15 avq 23:40aktual

“Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu”

“Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu”
Salmanovun fikrincə, Treymanis 8,3 alacaq
BATE - "Qarabağ" qarşılaşmasında ədaləti qoruyan latviyalı hakimlər briqadasının işini normal qiymətləndirmək lazım gəlir. Baş hakim Andris Treymanis oyuna nəzarət edə bilirdi. Meydan sahiblərinə hansısa rəğbəti hiss olunmadı. Baxmayaraq ki, ilk yarıda sarı vərəqələri birtərəfli şəkildə "Qarabağ"ın futbolçularına göstərdi. Ancaq ədalət naminə deyək ki, həm İnnosent Emeqara, həm də Qara Qarayev qaydanı pozmuşdu və "sarı"nı haqq edirdi. Bir epizodda Abdullah Zubir rəqibin cərimə meydançasında yerdə qalsa da, hakim haqlı olaraq, davam işarəsi verdi. Çünki Zubir özü büdrəyib yıxıldı. Elə ikinci yarının əvvəlində Simeon Slavçevə də rəqibin əks-hücumunu yolverilməz fəndlə pozduğuna görə vərəqə göstərilməliydi. İnnosent Emeqaranın ovulduğu epizoda gəlincə, "Qarabağ"ın hücumçusu meydanın mərkəzində ehtiyac olmadığı halda rəqibi kobudluqla dayandırdı. Sadəcə, Treymanis əvvəlcə tərəddüd etdi, sanki "qırmızı" vermək istəmirdi. Ancaq BATE-li futbolçuların və məşqçilərin haray-həşirindən və çox güman, köməkçiləriylə məsləhətləşdikdən sonra əlini cibinə atdı, əvvəlcə sarı, sonra qırmızı vərəqəni çıxardı. Oyunun sonlarında Filip Ozobiç rəqibin cərimə meydançasına daxil olarkən, hakimin fiti hücumu yarımçıq dayandırdı. Xorvat yarımmüdafiəçi topu əliylə önünə salmışdı. Treymanis son saniyələrdə komandamızın lehinə jest etdi. Əlavə olunmuş 3 dəqiqədən 30 saniyə keçsə də, künc zərbəsi yerinə yetirməyə imkan verdi. Di gəl, ağdamlılar son şansdan da yararlana bilmədi.
Sabiq FİFA referisi Anar Salmanov isə latviyalının işində qüsurlar görüb: "Treymanisi yaxşı tanıyıram. 34 yaşı var, son iki ildə iki kateqoriya adlayıb. Hazırda birinci kateqoriyadadı, perspektivli hakimdi. Şəxsən bir hakim kimi ona rəğbətim var. Amma beynəlxalq təcrübə baxımından axsadığı hiss olunur. Fiziki hazırlığı yüksək səviyyədə idi. Hər iki komanda onun varlığını qəbul etdi, meydanda avtoritet idi. Qaydaların yozumu və tətbiqində isə problem var idi. Epizod var idi ki, qayda pozuntusu olmasa da, fitini səsləndirirdi, bəzən isə əksinə. Vərəqələr haqlı idi. Ancaq Emeqaraya göstərilən ikinci sarı vərəqə pauza ilə oldu. Treymanis tərəddüd edirdi, ancaq komanda işi köməyə gəldi. Hesab edirəm ki, qərarı düzdü. “Üstünlük” prinsiplərinə riayət edirdi. Matçın sonlarında bir dəfə “üstünlük” prinsipinə əməl etdi, ancaq epizod başa çatandan sonra "Qarabağ"ın oyunçusunun haqq etdiyini vərəqəni göstərmədi. Bir dəfə isə bu prinsipə əməl etmək əvəzinə oyunu saxladı. Belədə də vərəqə göstərməli idi, amma nədənsə bunu etmədi. Bir sözlə, vərəqələrdə problemi var idi. Köməkçiləri ilə vizual əlaqə yaxşı idi, heç bir fikir ayrılığı olmadı. Dediyim kimi, bir-iki epizodu çıxmaq şərti İlə idarəçiliyi normal idi. Ona 8,3 qiymət vermək olar".
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar