28 avq 19:19aktual

Vüqar Əsgərov pokerə imza atdı

Vüqar Əsgərov pokerə imza atdı
Ukrayna premier-liqasının 6-cı turunda “Aleksandriya” evdə “Vorskla”ya qalib gəlib – 2:0. Pavel Paşayev bu mövsüm ilk dəfə ehtiyatda qalıb. Xalını 15-ə çatdıraraq yenidən “Şaxtyor”la zirvəyə şərik olan “Aleksandriya” növbəti turda “Lvov”un qonağı olacaq.
Türkiyənin 1-ci liqasında 3-cu tur geridə qalıb. “Girəsunspor” doğma meydanda “Elazığspor”u üstələyib - 2:0. Ozan Can Kökcü qələbəni ehtiyat oyunçular skamyasından izləyib. “Gənclərbirliyi” Ankarada “Əskişəhərspor”u darmadağın edib – 5:0. Dəniz Yılmaz 46-cı dəqiqədə meydana çıxıb. “Boluspor” isə azarkeşləri önündə “Ümraniyəspor”dan güclü olub – 3:1. Ufuk Budak yenə ehtiyatda qalıb. Bu komandalar 9 xalla şərikli liderdi. Növbəti turda “Ümraniyəspor” - “Girəsunspor”, “Afyonspor” – “Boluspor” və “Osmanlıspor” - “Gənclərbirliyi” qarşılaşmaları baş tutacaq.
İkinci bundesliqada “Ertsgebirge” səfərdə “Köln”ə uduzub – 1:3. Dmitri Nazarov 78-ci dəqiqədə qazona ayaq basıb. 1 xalla 16-cı pilləyə geriləyən “bənövşəyilər” 4-cü turda “İnqolştadt” səfərinə yollanacaq.
Almaniya 3-cü liqasında isə “Proyssen” rəqib meydanında lider “Osnabrük”ə müqavimət göstərə bilməyib – 0:3. İkinci 45 dəqiqədə forma geyən Rüfət Dadaşov 59-cu dəqiqədə sarı vərəqə alıb. 9 xalla ilk “5-liy”i qapayan “qartallar” 6-cı turda Münsterdə “Uerdingen”lə qarşılaşacaq.
Sequndanın 2-ci turunun açılış matçında “Alkorkon” səfərdə “Malaqa”yla bacarmayıb – 0:1. Eddi İsrafilov məğlubiyyəti ehtiyat oyunçular skamyasından izləyib. 1 xalla 15-ci sırada yer alan “Alkorkon” növbəti turda evdə “Malyorka” ilə qüvvəsini sınayacaq.
Qazaxıstan çempionatında 24-cü turun oyunları keçirilib. “Astana” doğma meydanda “Kızıl-Jar”ı darmadağın edib – 3:0. Riçard Almeyda 90 dəqiqə oynayıb. 57 xalla liderliyini davam etdirən “Astana” növbəti turda “Atırau”nun qonağı olacaq.
Latviya 1-ci liqasında “Dauqavpils” evdə autsayder “Balvu”nu meydana çıxmağa peşman edib - 13:0. Vüqar Əsgərov 90 dəqiqə oynayıb və bombardirlik kürsüsündə bir qədər də möhkəmlənib. Həmyerlimiz 15, 25, 38 və 46-cı dəqiqələrdə rəqib qapısına yol tapmaqla pokerə imza atıb. Bununla da qollarının sayını 22-yə çatdırıb. 34 xalla 2-ci pillədə qərarlaşan “Dauqavpils” 16-cı turda “Preilu”nu qəbul edəcək.
Çexiyanın gənclər liqasında 6-cı tur geridə qalıb. “Slaviya” doğma meydanda “Slovan”a məğlub olub – 1:2. Start heyətində yer alan Fərid Nəbiyev 80-ci dəqiqədə əvəzlənib. 3 xalla 11-ci pillədə qərarlaşan “ağ-qırmızılar” növbəti turda səfərdə “Yablonets”lə münasibətləri aydınlaşdıracaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar