27 fev 17:26aktual, manset

Elxan Məmmədov təbliğat-təşviqat işlərinə start verib

Elxan Məmmədov təbliğat-təşviqat işlərinə start verib
Baş katibin növbəti səfəri hansı ölkəyə olacaq?

Serbiya mətbuatının yaydığı xəbərə görə, AFFA-nın baş katibi Elxan Məmmədov bu ölkədə işgüzar səfərdə olub. O Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza ilə görüşüb.
Görüş zamanı iki ölkənin federasiyası arasında əməkdaşlıq müzakirə edilib. Tərəflər arasında bununla bağlı razılıq əldə olunub. Futbol funksionerlərinin görüşündə aşağı yaş qruplarından ibarət millilər arasında yoldaşlıq matçlarının keçirilməsi qərara alınıb.
Elxan Məmmədov onu qəbul etdiyinə görə Kokezaya minnətdarlığını bildirib və görüşdən məmnunluğunu ifadə edib. Serbiya futbolunun rəhbəri isə UEFA-nın İcraiyyə Komitəsinə namizədliyini irəli sürən Məmmədova bu baxımdan dəstək olacağını vurğulayıb.
Deyəsən, Elxan bəy UEFA İcraiyyə Komitəsinə üzv seçilmək üçün artıq təbliğat-təşviqat işlərinə start verib. Serbiyaya səfərdə əsas məqsədi məhz bu məsələ olub. Son vaxtlar AFFA-nın baş katibini Azərbaycanda tapmaq müşkülə çevrilib. Aprelin 5-də keçiriləcək seçkilərə qısa vaxt qaldığından Məmmədovun Avropa ölkələrinə səfərləri daha da intensivləşib.
Görəsən, Serbiyadan sonra baş katib hansı ölkəyə üz tutacaq? Bu suala cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Mikayıl bəy sualımıza konkret cavab verməsə də, qarşıda belə görüşlərin olacağını vurğuladı: “Seçki gününə kimi qaydalar çərçivəsində baş katibin daha bir neçə belə görüşü planlaşdırılır. UEFA İcraiyyə Komitəsinə namizəd olan digər funksionerlər də bu cür görüşlər keçirirlər. Məhz belə tədbirlərdə namizədlər seçki platformasını açıqlayır, potensial seçicilərə görəcəyi işlər barədə ətraflı məlumat verirlər. Bildiyiniz kimi, 8 yerə 13 namizəd var. Hər biri də qitədə sayılıb-seçilən, sanballı futbol funksionerləridi. Qitə futbol qurumuna üzv olan federasiyaların rəsmiləri ən azı səs verməmişdən öncə namizədlərin gələcəklə bağlı planlarından xəbərdar olmalı və sonda kimə səs verəcəyini müəyyənləşdirməlidi”.
Sonda xatırladaq ki, UEFA İcraiyyə Komitəsinə seçki aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək qurumun növbəti konqresində baş tutacaq. İcraiyyə Komitəsinə düşməyə 13 namizəd iddialıdı ki, onlardan biri də məhz AFFA-nın baş katibi Elxan Məmmədovdu. Namizədlər arasında Məmmədovdan başqa Zbiqnev Bonek (Polşa), Kayrat Boranbaqey (Qazaxıstan), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Raynhart Qrindel (Almaniya), Karl Erik Nilson (İsveç), Kiran Okonnor (Uels), Mişel Uva (İtaliya) və Sərvət Yardımçı (Türkiyə) da var. Həmçinin komitənin indiki üzvləri Devid Hill (İngiltərə), Marios Lefkalitis (Cənubi Kipr) və Maykl van Praaq (Hollandiya) da yenidən bu vəzifənin arzusundadı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar