31 avq 16:37aktual

Futbolçular Ayxan Abbasovun gedəcəyini gözləmirmiş…

Futbolçular Ayxan Abbasovun gedəcəyini gözləmirmiş…
Vüsal İsgəndərli: “Onun hər addımı "Zirə"nin xeyri üçün atdığına əminəm”
“Zirə”nin baş məşqçi postunda Ayxan Abbasovu Samir Abasovun əvəzlədiyini bilirsiz. Artıq “qartallar” dünən yeni çalışdırıcının rəhbərliyi altında ilk məşqinə çıxıb. Təbii, uğursuz nəticəyə görə əsas məsuliyyəti baş məşqçi və futbolçular daşıyır. Ayxan bəy istefa verdi və bu addımının komandaya uğur gətirib-gətirməyəcəyini zaman göstərək. Bəs görəsən, futbolçular məşqçi dəyişikliyi haqda nə düşünür? Onlar Abbasovun belə bir addım atacağını gözləyirmiş? “Zirə”lilər Samir bəyin təyinatı haqda hansı fikirdədi?
Adil Nağıyev: “Açığı, Ayxan müəllimin istefa verəcəyini gözləmirdik. Sadəcə, bir anda baş verdi. Futboldu, hər şey ola bilər. Ayxan müəllim özü getmək istəyib. Futbolda belə hallar yaşanır, onu da başa düşmək lazımdı. Artıq irəli baxmalıyıq. Komanda Samir müəllimə həvalə olunub. Əslində vəziyyətimiz çox da pis deyil. Çempionat yeni başlayıb. Qarşıda bizi uzun marafon gözləyir. Daha yaxşı çıxış edib, daha yüksək yerlərdə qərarlaşmağa çalışacağıq. Deyərdim ki, elə bir ciddi problemimiz yox idi. İlk turda “Qarabağ”la matçımız təxirə salındı. İkinci turda “Keşlə” ilə qarşılaşmada daha yaxşı nəticə qazana bilərdik. Hesabda öndə olduğumuz matçı səhvlərimiz üzündən əldən verdik və oyun heç-heçə bitdi. Bu da istər-istəməz komandaya təsir etdi. “Keşlə”yə qalib gəlsəydik, “Sabah”a qarşı daha rahat oynayacaqdıq. İki top fərqiylə öndə olduğun oyunu 1 xalla bitirmək psixoloji baxımdan təsirsiz ötüşmür. “Sabah”a qarşı da ilk hissədə buraxdığımız səhvlər məğlubiyyətə səbəb oldu. İkinci yarıda şanslarımız olsa da, qol vura bilmədik... Samir müəllimi bugünkü məşqdə daha yaxından tanıdıq, ünsiyyətimiz oldu. Rəqib komandanın baş məşqçisi kimi üz-üzə gəlsək də, hansısa münasibətimiz olmamışdı. İnşallah, hamımız üçün xeyirlisi olar. Yeni gəlib, o “Sumqayıt”da pis nəticə verməmişdi. Biz də daha yaxşı nəticə qazanmaq istəyirik. Turnir cədvəlindəki hazırkı yerimiz “Zirə”yə layiq deyil. Yuxarı pillələrə yüksəlmək üçün əlimizdən gələni etməliyik. Hazırda premyer-liqada fasilədi. Bu müddətdə səhvlərimiz üzərində işləyəcəyik. Samir müəllim üçün də bu fasilə yaxşı imkandı. Komandanı istədiyi kimi hazırlaşdırmaq və tələblərini uşaqlara çatdırmaq üçün vaxtı olacaq. Həmçinin futbolçuların onu başa düşməsi üçün bu fasilə yaxşı fürsətdi. Yəqin ki, bir və ya iki yoldaşlıq oyunu keçirərik, bu isə komandaya yaxşı təsir edər”.
Vüsal İsgəndərli: "Ayxan müəllimin komandaya nə qədər fayda verdiyini hamı bilir. Doğrudan da, onun gedəcəyini gözləmirdik. Sadəcə, özü istəyib, istefa verib. Onunla "Zirə"də 4 il bir yerdə idik. Bir futbolçu kimi Ayxan müəllimlə işləmək mənə xoş idi. Gedibsə, deməli, nələrisə düşünüb. Onun hər addımı "Zirə"nin xeyri üçün atdığına əminəm. Məncə, bütün kollektiv üçün də Ayxan müəllimlə işləmək xoş oldu. Bundan sonrakı karyerasında ona uğurlar arzulayıram... Təbii, nəticələrə görə hər şeyi baş məşqçinin üzərinə atmaq doğru deyil. Sadəcə, uğursuzluq yaşanan kimi çalışdırıcı ön plana çıxır. Hamı səhvi məşqçidə axtarır. Ancaq belə deyil. Biz baş məşqçinin tapşırıqlarını yerinə yetirsəydik və ötən mövsümün ilk yarısındakı kimi çıxış etsəydik, sözsüz, indi vəziyyət belə olmayacaqdı. Ancaq uğursuzluq yaşanıbsa, hamının günahı var... Samir müəllimin çalışdırdığı komandanın oyununa hamı maraq göstərirdi. O da azərbaycanlı gənc oyunçularla işləməyi sevən məşqçidi. Rəqib komandanın baş məşqçisi kimi stadionda görüşmüşük. Düzdü, bir dəfə Abasovla işləmək şansım yaranmışdı. “Sumqayıt”a keçmək variantım var idi. Qismət elə gətirdi ki, alınmadı. Hər şeyin xeyirlisi... İndi isə Samir müəllim baş məşqçimizdi. Necə ki, Ayxan müəllimin öyrətdiklərindən yararlandıq, indi də Abasovun tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Əsas heyətdə daha çox oynamaq üçün əlimdən gələni edəcəm. Məşqçinin ümidlərini doğrultmağa çalışacam. Hazırkı fasilənin də komandaya çox xeyrinin dəyəcəyini deyə bilərəm. Psixoloji basqıdan qurtulmaq üçün bizə oyundan daha çox, məşqlər lazımdı.Yeni baş məşqçi gəlib, bu gün ilk hazırlığını keçdi. Artıq ən yaxşı şəkildə növbəti oyunlara hazırlaşmalıyıq".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar