28 avq 19:33aktual

Qurbanov Jezniçakın yanlış transfer olduğunu düşünmür

Qurbanov Jezniçakın yanlış transfer olduğunu düşünmür
Bordin: “Müdafiə futbolu oynayan rəqib qol vəziyyəti yarada bilməz”
Oyundan sonra keçirilən mətbuat konfransına ilk gələn Roberto Bordin oldu. İtalyan mütəxəssis görüş haqda bunları dedi:
- Burda gülən simalar görürəm. Bu, mənim üçün xoşdu. Onu deyə bilərəm ki, komandamız gücünü göstərdi. Hesabda öndə olarkən fərqi artırmaq imkanımız oldu. Futbolçularımızın çıxışından razıyam.
- İlk hissədə rəqibi öndə qarşılayırdız və pressinq edirdiz. Belədə üstünlüyünüz var idi. Ancaq ikinci yarıda geriyə çəkildiz və əks-hücumda oynamağa başladız. Qələbənin əldən getməsinin səbəbini özünüzdə görürsüz?
- 7-8 qol vəziyyəti yaratdıq. Bunun müqabilində qorxaq futbol oynadığımızı düşünürsüz? Müdafiə futbolu oynayan rəqib qol vəziyyəti yarada bilməz. Hesab bərabərləşdikdən sonra da epizodlarımız oldu.
- Əcnəbi futbolçular nəticə verməklə yanaşı, yerli futbolçuların inkişafında da rol oynamalıdı. Ancaq bu gün “Neftçi”də Rəhman oynamır, Mirabdulla sonradan meydana çıxır. Onlara şans verilməməsi nə ilə bağlıdı?
- Məşqlərə əsasən meydana çıxacaq heyəti müəyyənləşdirirəm. Bu zaman futbolçulara milliyətinə görə fərq qoymuram. Bu gün oynayanlar özlərini yaxşı tərəfdən göstərdilər.
- Ötən mövsümün bombardiri Baqali Dabonu niyə mərkəz hücumçusu yox, vinger kimi oynadırsız?
- Dabonun futbolçu xüsusiyyətləri daha çox vinger kimi oynamağa imkan verir.
- Düşünmürsüz ki, bu gün “Neftçi”nin bəxti gətirdi? Müdafiədəki anarxiyaya nə vaxt son qoyulacaq?
- Anarxiyadan söhbət gedə bilməz. Belə olsaydı, yüksək səviyyədə futbol oynaya bilmərik. Hərənin öz fikri var.
- Bizdən fərqli, sizin simanız gülmür. Hesab sizi qane etməyib?
- Jurnalistlərin gülərüz siması xoşuma gəldi. Komandamız gözəl futbol göstərdi. Oyundan razıyam, səfərdə 1 xal qazandığımız üçün sevinir, qaçırılan qol epizodlarına görə isə məyus oluram.
Daha sonra Qurban Qurbanov jurnalistlər qarşısına çıxdı və səsləndirdiyi ilk fikirlər belə oldu:
- Komandamı təbrik edirəm. Bu gün hər iki klubun azarkeşləri əla idi. Son zamanların əsl derbisini izlədik. Həm mübarizə, həm nəticə, həm də azarkeş baxımından. Bu, mənim üçün çox xoş oldu. Belə mübarizə çox vacib idi. Oyundan razı qaldım. Hər iki komandanın ifasında çoxlu qol vəziyyəti izlədiz. Yaxşı oyun alındı.
- “Neftçi” ilk hissədə daha çox pressinq edirdi, ikinci yarıda daha çox əks-hücumda oynayırdı. Bu taktiki dəyişiklik oyununuza müsbət təsir göstərdi?
- Ümumiyyətlə, 90 dəqiqə pressinq etmək asan məsələ deyil. “Neftçi” səfərdə oynayırdı və ilk hissədən sonra hesab da onları qane edirdi. Biz də ikinci yarıda hesaba görə oyuna daxil olmalıydıq. İlk hissədə hücum edib, ikinci yarıda müdafiə olunmaq futbolda tez-tez rastlanan hallardandı. Fasilədən sonra daha da sürətli oynadıq. Rəqibi geri çəkilməyə məcbur etdik.
- Miçel və Abdulla Zubirin vəziyyəti necədi?
- Yəqin ki, Miçel ən azı 15 gün oynamayacaq. Bu üzdən “Şerif”lə matçda olmayacaq. Zubirin çiynində zədəsi var. Bu gün riskə gedib, onu meydana buraxmadıq. Adi epizodda yenidən zədələnə bilərdi. İnşallah, “Şerif”lə oyuna hazır olacaq.
- Yakub Jezniçak avrokubok oyunlarında Bədavi Hüseynovla Rəşad Sadıqova uduzur. Bu transferi yanlış adlandırmaq olar? Yoxsa “Qarabağ”a gəldikdən sonra formadan düşüb?
- Kiminsə kiməsə uduzduğunu düşünmürəm. Komandamda 20 futbolçu var. Hər birinə güvənirəm. Bu mövsüm Rəşadla Kuba təxminən eyni sayda oyuna çıxıb. Yanlış transfer olduğunu düşünmürəm. Məhz bu futbolçular sayəsində uğur qazanıram. Heç bir transferimizə yanlış seçim olduğunu deyə bilmərəm. Bu müdafiəçilərin üçünə də güvənirəm.
- Adətən, hisslərinizi büruzə vermirsiz. Ancaq bu gün yetərincə həyəcanlı görünürdüz. Hətta son dəqiqələrdə tez-tez texniki zonadan xeyli uzaqlaşmışdız. Bunun səbəbi son dövrlər komanda üzərindəki təzyiq, yoxsa oyunun hərarətiydi?
- Məndə həyəcan bəlkə də ən az oyunun gedişində olur. Özüm də matça qapılıram və onun daxilində oluram. Görüşdən əvvəl və sonra həyəcan həmişə olur. İşimiz elədi ki, 3-4 gündən bir bizi oyunlar gözləyir. Bu gün futbolçularım kimi daha fəal idim. Çünki buna ehtiyac var idi. Düzdü, bir neçə dəfə texniki zonanı tərk etdim. Bunun fərqinə varanda geri qayıdırdım (gülür). Normal haldı.
- Filip Ozobiç bu gün “Qarabağ”da ən yaxşı oyununu keçirdi. Gələcəkdə də onu pleymeyker kimi oynatmağı düşünürsüz?
- Üstünlüyü daha çox mərkəzdə oynamasıdı. Gələcəkdə həm bu mövqedə, ehtiyac olsa, fərqli yerlərdə çıxış edəcək. Bu gün ortada oynamasına ehtiyac var idi. Düşünürəm ki, verilən bütün tapşırıqları yerinə yetirə bildi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar