30 avq 00:22aktual

Moldovalı mütəxəssislər "Şerif" üçün həyəcan təbili çaldı

Moldovalı mütəxəssislər "Şerif" üçün həyəcan təbili çaldı
Savinov: “Heç-heçə olmayacaq, mütləq iki komandadan biri qələbə qazanacaq”
Kalinkov: “Şerif”lilər Bakıda onları nələrin gözləyəcəyini təsəvvür etmirlər”

“Qarabağ” sabah cari mövsümdə ən vacib oyuna çıxacaq. Çempionlar Liqasında BATE səddində “ilişən” ağdamlılar ardınca Avroliqanın pley-offunda səfərdə “Şerif”ə uduzdu. Və bu məğlubiyyət böyük müzakirələrə səbəb oldu. Rəşad Sadıqov qarışıq bir çox futbolçular və baş məşqçi Qurban Qurbanov qınağa tuş gəldi, komandanın xeyli zəiflədiyi deyildi və bu gedişlə Avroliqanın qrupunun əlçatmaz görünməsi ilə bağlı ehtimallar irəli sürüldü. Odu ki, “köhlən atlar” avqustun 30-da Moldova çempionuna “futbol dərsi keçməli”, iki oyunun nəticəsinə görə mərhələni adlayıb, ardıcıl 5-ci dəfə qrupda oynamalıdı.
Bunun üçün isə ağdamlılar ehtiyatı əldən verməməlidi. Qonaqların vuracağı 1 qol arzuların üstündən böyük ölçüdə xətt çəkəcək. Bu mənada əsas yük düzgün taktika seçməli olan Qurban Qurbanovun üzərinə düşəcək. Hazırkı məqamda isə sualların sayı çoxdu. “Qarabağ” nə etməlidi? Hansı oyun üslubundan yararlanmalıdı? Bakıda uğurlu nəticəyə imza atmaq şansı nə qədərdi?
Bu və başqa suallara cavab tapmaq üçün bu dəfə azərbaycanlı yox, moldovalı mütəxəssisləri aradıq. Həmin şəxslər ki, vaxtilə futbolçu kimi Azərbaycanda top qovublar. Yəni həm “Qarabağ”a, həm də “Şerif”ə yaxından bələddilər.
Aleksey Savinov: “Düzü, oyunu canlı izləyə bilmədim. Həmin gün məşqimiz var idi. Tiraspolla mən olduğum şəhər arasında isə xeyli məsafə var. Ona görə də gedə bilmədim. Amma sonradan videoyazıya baxdım. Təbii ki, ilk oyunla bağlı müəyyən düşüncələrim var. Açığı, heyətlə bağlı dəyişiklikdən sonra ”Qarabağ”da müəyyən “axsamanın” olacağını gözləsəm də, belə oynayacaqlarını düşünməmişdim. Belə deyim, daha artığını gözləyirdim. Məncə, “Şerif” “Qarabağ”a oynamaq imkanı vermədi. Başqa cür desəm, “Qarabağ” rəqibdən bu cür başlanğıc gözləmirdi. Təbii, bu mənim ehtimalımdı. Amma 0:1 heç də dünyanın sonu deyil. Qurban Qurbanovu yaxşı tanıyıram. Səhvlərdən nəticə çıxarmağı bacaran, cavab görüşünə komandanı fərqli ab-havada hazırlamağı bacaran mütəxəssisdi. “Qarabağ”da aqressivlik çatmırdı. Bakıda, dolu tribunalar önündə fərqli komanda görəcəyimizə şübhə etmirəm. O qədər azarkeşin önündə hər bir futbolçu canını qoyacaq. Meydan sahibinin üstünlüyü də budu. “Qarabağ”ın, yaxud Qurban Qurbanovun ilk oyuna qədər “Şerif”i ciddiyə almadığını düşünmürəm. Dediyim kimi, Qurbanovu yaxşı tanıyıram, iş prinsipinə bələdəm. Belə olsaydı, hər açıqlamasında rəqibdən ehtiyatlanmalı olduğunu deməzdi. Burda özündənrazılıqdan, rəqibi düzgün qiymətləndirməməkdən söhbət gedə bilməz. Sadəcə, “Şerif” lazım olan qolu vurdu və oyunun davamında müdafiədə səhvə yol vermədi.
Səmimi desəm, 1:0 məni təəccübləndirmədi. Yadınızdadısa, oyundan əvvəl qəzetinizə müsahibədə komandaların eyni səviyyədə olduğunu demiş, şansları bərabər qiymətləndirmişdim. Belə olduğu təqdirdə, ev sahibinin 1 top fərqi ilə qələbə qazanması normaldı. Çünki aralarında aşkar səviyyə fərqi yoxdu. Heç-heçə və ya “Şerif”in minimal hesablı qələbəsi gözlənilən idi.
“Qarabağ”ın cavab görüşündə aqressiv və hücum futbolu oynayacağı birmənalıdı. Başqa cür ola da bilməz. Erkən qol vurmaq üçün əllərindən gələni edəcəklər. Amma bunu gözüyumulu etmək olmaz. “Şerif”in diqqəti müdafiəyə ayırıb, əks-hücumlarda fərqlənmək istəyini nəzərə alsaq, sonluq yaxşı olmaya bilər. “Şerif”in heyətində əks-hücumlarda effektli olan Ziqi Badibanqa, Jo Santos, Alhacı Kamara kimi sürətli və texnikalı hücumçular var. Ona görə də arxa xətti unutmaq olmaz. Bakıda qolsuz bərabərlik, ümumiyyətlə, heç-heçə olmayacaq. Mütləq iki komandadan biri qələbə qazanacaq. Ya “Qarabağ” güclü təzyiq nəticəsində istəyinə çatacaq, ya da “Şerif” əks-hücumların birində qol vuracaq. Çox maraqlı oyun olacaq. İndiki durumda meydan sahibi kimi nisbi üstünlük “Qarabağ”ın tərəfindədi. Avrokubok oyunları zamanı Respublika stadionunda azarkeşlərin hansı ab-havanı yaratdığını yaxşı bilirəm”.
Denis Kalinkov: “Oyuna stadionda yox, televizor qarşısında baxa bildim. Bəribaşdan deyim ki, bu “Şerif”in sərgiləyə biləcəyi ən yaxşı oyun deyildi. Komandanın və futbolçuların potensialına az-çox bələd olan biri kimi daha artığını bacara biləcəklərini düşünürəm. Eyni sözləri “Qarabağ”a aid edə bilərəm. Azərbaycan çempionu qətiyyən özünə bənzəmirdi. Niyə, hansı səbəbdən – bunu dəqiq bilmirəm. “Qarabağ”da ustalıq səviyyəsi yüksək olan futbolçular var. Adi topla rəftarlarından, ötürmələrindən görünürdü. Bəli, “Şerif” öz meydanında 1:0 qalib gəldi. Amma bu heç nə demək deyil. Səfər matçı ərəfəsində cüzi üstünlükdü. Qələbə qazanmasına baxmayaraq, “Şerif”in oyununu bəyənmədim. Xüsusilə ikinci hissəni, lap dəqiq desəm, son yarımsaatı. Niyə bu qədər müdafiə olunduqlarını anlaya bilmirdim. Halbuki rəqibin 1 qolu hər şey alt-üst edəcəkdi. Onsuz da hesabda üstünsən, rəqibin oyunu alınmır, belədə “oturmağın” nə mənası var?
“Şerif”in Bakıda necə oynayacağını, hansı taktikaya üstünlük verəcəyini heç kim bilə bilməz. Səfərdəki oyun burdakından tam fərqli olacaq. Ayın 30-da meydanda tam fərqli ”Qarabağ” görəcəyimiz sirr deyil. Qoran Sabliç müsahibələrinin birində “Qarabağ” heç nə ilə təəccübləndirmədi” demişdi. Halbuki öz komandası da ciddi mənada heç nə etməmişdi. Respublika stadionundakı mümkün ab-havadan, azərbaycanlı fanatların bacarığından, yerli futbolçuların Bakıdakı əzmkarlığından xəbərdar olan biri kimi deyə bilərəm ki, “Şerif”ə həddən artıq çətin olacaq. Moldova çempionu hədsiz təzyiq altında oynayacaq. “Şerif”lilər Bakıda onları nələrin gözləyəcəyini təsəvvür etmirlər. Mərkəzi arenada o cür azarkeş dəstəyi altında oynamaq heç də asan deyil. Bildiyimə görə, Tiraspolda “Qarabağ”ın bir neçə aparıcı futbolçusu, xüsusən də qaradərili hücumçusı oynamamışdı. Cavab görüşündə onların da meydanda olması güclərinə güc qatacaq. Ağır oyun olacağını düşünürəm. “Şerif” ilk növbədə ordakı atmosferə psixoloji cəhətdən hazır olmalıdı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Bu gün, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Bu gün, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Bu gün, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Bu gün, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Bu gün, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Bu gün, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Bu gün, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Bu gün, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Bu gün, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Bu gün, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Bu gün, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Bu gün, 12:49 Alesio toplanışı dəyərləndirdi Bu gün, 12:47 İkinci oyunda uduzdular Bu gün, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Bu gün, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Bu gün, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Bu gün, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Bu gün, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Bu gün, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Bu gün, 12:21 Yığma Ukraynaya uduzdu Bu gün, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar