16 avq 19:00aktual

ÇL ilə vida “feysbuk”u coşdurdu

ÇL ilə vida “feysbuk”u coşdurdu
“BATE səviyyəsində rəqiblərlə "Qarabağ" ildə iki dəfə - Türkiyə və Avstriyada qarşılaşır”
“Qarabağ”ın Çempionlar Liqasından kənarda qalması futbol ictimaiyyəti arasında geniş müzakirələrə yol açıb. Matç bitər-bitməz idman yazarları, futbol sahəsində çalışan tanınmışlar, agentlər fikirlərini bölüşüblər, məğlubiyyəti şərtləndirən səbəbləri qabardıblar. Rəşad Sadıqovun hər iki oyunda səhvə yol verməsi də ən çox dartışılan mövzudu. Həmin şərhlərin bəziləri ilə sizləri də tanış etmək istəyirik.
Erkin İbrahimov: “Yekunlaşdıraq. İdeal insan, ideal məşqçi yoxdu. Qurban Qurbanov hardasa səhv edibsə, bu da onun haqqıdı. Çempionlar Liqasının qrup mərhələsinə adlayan, inanılmazı gerçəkləşdirən bir məşqçidi. Hamımızda elə bir hiss var ki, Almeyda, Pedro və Dinolu "Qarabağ" bu rəqibi keçərdi. Lakin kiçik ölkələri təmsil edən klubların taleyi budu. Bir uğurlu avromövsümdən sonra lider futbolçuları saxlamaq olmur. Məğlubiyyətin əsas səbəbi isə Azərbaycan çempionatının mövcüd durumudu. BATE səviyyəsində rəqiblərlə "Qarabağ" ildə iki dəfə - Türkiyə və Avstriyada qarşılaşır. O da yoldaşlıq görüşlərində. Belarus çempionatında isə büdcəyə, oyunçu seçiminə görə BATE ilə müqayisə oluna biləcək azı 2 klub var - Minsk və Brest "Dinamo"ları. Minsk "Dinamo"su keçən həftə Avroliqada "Zenit"ə 4 cavabsız qol vurdu. Yəni BATE tez-tez belə səviyyəli rəqiblərlə öz çempionatlarında qarşılaşır. Hələ "Şaxtyor", "Vitebsk" kimi "boevoy" komandalar var Belarus liqində.
"Qarabağ"ın çempionatdakı əsas rəqiblərindən olan "Neftçi" isə biabırçı şəkildə Macarıstanda 4 qol yedi. "Qəbələ", ümümiyyətlə, Lüksemburq klubunu belə keçə bilmədi. Belə baxanda, Çempionlar Liqası bizim haramıza yaraşır?! Çempionatda cəmi 8 komanda iştirak edir. Gəncə, Tovuz, Mingəçevir, Zaqatala, Lənkəran, Qusar kimi şəhərlərdə futbolun ənənələri məhv olur. Milli komandamızın durumu göz qabağındadı. 8 klubumuz var, amma orda çalışacaq 8 baş məşqçi yetişdirmədik. Bütün bunları nəzərə alaraq, hansı əsasla "Qarabağ"dan hər il ÇL-in qrupuna düşməyi tələb edirik? Salamatı elə Avropa Liqasıdı. Yenə orda 7-8 xal yığmağla pley-offa irəliləmək olar. Yoxsa yenə gəl 6 qarşılaşmada cansıxıcı oyunla müdafiədə otur, maksimum 2 xal yığ. Reallıqla barışmaq lazımdı...”.
Vüsal Mahmudov: “Rəşad Sadıqovun müdafiəyə ehtiyacı yoxdu, özü müdafiəçidi. Amma "Qarabağ"a qarşı haqsızlıq etməyək. Zibil içindəki Azərbaycan futbolunun üfunətində sağlam boy atan bu klub 4 il inanılmazı bacarıb, beşinciyə də çox yaxındı. Biz isə ilk mərhələdə sillələnənləri yox, uğur rəmzinə çevrilən komandanı tənqid edirik. Səhvlər var idi, sağlam tənqid də olmalıdı, amma baltalamaq üçün daha çürük budaqlar var. Rəqabətsiz çempionatın təmsilçisidi "Qarabağ". Və belə mühitdə hər il Avropada qışadək duruş gətirmək özü böyük işdi. Şura komandalarından biri bunu bacararmı və ya bacaracaqmı? Səbəbi, günahı "Qarabağ"da yox, AFFA-nın soyuq divarları arasında isti neft sobası ətrafında qızınanlarda axtaraq. Onlar bu klubun arxasında kölgələnib, milyonları havaya sovurmaqdan başqa nəyə yarayırlar? Qurban Qurbanovun müdafiəyə ehtiyacı yoxdu, o bombardir hücumçulardan olub”.
Tural Xudiyev: “Kaş, Rəşad Sadıqov kimi səhvini tutmağa çalışacağımız ikinci veteran futbolçumuz olaydı...”.
Elnur Məmmədli: “Onların BATE-si varsa, bizim də Rəşad Sadıqovun karyerasını bitirəcəyini səbirsizliklə gözləyən Jezniçakımız var”.
Ceyhun Rzayev: “Bakıdakı oyunda Rəşadın səhv ötürməsindən sonra Bədavi qol vuran futbolçunu tutmaq əvəzinə ötürmə verənin üstünə gedir. Halbuki Qara onu qarşılayırdı. Bədavi düzgün oynasa, qol vurulmazdı. Bu belə. Bu gün də Rəşadın səhvindən sonra Bədavi sürətdə uduzdu. Bu da belə. Məsələn, Bədavi ilə Rəşadın yerini dəyişsək, nələr olardı? Yazacaqdız ki, oy da, Rəşad sürətdə çatdırmadı. Bir həftə əvvəl isə belə deyəcəkdiz: "ay Rəşad, Bədavi səhv elədi-elədi də, sənə nə olmuşdu? Qara orda ola-ola, niyə həmin yerə getdin?” Rəşad Sadıqovun səhvləri oldu, heç kim inkar edə bilməz. Onu tənqid edənləri 2 kateqoriyaya ayırıram: səhvinə görə tənqid edənlər və platonik nifrətdən dolayı bunu edənlər. 2-ci kateqoriyanı çox yaxşı tanıyıram”.
Sənan Abdullayev: “Ən pisi "şans gözləməkdi”. Kimisə tərifləmək və ya “yıxıb-sürümək” üçün. Xoş sözlər işlətmək arzusu, narahatlığı ilə də məqsədli və ya məqsədsiz yenə ayıbdı. Təbii ki, fanatdan başqa. Rəşadın yaxşı və ya pis oyununda uduzmuş kimi kənara çəkilmək məkrdi. Hər iki oyunda səhvə yol veribsə, komanda uduzubsa, tənqid edilməlidi, sıxılmalıdı. Tamam, anladıq. Bu oyunu Rəşad, Qurban, Əli, Vəli uduzdu. Amma son 5 ildə çempionatımızda BATE-yə yaxın oynayan neçə komandamız oldu? Həmin "Qarabağ"dakıları bu səhvlərdən buraxmağa və öncədən təcrübədə dərk etməyə kim məcbur etdi? Bu klub ancaq ÇL-də öyrənir ki, orda da belə səhvlər edəndə sinifdə saxlayırlar”
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar