübarizə aparacağıq. Yəni səfərdəki məğlubiyyət bizi “sındırmamışdı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar