30 avq 17:53aktual

Qurban Qurbanov müdafiəçilərin səhvə yol verməyəcəyinə əmindi

Qurban Qurbanov müdafiəçilərin səhvə yol verməyəcəyinə əmindi
“Start heyətində Rəşadı görəcəksiz”
Dünən, yəni “Qarabağ” – “Şerif” oyunundan bir gün əvvəl hər iki komandanın baş məşqçiləri mətbuat konfransında jurnalistlərin suallarını cavabladı. Qurban Qurbanov həmişəki kimi “Azərsun Arena”nın konfrans zalında kameraların önünə keçdi.
Təcrübəli mütəxəssis öncə oyunla bağlı fikirlərini dilə gətirdi, daha sonra suallara cavab verdi: “Təsnifat mərhələsində son oyunumuzdı. Doğma meydanda, azarkeşlərimizin önündə qalib gəlmək istəyirik. Sabah hər bir futbolçunun meydanda bacardığının ən yaxşısını edəcəyinə, layiqincə mübarizə aparacağına inanıram. Müdafiə olunmağı bacaran, sürətli əks-hücumlar quran ciddi rəqibə qarşı oynayacağıq. İşimiz asan olmayacaq. Uğur qazanmaq üçün həddən artıq əziyyət çəkməliyik. Hakimin final fitinə kimi soyuqqanlı olmalı, düzgün oynamalıyıq”.
- Abdulla Zubirin son durumu necədi?
- Zubirlə bağlı qəti qərar sabah veriləcək. Əvvəlki günlərə nisbətən irəliləyiş var. Oyunun başlama saatına qədər həkimlərin rəyini gözləyəcəyik.
- “Qarabağ”a qol və qollar lazımdı. Bunu nəzərə alıb hücum xəttində hansısa dəyişikliklər etməyi düşünürsüz?
- Qol vurmaq üçün hücumda fəal olmalı, topla düzgün və tez oynamalıyıq. Vaxtımız az olsa da, bunun üzərində çalışmışıq. Fikrimcə, əvvəlki oyunlarla müqayisədə hücumda daha fəal olacağıq.
- “Şerif”in əsas heyət üzvlərindən sayılan Yuri Kendışın olmaması rəqibin oyununa təsir edə bilər?
- Təsir edəcəyinə inanmıram. Rəqibin həm Kendışla, həm də onsuz oyun modellərinə baxmışıq. Kendışın əvəzinə oynaya biləcək futbolçunun daha müdafiəyəmeyilli olması mümkündü. Həmin mövqedə bir neçə eyni səviyyəli futbolçuları var.
- Komanda qol buraxandan sonra sanki daha çox stress yaşamağa başlayır. Bunu hiss edirsizmi?
- Stress gündən-günə, ildən-ilə çoxalır. İstər-istəməz hədəflər artır, tələblər çoxalır. Uğur olan yerdə daha artığı gözlənilir. Belə olan halda rəqiblər nəticə verən komandaya qarşı daha da məsuliyyətli olur, ciddi yanaşırlar. Stressin olması normaldı. Stress varsa, deməli, məsuliyyət var, futbolçular oyuna ciddi yanaşır. Bəzən rəqiblər gözləmədiyimiz hücumlar qurur, yaxud gözləmədiyimiz şəkildə müdafiə olunur. Belə olan halda futbolçularımız dəyişikliyə əl atmalı olur, yeni nəsə fikirləşirlər.
- “Sabah uduzsaq, necə olar” qorxusu var?
- Məncə, bu fikirdə olmayan insan yoxdu. Yəqin ki, sizdə də, baş məşqçi kimi məndə də var. Hər bir insan işin mənfi tərəfini də düşünür. Oyundan-oyuna təzyiq daha da çoxalır, bu da normaldı. Bu dəqiqə məğlub olmaq yox, qalib gəlmək haqda düşünürük.
- Oyuna cəmi 13 min bilet satılıb. Azarkeşlərə hansısa mesajınız var?
- Azarkeşlər heç vaxt bizi tək qoymayıblar. İnşallah, bu dəfə də qoymazlar. Sabah tribunalarda 13 yox, 23 min və ya daha artıq azarkeşin olacağını düşünürəm. Hər birini sabah stadionda gözləyirik.
- Artıq millinin toplanışı başlayıb və sabah (bu gün) “Qarabağ”ın oyununa görə hazırlıqda iştirak edə bilməyəcəksiz. Toplanışa fasilə vermək və ya iştirak etmək mümkündümü?
- Narahat olmalı heç nə yoxdu. Həm yığmanın, həm də “Qarabağ”ın məşqləri nəzarətim altındadı. Hazırda ixtiyarımda 15 futbolçu var. Başlanğıcda hazırlıq fərqli olur. Heyət tam yığışandan sonra isə nisbətən fərqli. Proqramım haqda məlumat verməyim düzgün olmaz. Bircə onu deyim ki, narahatlığa əsas yoxdu.
- Filip Ozobiç Azərbaycan çempionatında özünü yaxşı tərəfdən göstərsə də, avrokubok görüşlərində kölgədə qalır. Bu nə ilə bağlıdı?
- Fərqli turnirlərdi. Tək Filipin yox, bəzi digər oyunçuların da bu baxımdan problemləri olub. Oyundan-oyuna “artıracaqlarına” inanıram. Lazım olsa, sabahkı oyunda faydasını görəcəyik.
- Rəşad Sadıqovun səhvlərə yol verməsi Maksim Medvedevlə Bədavi Hüseynovun nöqsanlarının gizlənməsinə səbəb olur. Sabah müdafiə xəttində hansısa dəyişikliklər gözlənilir?
- Hiss edirəm və özünüz də görəcəksiz ki, müdafiədə yaxşı mənada dəyişikliklər olacaq. Oyunçu dəyişikliyi olmayacaq, sadəcə, daha yaxşı oynayacaqlar. Bilirəm, Rəşada təzyiqlər var. Biz belə şeylərdən uzaq olmalıyıq. Həmişə demişəm, “Qarabağ”ın uğurlarında ən böyük pay sahiblərindən biri Rəşaddı. Peşəkarıq və hər cür tənqidlərə hazır olmalıyıq. Hər dəfə məğlubiyyətdən sonra bu cür təzyiqlər olur, normaldı. İnşallah, bir daha belə səhvlər təkrarlanmaz.
- Bildiyimizə görə, Araz Abdullayev yenidən “Qarabağ”ın məşqlərinə qoşulub. Onunla müqavilə bağlanması mümkündü?
- Bildiyiniz kimi, Arazın klubla yox, klublarla problemi var (gülümsəyir). Belə deyim, bir neçə klubla müqaviləsi var. Dünəndən problemi necə həll etmək barədə maraqlanmağa başlamışıq. Azərbaycanlı futbolçudu və ona kömək etmək üçün çalışırıq. Həmin klublardan istədiyimiz cavabı ala bilsək, Arazla danışıqlara başlamaq olar.
- Tiraspolda istədiyimiz “Qarabağ”ı görə bilmədik. Sabah hücumlara ara verməyən komanda görə biləcəyik?
- Nəticə qazanmaq istəyiriksə, səfərdəkindən daha aqressiv olmalı, daha yaxşı oynamalıyıq. Artıq heç bir komandaya qarşı oynamaq asan deyil. Rəqibləri təhlil edirlər, buna uyğun da oynayırlar. Ona görə də bəzən düşünmədiyimiz nəticələrlə üzləşirik.
- Start heyətində Rəşad Sadıqov oynayacaq, yoxsa Yakub Jezniçak?
- Rəşadı görəcəksiz.
- “Şerif”lə qarşılaşmanı yığmanın Kosovo və Malta ilə görüşlərindən əvvəl “açar oyun” adlandırmaq olar? Yəni müsbət və mənfi nəticə futbolçulara psixoloji təsir göstərə bilərmi?
- Fərqli turnirlər, fərqli komandalar, fərqli oyunlardı. Əvvəlcədən elə planlaşdırmışıq ki, “Qarabağ”la millinin oyunları bir-birinə mane olmasın. Ona görə də “Şerif”lə oyunda qeydə alınacaq nəticənin yığmadakı ab-havaya təsir edəcəyini düşünmürəm.
- Emeqara hücumçu olmasına baxmayaraq, geri çəkilir, yarımmüdafiəyə gəlir. Bu sizin tapşırığınızdı, yoxsa top ona gəlmir deyə geri qayıdır?
- Elə məqamlar var ki, bu barədə açıqlama vermək olmur. Sırf komandaya, taktikaya aid məsələlərdi. Elə bir oyunçu yoxdu ki, verdiyim tapşırıqları 90 dəqiqə ərzində düzgün yerinə yetirsin. Bəzən düşünmədiyimiz halda oyun fərqli məcraya yönəlir. Belədə futbolçular başqa addımlar atmalı olur.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar