16 avq 18:54aktual

Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib

Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib
Belaruslar pulu artırmaq üçün hər yola əl atıblar
“Qarabağ”ın BATE ilə hər iki oyununu “CBC Sport” telekanalından canlı izlədik. Ancaq “Olimpiya” və “Kukesi” ilə görüşlərdə olduğu kimi, yenə problem yaşandı. Düzdü, bunu izləyicilər hiss etmədi, idman kanalı “canını dişinə tutub” Borisovdakı qarşılaşmanı da yayınladı, problemi hiss etdirməməyə çalışdı. Ancaq bu yayın nəyin bahasına baş tutdu, ona aydınlıq gətirəcəyik.
“CBC Sport” kanalının baş direktoru Volkan Üst oyunöncəsi sport24.az saytına verdiyi açıqlamada problemlə bağlı danışmışdı. Məlum olmuşdu ki, barter təklifinə razılaşmayan qarşı tərəf cavab oyununun yayını üçün ağlasığmaz məbləğ istəyib, bir sözlə, manipulyasiya edib: “Bakıda baş tutan ilk oyunda biz Belarus Dövlət Televiziyasına heç bir əngəl törətmədik. Əksinə, bütün istəklərini qısa zaman kəsiyində həll etdik. Təəssüf ki, cavab oyunu ərəfəsində Belarus Dövlət Televiziyası bizi xeyli problemlə üzləşdirdi. Bu mərhələnin oyunlarının yayını üçün ödənilən bəlli bir ortalama qiymət var. Ancaq Belarus tərəfi elə bir şişirdilmiş məbləğ istədi ki... Məsələnin pis tərəfi də bundan ibarətdi ki, qiymət məsələsində “iki ayaqlarını bir başmağa dirəmişdilər”. Hətta UEFA-dakı əlaqələrimizi işə salmalı olduq. Ancaq etiraf edim ki, yenə də gözlənilən məbləğdən artıq rəqəmə razılaşdıq. İlk gündən biz onlara barter təklif etmişdik. Lakin belaruslar buna razılıq vermədilər. Cavab qarşılaşmasının yayını üçün ödədiyimiz məbləğə gəlincə, bu, kommersiya sirridi. Bir onu deyə bilərəm ki, bizə ödədiklərindən bir neçə dəfə artıq məbləğə razılaşdıq”.
Bəribaşdan qeyd edək ki, Belarusda 7 ümumdövlət kanalı var: “Belarus 1”, “Belarus 2”, “Belarus 3”, “Belarus 4” (regional), “Belarus 5”, “Belarus 24” (sputnik) və “NTV Belarus”. Bunlardan “Belarus 5” sırf idman kanalıdı. “CBC Sport” da məhz “5-ci kanal”dan aldığı siqnal əsasında oyunu göstərdi. O ki qaldı məbləğə, həqiqətən də Belarus tərəfi əvvəldən barter təklifi ilə razılaşmayıb. Belədə bizimkilər Bakıdakı oyunun siqnalını qarşı tərəfə 5 min avroya ötürüb. Cavab qarşılaşması üçün danışıqlara gələndə isə, əldə etdiyimiz bilgiyə görə, “CBC Sport”a təxminən 20 min avro “qiymət oxuyublar”. Belədə bizimkilər Volkan bəyin də dediyi kimi, UEFA-da olan əlaqələrini işə salıb və qiyməti 15-16 minə endirməyə müvəffəq olublar. Di gəl ki, matça bir-ik saat qalmış qarşı tərəf yenidən bəhanə gətirərək guya siqnalın parametri üçün əlavə ödənişin lazım gəldiyini iddia edib. Səs-küy yaranmasın deyə, “CBC Sport” əlavə xərci də qarşılamağa razılıq verib. Bir sözlə, Belarus Dövlət Televiziyası aşağı-yuxarı əvvəldən istədiyi məbləği bizimkilərdən qopara bilib. Düzdü, əldə etdiyimiz bilgiyə görə, “CBC Sport”un ziyanının bir hissəsini “Qarabağ” ödəyib, kanalın hesabına müəyyən məbləğ köçürüb. İstənilən halda, belaruslular ilk oyun üçün ödədiklərindən bir neçə dəfə artıq məbləği əldə ediblər. Deyilənə görə, bu durumdan, həmçinin yayının keyfiyyətindən narazı qalan “CBC Sport” UEFA-ya şikayət etmək niyyətindədi. Ancaq çətin ki bu nəyisə dəyişsin. Komandası komandamızı ÇL-dən uzaqlaşdırdığı kimi, kanalı da kanalımızı “həriflədi”...
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Bu gün, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Bu gün, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Bu gün, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Bu gün, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Bu gün, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Bu gün, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Bu gün, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Bu gün, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Bu gün, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Bu gün, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Bu gün, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Bu gün, 12:49 Alesio toplanışı dəyərləndirdi Bu gün, 12:47 İkinci oyunda uduzdular Bu gün, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Bu gün, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Bu gün, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Bu gün, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Bu gün, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Bu gün, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Bu gün, 12:21 Yığma Ukraynaya uduzdu Bu gün, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar