28 avq 20:55aktual

Zaur Axundov məşqçiləri günahlandırdı, futbolçuları cərimələdi

Zaur Axundov məşqçiləri günahlandırdı, futbolçuları cərimələdi
“Yeni transferlərimizdən razı deyiləm”
"Keşlə"nin prezidenti Zaur Axundov "Səbail"ə məğlubiyyətə görə bərk hirslənmişdi. Onun paltardəyişmə otağında yubanması, səsinin tonu da bundan xəbər verirdi. Axundov matçdan sonra jurnalistlərin suallarını cavabladı.
- Oyundan sonra komanda ilə keçirdiyiniz iclas xeyli çəkdi və yəqin ki, futbolçulara iradlarınızı bildirdiz. Əsas narazılığınız nədən ibarət idi?
- Tək futbolçulara yox, məşqçilər korpusunda yer alanlara da iradlarımı bildirdim. Çünki 3 oyundan 1 xal Azərbaycan kubokunun qalibi üçün böyük zərbədi. Geniş iclas keçirdik və necə deyərlər, isti-isti fikirlərimi bildirdim. Lazımi futbolçulara sözümüzü dedik, nəticə çıxarmalıdılar. Əks təqdirdə, yəqin ki, həmin futbolçularla yollarımızı ayıracağıq.
- Söhbət hansı futbolçulardan gedir?
- Hamıdan. Bu, kollektiv oyundu. Beş futbolçu can yandırırsa, altısı yandırmırsa, deməli, komandanın daxilində problem var.
- Bəlkə bu haqda danışmaq tezdi, ancaq Mladen Milinkoviçi baş məşqçi postuna gətirdiyiniz üçün peşmansız?
- Xeyr. Milinkoviç tanınmış məşqçidi. Komandaya az müddətdi qoşulub. Artıq 3 oyun keçirib və işini də görürük. Tək Milinkoviçdən söhbət getmir, burda köməkçiləri Zaur İsmayılov, Cəmaləddin Əliyev, Aleksandr Karakliç də var. Hansılar ki, futbolun taktikasını, məşq prosesini məndən də yaxşı bilirlər. Onlarla da söhbət etdim.
- Onlar uğursuzluğu nə ilə izah etdilər?
- Komandada əzmkarlıq, döyüşkənlik görmədim. Bunu futbolu bilən adam kimi özünüz də kənardan gördüz. Birinci hissədə komanda, demək olar, yox idi, meydanda gəzirdi. İkinci hissənin əvvəlində 2-ci qolu buraxandan sonra hərəkət etməyə başladılar. Dörd yüzfaizlik qol imkanımız oldu. Yarım, bir metrdən qol vura bilmədik. Sərtan Taşkın olsun, Andre Klennon olsun, Samir Məsimov olsun. Axı onlar peşəkar futbolçulardı, peşəkar liqada oynayırlar. Təbii ki, irad bildirilməlidi.
- Start heyəti bir qədər təəccüblü oldu. Üç hücumçu - Amil Yunanov, Bahodir Nasimov və Vaqif Cavadov ehtiyatda oturmuşdu. Bir də təcrübəli müdafiəçi Adrian Skarlatake. Həmin futbolçularla bağlı problem var?
- Yox. Baş məşqçinin qərarına, start heyətlə bağlı seçiminə heç kim müdaxilə etmir. Təbii ki, Milinkoviçlə təkbətək söhbətim olacaq. Onun yaranmış vəziyyətlə bağlı təhlili olmalıdı. Tək Milinkoviç yox, orda 3 məşqçi də var. Ancaq "11-liy"i baş məşqçi yazır. Bu, onun qərarıdı... Sonra da götürdü 35-ci dəqiqədə 2 əvəzləmə etdi.
- Milinkoviç heyətdə dəyişiklik etsə də, görünür, futbolçuları yaxşı tanımır. Amil Yunanov ötən mövsüm "Sumqayıt"da mərkəz hücumçusu kimi qolları sıralayırdısa, onu sağ cinah yarımmüdafiəçisi kimi oynatdı. Sanki bir nəfər azlıqda oynayırdız...
- O tanımasa da, köməkçiləri burdadı axı. Neçə ildi komandadadılar, futbolçuları yaxşı tanıyırlar. Təbii ki, onlara da öz iradımı bildirdim. Dedim ki, baş məşqçi yenidi, gəlişindən 1 ay keçməyib. O, nə qədər otursun komandamızın köhnə oyunlarına baxsın, ancaq köməkçiləri ki neçə vaxtdı burdadı. Baş məşqçinin köməkçiləri kimi ona yardım etməli, sözlərini deməlidirlər axı. Siz məndən daha yaxşı bilirsiz ki, Amil hücumun mərkəzində oynayır. Bu, onun əsl mövqeyidi. Bunu isə baş məşqçiyə mən, siz yox, köməkçiləri deməlidi.
- Yeni gələn futbolçulardan razısızmı? İstər Nikola Mitroviç, istər Miloş Bosançiç olsun, komandaya kömək edə bilmirlər...
- Sizinlə tam razıyam. Açıq deyim ki, yeni transferlərimizdən razı deyiləm. Onlar komandaya kömək edə bilmirlər və həmin futbolçulara da iradlar bildirildi. Özlərinə də dedim ki, sizdən daha əzmkar, fəal oyun gözləyirdim. Ancaq özləri də dedilər ki, tam hazır deyilik. Bunu futbolçular açıq şəkildə etiraf edirlər. Qarşıda 14-15 gün var və futbolçular təbii ki, iki gün sonra məşqlərə başlayacaqlar. Ümidvaram ki, komanda üzvləri bugünkü iclasdan lazımi nəticə çıxaracaqlar. Vaxt tez keçir, dönüş yaratmalıyıq.
- Bugünkü iclasda əvvəlki oyun sxeminə qayıtmaq da müzakirə olundumu? Çünki "Keşlə" 3-5-2 sxemində daha şən, gözəl futbol oynayırdı, eyni zamanda yaxşı nəticələr qazanırdı. Sanki 4-4-2 futbolçulara yaramır...
- Sizinlə razıyam. Ancaq yenə də bu, məşqçilərə aid məsələdi. Açıq deyim ki, bu gün iradımı baş məşqçidən çox köməkçilərinə dedim. Onlara çox irad bildirdim. Axı siz baş məşqçiyə kömək etməlisiz ki, bu adam bilsin nə, necə olub. Onu nə mən, nə də futbolçular deməlidi. Bunları köməkçiləri baş məşqçiyə ya məsləhət, ya da izahat verərək deməlidi.
- Futbolçuların özlərinə gəlmələri üçün cərimə gözlənilir?
- Təbii ki, olacaq. Özlərinə də dedim. Çempionatda hər bir komandaya hörmətlə yanaşıram. AFFA rəhbərliyi, PFL də çalışır ki, çempionatımız yüksək səviyyədə keçsin. Düzdü, 8 komanda ilə çətindi. Hər komanda hər oyun bir sistem göstərir. Rəqiblərimizin hər birinə hörmətlə yanaşıram, ancaq "Sabah", "Zirə", "Səbail"lə matçların heç birində qələbə qazanmamaq...
- Təqvim də "Keşlə" üçün çox uğurlu idi. 3 oyuna 9 xal toplayaraq fasiləyə lider kimi yollana bilərdiz...
- Təbii ki. Startda elə rəqiblər idi ki, onları məğlub etməliydik. Əsas problem çempionatın startına bir neçə gün qalmış əsas orta sahə oyunçumuz Sezar Meza Kollinin gedişi oldu. Bildiyiniz kimi, o, karyerasını Rumıniyada davam etdirməyə qərar verdi.
- Onun mövqeyinə yeni oyun qurucusu tapmaq belə çətindi?
- Tapa bilmədik. Vaxtımız az olduğuna, çempionat artıq başladığına görə ilk olaraq Bosançiçi götürdük. Fikirləşirdik ki, o yarımmüdafiənin mərkəzində boşluğu doldurar. Bəlkə də 10-15 günə tam hazır olar.
- Sezarı saxlamaq çox çətin idi? Maaş çox istəyirdi, yoxsa könlü burda deyildi? Hər halda, onunla müqaviləniz olsa da, gedişinə əngəl törətmədiz...
- Bilirsiz, bu, klubdaxili sirrdi. Sizə qısa deyim ki, şəxsən mən Sezarın qalması üçün çox çalışdım. Yanvarda gələndə də yaxşı vəziyyətdə deyildi. Bir ildən çox futbol oynamırdı, artıq çəkisi vardı, təlim-məşq toplanışımıza artıq çəki ilə gəlmişdi. Ancaq ona inandım və 3-4 oyundan sonra bu adam formaya, “relsə düşdü”. Sadəcə, bu futboldu, müqaviləsi olanın da gedişi olur.
- "Keşlə" Sezarın Rumıniya klubuna keçidindən hər hansı gəlir əldə etdimi?
- Gəlir deyəndə ki, ona xərclədiyimizi özümüzə qaytardılar. Təbii ki, orta sahədə Sezar kimi futbolçumuzun olmasını istərdik. Ancaq futbolda heç kim heç yerdə daimi qalmır, məcburən saxlamaq olmaz.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:23 Bosançiç “Keşlə”ni Zaur Axundova görə tərk edib Bu gün, 14:22 Ömər Paşayev Samir Abasovun ittihamına cavab vermədi Bu gün, 14:20 “Qəbələ” Sənan Qurbanovla yola davam edəcək Bu gün, 14:19 Almeyda “Astana”da qol hesabını açdı Bu gün, 14:17 "Qarabağ" 4 milyon qazandı Bu gün, 14:14 Qurban Qurbanov: “Bundan sonra Mahiri sosial şəbəkələrdə çox az görəcəksiz” Bu gün, 14:12 “Qarabağ” “Qəbələ”ni acınacaqlı vəziyyətə saldı Bu gün, 13:58 Namiq “Qəbələ”ni siyahıdan silməyin tez olduğunu düşünür Bu gün, 13:56 “Dalğa Arena”da striptiz-şou və söyüş dalğası Bu gün, 13:51 Əfran “Keşlə”ni 20 dəqiqəyə məhv etdi Bu gün, 13:47 Sərtanın durumu qənaətbəxşdi Bu gün, 13:45 Deviçin seriyası Bayılda qırıldı Bu gün, 13:32 “Füzuli”də yetərsay olmadı, matç baş tutmadı Bu gün, 13:31 Kaka Azərbaycan üçün darıxıbmış Bu gün, 13:28 Yığmamız Qazaxıstanla bacarmadı Bu gün, 13:28 Yığmamız Qazaxıstanla bacarmadı Bu gün, 13:21 “Sumqayıt” yenə geridönüş etdi Dünən, 20:13 Elbrus İsmayılov çarəsizdi… Dünən, 20:10 “Sportinq”ə məğlubiyyəti şərtləndirən səbəblər Dünən, 20:08 Mahir Mədətov atmacalarına davam edir Dünən, 14:20 Pulun ola, gedib, gəzib, qayıdasan Dünən, 14:12 Təcrübə və səviyyə fərqi... Dünən, 14:10 Qara Qarayev “Qarabağ”a badalaq vurdu Dünən, 14:09 Portəgizlər məmnun, ağdamlılar məyusdu 21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Bütün xəbərlər
Ən çox oxunanlar