30 avq 17:55aktual

“Futbol+”in sualı Sabliçi tərlətdi

“Futbol+”in sualı Sabliçi tərlətdi
“Müdafiədə “oturmaq” fikrimiz yoxdu”
Saat 19.40-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun konfrans salonunda “Şerif”in çalışdırıcı Qoran Sabliç sualları cavabladı. Lakin o tək deyildi. Yanında komandanın təcrübəli futbolçusu və kapitanı Mateo Suşiç əyləşmişdi. Öncə hər ikisinin fikirləri ilə tanış olaq, daha sonra suallar və cavablarla.
Qoran Sabliç: “İlk oyunda qeydə alınan nəticə bizə nisbi üstünlük versə də, bu hələ heç nə demək deyil. Sadəcə, qrupa vəsiqə qazanmaq yolunda kiçik addım atmışıq. Çətin olacağının fərqindəyik. “Qarabağ” topa nəzarət etməyi xoşlayan, rəqibə təsir etməyi bacaran güclü rəqibdi. Həmçinin ümid edirəm ki, komandam ilk görüşdəkindən daha inamlı təsir bağışlaya bilər. Artıq rəqibi daha yaxından tanıyıq, fiziki cəhətdən yaxşı hazırlaşmışıq. Ən gözəl futbolumuzu sərgiləməyə, əlimizə düşən imkanlardan yararlanmağa çalışacağıq”.
Mateo Suşiç: “Qarabağ” kimi güclü rəqiblə çətin oyuna çıxacağıq. Tiraspolda yaxşı nəticəyə imza atdıq. Qrupa vəsiqə qazanmaq istəyiriksə, birinci oyundakı kimi oynamalıyıq. Əsasən müdafiə xəttində səhvə yol vermək olmaz. Təbii ki, əks-hücumlardakı şansları da boşa verməməliyik”.
- Denis Kalinkov “Futbol+”ə açıqlamasında “Şerif”lilər Bakıda onları nələrin gözlədiyini təsəvvür etmirlər” deyib. Həqiqətənmi belədi?
- Q.S.: Əlbəttə, bilirəm. Bilirəm ki, stadion tam dolur və azarkeşlər komandalarına lazım olan dəstəyi verirlər. Amma bu məqamın həlledici rol oynayacağını düşünmürəm. “Qarabağ” kimi “Şerif” də bu cür atmosferdə oynamağa öyrəşib. Asan olmayacağını bilirik. Bununla yanaşı, öz gücümüzə də inanırıq. Əsas odu, futbolçular tapşırıqlara əməl etsinlər.
- Ardıcıl ikinci yaydı “Qarabağ”a qarşı oynayırsız. Bu komanda ilə ötənilki arasında hansı fərqlər var?
- M.S.: Oyun üslubunda heç nə dəyişməyib. Həmin futbol fəlsəfəsidi – topa daha çox nəzarət edib, fərqli hücumlar qurmağa çalışırlar. Dəyişən yeganə məqam heyətdə yeni futbolçuların olmasıdı. Yeni oyunçuları gəlib. Gördüyüm əsas fərq budu.
- BATE hər iki görüşdə qol vurandan sonra müdafiəyə çəkilib ehtiyatlı oyuna üstünlük vermişdi. İlk oyundakı nəticəni nəzərə alsaq, “Şerif”in müdafiədə “oturacağını” düşünmək olar?
- Q.S.: Ötən mövsüm Çempionlar Liqasının qrupunda çıxış edib özünü yaxşı tərəfdən göstərən rəqibə qarşı səfərdə oynayacağıq. Dərk edirik ki, bu cür rəqibə qarşı açıq futbol oynaya bilmərik. Ola bilsin, “Qarabağ” bizi müdafiəyə çəkilməyə məcbur edəcək. Görsək ki imkan var, hücum edəcəyik. Müdafiə olunmaq lazım gələcəksə, müdafiə olunacağıq. Amma müdafiədə “oturmaq” fikrimiz yoxdu. Hər komandanın üstün və zəif cəhətləri var. Rəqib haqda lazım olan məlumatları toplamışıq. Düşündüklərimizi nə dərəcədə həyata keçirəcəyimizi oyunun gedişi göstərəcək.
- Vaxtilə “Şerif”i çalışdıran Roberto Bordinlə “Qarabağ” haqda məlumat toplamaq üçün əlaqə saxlamısız?
- Q.S.: Xeyr. Çünki buna ehtiyacımız yoxdu. Oyuna baxmışıq və bu bizə kifayət edir.”Qarabağ” uzun illərdi eyni məşqçi ilə çalışır və bu üzdən oyun fəlsəfəsinə bələdik. “Neftçi” ilə oyunu izləmişik. “Qarabağ”ın zəif cəhətlərini gördük və buna uyğun tapşırıqlarımızı vermişik.
- Tiraspolda meydana çıxmayan İnnosent Emeqara sabah oynayacaq. Bu məqam oyunun axarına təsir göstərə bilər?
- Q.S.: Emeqaranın çıxışını izlədik. Özünəməxsus oyun üslubu olan futbolçudu. Xüsusi diqqət yetirilməli oyunçudu. Sürətlidi, cinahdan edilən ötürmələri dəyərləndirir, boş mövqedə olduqca təhlükəlidi. Oyununu təhlil etmişik. Amma inanmıram ki, bu cür oyunun taleyi bir nəfərdən asılı olsun. Öz oyunumuzu sərgiləyə bilsək, problem olmayacaq. “Qarabağ”a qarşı oynamaq bizim üçün nüfuzdu. Bu cür rəqibi keçib qrupa düşmək bizim üçün xoş olar.
- “Qarabağ”da elə futbolçu var ki, onu özünüzə arzuolunmaz rəqib hesab edirsiz?
- M.S.: “Qarabağ”da yüksək keyfiyyətlərə malik bir neçə futbolçu var. Onlardan biri Emeqaradı. Amma buna xüsusi önəm vermirik. Əsasən öz çıxışımız haqda düşünürük.
- “Şerif” Bakıya çarter yox, tranzit reysi ilə gəlib. Yüksək hədəflər uğrunda oynayan komandaya rəhbərliyin bu cür yanaşması baş məşqçi kimi sizi narahat etmir?
(“Şerif”in mətbuat katibi ilə Sabliç bir-birinə baxıb gülür)

- Q.S.: Bu, bizə aid məsələdi və müzakirə olunmasının tərəfdarı deyiləm. Texniki problem oldu, yoxsa çarterlə gələcəkdik. “Şkendiya” Moldovaya tranzit reysi ilə gəlmişdi, lakin mərhələni adlayan tərəf oldular. İslandiyaya, “Valyur”la səfər görüşünə yüksək səviyyəli çarter reysli təyyarə ilə uçmuşduq. Amma geri güc-bəla ilə qayıtdıq. Ona görə də bu məqamın həlledici olduğunu düşünmürəm.
- Son iki ildə Avroliqanın qrupunda oynamış "Şerif" bu dəfə pley-offda uduzsa, bu, gələcək taleyinizə təsir göstərə bilər?
(Bəndənizin ardıcıl iki “iynəli sual”ından sonra serbiyalı çalışdırıcı öncə alnının tərini silir, daha sonra əlini-əlinə sürtüb suala cavab verir – H.)

- Q.S: Qarşımıza qrupa düşmək hədəfi qoyulmayıb. Sadəcə, biz buna çalışacağıq. Keçə bilməsək də, qorxulu bir şey olmayacaq. Yolumuza, işimizə davam edəcəyik. Hər bir məşqçi və futbolçu qrupda oynamaq istəyir. Alına da bilər, alınmaya da.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar