31 avq 17:04aktual

Qurban Qurbanov: "Futbolçularımın xarakterindən zövq aldım"

Qurban Qurbanov: "Futbolçularımın xarakterindən zövq aldım"
"Şerif"in baş məşqçisi "Qarabağ"ın daha çox qol vuracağından çəkinirmiş
İlk oyundan sonra özündənrazı açıqlamalar verən, bir gün əvvəl də davranışı ilə qıcıq doğuran "Şerif"in xorvatiyalı baş məşqçisi Qoran Sabliç mətbuat konfransına sakit, "əzilmiş" görkəmdə gəldi. 39 yaşlı mütəxəssis özündə güc tapıb "Qarabağ"ın layiqli qələbə qazandığını, 0:3-ün oyunun axarını əks etdirdiyini dilə gətirdi: "Qarabağ"ı qrupa düşmək münasibətilə təbrik edirik. Bu gün güclü komandaya uduzduq. Ümid edirdik ki, sonadək, ən azı ilk hissədə bərabərliyi saxlayacağıq. Ancaq erkən qol buraxdıq. Hətta "Qarabağ"ın ilk hücumunda. İlk hissədə futbolçularımızda özünəinam hissi yox idi. İkinci hissədə bir az oyunumuz yaxşılaşdı. Ancaq "Qarabağ" vaxtında 2-ci və 3-cü qolları vurdu”.
- Dünən oyundan əvvəl çox inamlı danışırdız. Bugünkü qələbəyə səbəb "Qarabağ"ın möhtəşəm oynamasıdı, yoxsa komandanızın aciz çıxışı?
- İlk növbədə "Qarabağ"ın oyununu fərqləndirəridim. Düzdü, bəzi futbolçularımız zəif çıxış etdi. Ancaq "Qarabağ" bu qələbəni layiqli qazandı. Komandaya iradı həmişə tapmaq olar. Bu gün fərdi oyun keyfiyyətləri ilə seçilən, Çempionlar Liqasının qrupunda oynayan bir rəqibə uduzduq. Bütün gücümüzü ortaya qoyduq. İlk matçda qalib gəldik, ancaq cavab oyununda qol vurmağımız lazım idi. Bunu bacarmadıq.
- Oyunun gedişində düşünürdüzmü ki, daha böyük hesabla uduzacaqsız?
- Oyundan sonra vacib deyil ki, nə düşünürsən. Bu səviyyə üçün oyun göstərə bilmədik. Bəlkə də "Qarabağ" daha 1-2 qol vura bilərdi.
- İlk oyundan sonra Moldova mətbuatına açıqlamanızda bildirmişdiz ki "Qarabağ" məni heç nə ilə təəccübləndirmədi". Bəs bu dəfə?
- Belə şey deməmişəm. "Qarabağ"a həmişə kompliment bildirmişəm. Demişəm ki, necə oyanayacağını bilirəm. "Qarabağ" topla çox rəftar edir və zamanını gözləyir.
- Sirr deyisə, oyundan sonra Qurban Qurbanova nə dediz?
- Qələbə və yaxşı oyun münasibətilə təbrik etdim və qrupda uğurlar arzuladım.
- "Qarabağ"a qrupda azarkeşlik edəcəksizmi? Bu potensialla komanda qrupdan çıxa bilər?
- "Qarabağ"a ötən il ÇL-də də baxmışam. Simpatiyam var bu komandaya. Bu il elə də olacaq. Bu il "Qarabağ" bizim üçün çətin rəqib idi.
"Şerif"in baş məşqçisindən sonra Qurban Qurbanovun mətbuat konfransı baş tutdu. Təcrübəli mütəxəssis əvvəlcə oyunla bağlı ümumi fikirlərini bildirdi.
- Öncə futbolçularımı təbrik edirəm. Sonadək yaxşı oynadılar, əsl idmançı xarakteri göstərdilər. Bu komandayla fəxr edirəm. Nəyi görmək istəyirdimsə, onu da gördüm. Ardıcıl 5-ci dəfə pley-offda oynadıq və hamısından qalib ayrıldıq. Klub rəhbərliyini təbrik edirəm. Onlar həmişə arxamızda olub. Azarkeşlərimiz möhtəşəm idi, onların hər birinə təşəkkür edirəm. Hamıya bu diqqətə, marağa görə minnətdarlığımı bildirirəm. Rəqibə də uğurlar arzulayıram.
- Əvvəlki oyunlarda komandada uyğunlaşmada problem görünürdü. İstədiyiniz komandanı görə bilmək üçün nə qədər vaxt lazımdı?
- Həmişə demişəm ki, nəticə olsa belə, problemlər var. Bunu bilirik və qabartmırıq. Çalışırıq ki, əlimizdə olan futbolçularla maksimum yaxşı oynayan komanda quraq. Baş məşqçi kimi deyə bilərəm ki, istədiyim komandanı bu günədək formalaşdıra bilməmişəm. Ancaq komandamdan həmişə razı olmuşam. İradları, çatışmazlıqları komanda daxilində bildirmişəm. Bugünkü oyunda futbolçularımın xarakterindən zövq aldım.
- Müdafiə xətti inamlı çıxış etdi. Yalnız Bədavi Hüseynovda bir az inamsızlıq vardı...
- Razıyam, rəqib də bundan istifadə edə bilərdi. İndiyədək hər oyuna yaxşı motivasiya olunmuşuq. Bu dəfə də onu gördüm.
- Sizcə, yetirmələriniz psixoloji baxımdan daha çox yorulumuşdu, yoxsa fiziki? Hər halda, son günlərdə üzərinizdə təzyiq vardı...
- Psixoloji yoğrunluq fiizki yorğunluğa birbaşa təsir göstərir. Ancaq idmanda bəzən elə an olur ki, bunu yaddan çıxarırsan. Çünki meydanda mübarizə aparırsan. Hər iki komponentdə yorğunluğun olması normaldı. Bu olmasaydı, xarakteri, istədiyimiz nəticəni görə bilməzdim.
- Qrupa düşməklə minimum hədəfə nail olduz. Bundan sonra yeni transferlər gözlənilirmi?
- Açığı, dünən Arazla Abdullayevlə bağlı fikir bildirmişəm. Hələ ki bir şey edə bilmirik. Üç-dörd klubla müqaviləsi var (gülür). Ancaq yeni transfer istəyirəm. Araz son 2 gündə fərdi məşq etdi. Klublarıyla razılıq olsa, Arazı transfer edəcəyik. Sabah gecə "transfer pəncərəsi" bağlanır və sonra edə bilməyəcəyik.
- BATE-yə məğlubiyyətdən sonra sosial mediada həm sizə, həm də kapitanınıza xeyli tənqid vardı. Onlara cavabınız var?
- Sosial şəbəkədə yoxam, ancaq mediadakı tənqidləri oxumuşam. Həmişə bu fikirlərə normal yanaşmışam. Tənqidsiz necə işləmək, yaşamaq olar? Açığı, uğursuz oyunlardan sonra bir az tələsik tənqid olur. Nəticədə futbolçular oyuna gərgin çıxır ki, bu məni narahat ediridi. Azarkeşlərə narazılıq bildirə bilmərəm. Onlar bizi dəstəkləyirlərsə, tənqid etməyə haqları var. Çünki nəticə istəyirlər. Futbolu onlar üçün oynayırıq, onları sevindirmək istəyirik.
- Qrupa 5-ci vəsiqə daha önəmli idi. Çünki futbolumuzda,"Qarabağ"da eniş haqda danışılırdı. Demək olarmı ki, bu qələbə ikiqat sevindirici oldu?
- Həqiqəqən bu uğur vacib idi. Hər il nə qədər uğur qazanırıqsa, növbəti il daha çox tələb edirlər. Bu qələbə futbolumuzun inkişafı üçün daha böyük şansdı.
- Qrup oyunları yenə BOS-da keçirilə bilərmi?
- Tofiq Bəhramov adına Respublika stadionunu sifariş etmişik. Ancaq nəsə olsa, digər varianta hazırıq.
- Qrupda hansı üslubda komandalarla düşməməyə üstünlük verərdiz?
- İnanın ki, fərqi yoxdu. Bu gün futbol o səviyyəyə gəlib ki, daha çox rəqibə uğun oynayırlar və bunun əsasında nəticə qazanmağa çalışırllar. Əlbəttə, bunu böyük komandalara aid etmirəm. Qalanları aşağı-yuxarı eyni səviyyəlidi. Nəticəyə görə hər oyunda komandalar fərlqi futbol göstərir. Kim düşsə, xeyirlisi olsun. Rəqiblərdən asılı olmayaraq, uğurlu çıxış etməyə çalışacağıq.
- "Astana" da qrupa düşdü. Onunla rəqib olmaq sizə maraqlı olar?
- Heç vaxt arzulamamışam ki, kimsə bizə düşsün. Hansı bizə xeyirlidirsə, o da düşsün. "Astana" düşsə, lap yaxşı olar. Almeydaya gəlincə, onu bir neçə gündən sonra millidə görəcəyəm (gülür).
- Son vaxtlar yetərincə sıx qrafikdə olsaz da, böyük enerjiyə maliksiz. Bu gücü hardan alırsız?
- Son vaxtlar iş, gərginlik həddən artıq çox olur. Bəzən çox yoruluram. Mənə bu komandalar tapşırılıb, həvalə olunub. Çalışmalıyam ki, yorulmağımıza baxmayaraq, bütün gücümü əsirgəməyim. Başqa bir işimiz də yoxdu. İnanın, son vaxtlar evdə normal olmuram. Hətta bəzən uşaqlar küsürlər. Qarşıdan çox vacib oyunlar gəlir. Çalışıb özümüzü toparlamıyıq. Bir olaraq yaxşı nəticə əldə etməyə çalışacağıq. Sağ olsun "Qarabağ" və AFFA rəhbərliyi, hər bir halda məni başa düşürlər. Bəzən güzəştə gedirlər. Mənə güvəniblərsə, etimadı doğrultmalıyam.
- Bu qələbədən sonra Millətlər Liqasındakı ilk oyunda uğurlu nəticə gözləyə bilərikmi?
- Ümumiyyətlə, hər bir uğurumuz milli komandaya böyük köməkdi. Bugünkü qələbə futbolçulara ən azı böyük inam verəcək. Peşəkaram və çalışacam kİ, hər bir yerdə özümü motivasiya edim. Əlbəttə, qalib gəlməyimiz mənə də əlavə güc, istirahət verəcək. Futbolçular millidə istəkli olacaqlar və çalışacaqlar ki, azarkeşləri qələbəylə sevindirsinlər.
- Keçənilki "Şerif" sizə daha çətinlik yaratdı, yoxsa budəfəki?
- Onda da güclü idi, bu dəfə də. Ola bilər ki, bu il daha yaxşı müdafiə olunurdu. Oyun sistemləri fərqli idi.
- Zədəli Dani Kintana qrupda oynaya biləcəkmi?
- Dani burda əməliyyat olundu, bir həftə sonra yenidən müayinə olunacaq. Bir ay sonra oynaya bilər. Miçel də istirahətdən sonra komandaya qoşula biləcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar