31 avq 00:55aktual

Sənan Qurbanov Abdulla Avcıyla görüşdən danışdı

Sənan Qurbanov Abdulla Avcıyla görüşdən danışdı
“Qəbələ” iki yoxlama oyunu keçirəcək
Çempionatda yaranmış fasilədən istifadə edən “Qəbələ”nin baş meneceri Zaur Əzizov və baş məşqçisi Sənan Qurbanov Türkiyəyə yollanıb. “İstanbul BŞ”nin düşərgəsinə baş çəkən qonaqlar bu komandanın baş məşqçisi Abdulla Avcı və icraçı direktor Mustafa Əröğütə “qırmızı-qaralar”ın formasını hədiyyə edib. Görüş zamanı “Qəbələ” rəsmiləri superliqa təmsilçisinin idarə olunması və texniki məsələlərlə bağlı müəyyən bilgi əldə edib.
Bu səfərlə bağlı daha ətraflı məlumat almaq üçün Sənan bəylə əlaqə saxladıq: “Hələ Türkiyədəyik. Bu gün (dünən) axşam vətənə qayıdacağıq. “İstanbul BŞ”nin matçlarını izləyirdim. Bu komandanın oyununu bəyənirəm. Sağ olsun, klubumuz bu şəraiti mənə yaratdı. “İstanbul BŞ”nin baş məşqçisi Abdulla Avcıyla görüşmək imkanım oldu. Məşq prosesiylə tanış oldum. Avcının savadlı mütəxəssis olduğunu özüm üçün bir daha dəqiqləşdirdim. Yaxşı məlumatlar topladım. İki klub arasında müsbət əlaqələr yarandı. Bu da sevindiricidi. “İstanbul BŞ”də çox böyük işlər gedir. Əsl peşəkar klubdu. Burda həm yaşlı, həm ulduz, həm də perspektiv vəd edən gənc oyunçular var. Baş məşqçiyə klubda böyük inam var. Emmanuel Adebayorla da görüşdük. Necə peşəkar futbolçu olduğunu gördük. Onunla söhbətimiz maraqlı alındı. Böyük klublarda çıxış etsə də, “İstanbul BŞ”də özünü kimdənsə üstün saymır, məşqlərə ciddi yanaşır. Adam, sadəcə, həzz alır. Ümumiyyətlə, “İstanbul BŞ” inkişafda olan klubdu. Heyətdə yetərincə tanınmış, özünü sübut etmiş futbolçu olsa da, heç bir problemsiz işləyirlər. Arda Turanın belində zədəsi var. Bu üzdən onu hazırlıq prosesində görə bilmədik. Abdulla hoca futbolumuz haqda yetərincə məlumatlıdı. Bir neçə il əvvəl “Bakı” onu və Bülənt Korkmazı ölkəmizə gətirmişdi. Avcı çempionatımızda indi 8 komandanın mübarizə aparmasından təəssüfləndiyini söylədi. Futbolumuzu izləyirlər. Ümumilikdə onunla təxminən 2 saat söhbət etdik. İzlədiyim oyunlar və taktiki gedişləriylə bağlı suallara əla cavablar aldım. “İstanbul BŞ”nin sərgilədiyi futbol çox xoşuma gəlir. Topla oynamağı sevirlər. Keçid fazalarının üzərində işlədiklərini dedi. Avcı öz üzərində işləyən məşqçidi. Mənə “nə zaman istəsən, zəng elə, gəl, iclaslarımızı, məşqlərimizi izlə” dedi. Yəqin ki, gələcəkdə də bura baş çəkəcəm. Ümid edirəm ki, buna şərait yaradılacaq”.
Qurbanov fasilə dönəmində “Qəbələ”nin planlarından da danışdı: “Millilərimizə ümumilikdə 9 futbolçu vermişik. Sabahdan (bu gündən) qalan futbolçularla məşqləri bərpa edəcəyik. U-19 komandamızın baş məşqçisi Emin İmaməliyevlə danışmışam. Həmin heyətdən də bir neçə futbolçunu hazırlıq prosesinə cəlb edəcəm. Yaranan fasilədən istifadə edib iki yoxlama oyunu keçirməyi planlaşdırırıq. Bu görüşlər sentyabrın 4-ü və 8-i üçün nəzərdə tutulub. Hər iki qarşılaşma Bakıda keçiriləcək. Ayın 4-ü üçün rəqib hələ müəyyənləşməyib. Ola bilsin, divizion təmsilçilərindən biriylə üz-üzə gəldik. Ancaq sentyabrın 8-də “Zirə” ilə qarşılaşacağıq. Bu haqda razılıq əldə etmişik. Düzdü, Ayxan Abbasov istefa verib. İnşallah, yeni baş məşqçi də bu oyuna razılıq verər”.
“Qəbələ” yeni mövsümdə qeyri-sabit çıxış edir. “Səbail” üzərində qazanılan parlaq qələbədən sonra səfərdə “Neftçi”yə uduzan “qırmızı-qaralar” son oyunda da büdrədi. “Sumqayıt” son dəqiqələrdə məğlubiyyətdən xilas oldu. Hazırda 4 xala malik bölgə təmsilçisi ilk “3-lüy”ü qapayır. Ancaq “Qarabağ”la “Zirə”nin bir oyun az keçirdiyini nəzərə alsaq, bu pilləni “Qəbələ” üçün yüksək yer saya bilmərik. Baş məşqçi komandanın son iki oyunu haqda bunları dedi: “İlk 3 turda daha çox xal yığacağımızı gözləyirdim. Ən azı son oyunda qalib gəlmək istəyirdik. Əslində hər matça 3 xal qazanmaq üçün çıxırıq. “Neftçi” ilə görüşün ikinci hissəsi oyun planında məni razı saldı. Fasilədən sonra daha sürətli oynadıq və rəqibdən daha çox təhlükəli vəziyyət yaxaladıq. Evdə isə “Sumqayıt”la gözləmədiyim qarşılaşma alındı. Futbolçulardan tələb etdiyimiz sürətli keçidləri görmədik. Bu da məni narahat etdi. Bunun üzərində işləyəcəyik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar