30 avq 18:02aktual

“Keşlə”nin futbolçuları pul cəriməsini yaxın buraxmır

“Keşlə”nin futbolçuları pul cəriməsini yaxın buraxmır
Kamran Ağayev: “Zaur müəllimin narazılığını normal qarşılayıram”
Premyer-liqanın geridə qalan üç turunda bir neçə gözlənilməz hesab qeydə alındı. Belədə turnir cədvəlində də indiki vəziyyəti qəribə adlandıra bilərik. Ölkə kubokunun sahibi “Keşlə” “Zirə” ilə birgə “zirzəmi”dədi. Bu komandalar hərəyə cəmi 1 xal toplayıb. Sözsüz, bu durum klubların rəhbərlərini qane edə bilməz. Bu baxımdan keşləlilərin Müşahidə Şurasının sədri Zaur Axundovu xüsusən fərqləndirə bilərik. Futzalımıza da rəhbərlik edən bu şəxs tələbkarlığıyla seçilir. Belədə sərəncamındakı mütəxəssislər daim təzyiq altında olur. Çox güman, bu durum futbolçulara, komandadaxili ab-havaya da mənfi təsir göstərir. Bəlkə elə “Keşlə”nin üç oyuna 1 xal toplamasının əsas səbəbi də budu.
Zaur Axundov “Səbail”ə məğlubiyyətdən sonra paltardəyişmə otağında təcili iclas keçirdi. Aydın məsələdi ki, Zaur bəy komandaya ciddi şəkildə barmaq silkələyib. Hər halda, mətbuata verdiyi müsahibədən də bunu anlamaq çətin deyil. Baş məşqçinin köməkçilərindən gileylənən sədr futbolçuların cərimələnəcəyini də əminliklə söyləmişdi. Bəs görəsən, “Keşlə”nin futbolçuları bu addımı necə qarşılayır?
Amil Yunanov: “Açığı, uğursuzluq üçün ciddi səbəb yoxdu. Sadəcə, belə gətirdi, belə alındı. Komandada yeni baş məşqçi var. İstər-istəməz bunun təsiri olur. Yeni taktikaya, yeni oyun modelinə uyğunlaşmaq zaman alır. İnşallah, fasilədən istifadə edib, növbəti matçlara daha yaxşı hazırlaşacağıq. Hər şey yaxşı olacaq. Zaur Axundov gəlib komandayla maraqlanır. Ancaq onun təzyiqi ilə üzləşməmişik. Komandanın ab-havasını korladığını deyə bilmərəm. Sərt üzünü görməmişik. Əksinə, komandaya dəstək olmağa çalışır. “Səbail”lə qarşılaşmadan sonra paltardəyişmə otağında bizimlə etdiyi söhbət haqda məlumat verməyim doğru olmaz. Bu, komandadaxili sirrdi. O ki qaldı cərimə məsələsinə, belə şey ola bilməz. Futbolda inanmıram ki, nəticəyə görə oyunçuya cərimə kəsilsin”.
Kamran Ağayev: “Komandanın zəif çıxışı haqda bir söz deyə bilmərəm. Mən futbolçuyam və əlimdən gələni edirəm. Zaur Axundovun məşqçilərin işinə müdaxilə etməsi haqda məlumatım yoxdu. Mənə şans verirlər, meydana çıxıram, güvənmirlər, oynamıram. İş getməyəndə rəhbərlik əsəbləşər. Bu adi şirkətdə də belədi, futbolda da. Bu baxımdan Zaur müəllimin narazılığını normal qarşılayıram. Cərimə söhbətini sizdən eşidirəm. Hər işdə töhmət var. Başqa bir şey deyə bilmərəm”.
Slavik Alxasov: “Üç oyuna bir xal yığmamızı bəxtsizliklə əlaqələndirərdim. Yaratdığımız epizodlardan yararlana bilməmişik. Fasilədən maksimum istifadə edəcəyik. Zaur Axundov klubun rəhbəridi. Sözsüz, bu nəticələrə görə əsəbi olmalıdı. Son qarşılaşmadan sonra paltardəyişmə otağında bizə iradlarını bildirdi. Dedi ki, belə olmaz, toparlanmaq lazımdı. Cərimə məsələsinə gəlincə, hər futbolçunun klubla müqaviləsi var. Bunun şərtlərinə əsasən oynayırıq. Zaur müəllim nəticə olmayanda iradlarını bildirir. İnşallah, pulumuzu kəsməz”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar