15 avq 23:20aktual

BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı

BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı
Qurbanov: “Futbolçular arasında anlaşmanın lazımi səviyyədə olmadığını nəzərə almalıyıq”
BATE – “Qarabağ” oyunundan sonra baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirilib. Növbəti mərhələyə adlayan meydan sahiblərinin çalışdırıcısı Aleksey Baqa əvvəlcə oyun haqda danışıb.
- Gözlədiyimiz kimi, oyun çətin alındı. “Qarabağ” çox güclü, oynayan komandadı. Yaxşı ki, hesabı açıb, müəyyən üstünlük qazandıq. İlk yarıda daha asan idi. Ancaq “Qarabağ” sona qədər oynadı. Nəyi gözləyirdiksə, o da oldu. “Qarabağ” yaxşı legionerlərə malik, güclü komandadı. Təcrübəli məşqçiləri var və onun rəhbərliyi altında futbolçular heç nədən qorxmurlar. Qalib psixologiyasına malik komanda olduğu hiss olunurdu. Xoşbəxtlikdən qol vurub, Bakı üstünlüyünü möhkəmlətdik. Uşaqları təbrik edirəm, onlar qəhrəmancasına bu oyunu “daşıdı”. Onlarla qürur duyuram.
- Dəyişikliklər nədən irəli gəlirdi?
- Son 20-30 dəqiqədə müdafiədən hücuma çıxa bilmirdik. Oyunu öz qapımızdan uzağa atmaq tələb olunurdu. Odu ki, topa nəzarət etməli olan Qlebə yardım etmək üçün Skavışı da meydana buraxdım. Oyunçulardan heç birinə iradım yoxdu.
- “Qarabağ”la matçdan sonra komandaya cəlb etmək istədiyniz yeni futbolçular haqda məlumat verəcəyinizi bildirmişdiz. Onların keçidi Azərbaycan təmsilçisi ilə uğurlu oyundan asılı idi?
- Təbii ki, mərhələ adlamaq əlavə bonuslar deməkdi. Maraq dairəmizdə olan yenilər əsasən hücum mövqeyində çıxış edən futbolçulardı. Vaxtından əvvəl onların soyadını demək istəməzdim. Müəyyən texniki nüanslar var ki, buna mane olur. Ancaq həmin futbolçular artıq tibbi müayinədən keçiblər və kollektivə qoşulmağa hazırdılar. Ola bilər ki, bu gün də olmasa, sabah müqaviləyə imza atdılar. Rəqabətin yüksək olduğu “transfer bazarı”nda özümüzü oda-közə vurub heyəti gücləndirə biləcək oyunçular tapmağa çalışırıq. Bu gün BATE-ni irəli “dartan” cəmi 14 insan var. Bundan başqa, Millətlər Liqasını, yığmanın mənafeyini nəzərə almaq lazımdı. Borisovlular milliyə də cəlb olunacaqlar. Odu ki, geniş heyətə malik olmalıyıq.
- PSV ilə qarşıdurmadan nə gözləyirsiz?
- Həmin oyundan sonra ağ şərabla dolu bakalı fırlatmaq haqda düşünürəm. Əlbəttə, bu bir zarafatdı. Ciddi olsaq, bizi Hollandiyanın ən nəhəng klublarından birinə qarşı oyunlar gözləyir.
- Qleb BATE-də ən yaxşı oyununu keçirdi?
- Belə deməzdim. O möhtəşəm karyeraya malikdi və bir çox böyük matçlarda oynayıb. O məşqlərdə nümunədi. Bəzən müxtəlif səbəblər ona özünü göstərməyə mane olurdu. Zamanla Saşa çox parlaq oyun nümayiş etdirib. Ancaq bu gün avrokubok oyunu idi – bu isə həmişə adrenalin, dolu tribuna deməkdi. Bəli, ola bilsin, bu Qlebin ən yaxşı oyunu idi. Bu gün o bizə kömək etdi və qələbəyə töhfəsini verdi.
“Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov isə qısa fikirlərlə yadda qalıb: “BATE-ni növbəti mərhələyə vəsiqə qazanması münasibətiylə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər. Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar. Hakimlik haqda heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avropa Liqasının pley-offu haqda fikirləşməliyik. Deyiləsi bir söz yoxdu. Adətən, qollar səhvlərdən sonra vurulur. Heyətimizin yeniləndiyini və futbolçular arasında anlaşmanın lazımi səviyyədə olmadığını nəzərə almalıyıq".
RƏŞAD

Reaksiyalar
Aleksandr Qleb: "Düzünü desəm, bir qədər bəxtimiz gətirdi. Rəqib hətta azlıqda qalanda da təzyiq etdi, hücum futbolu sərgilədi. Vəzifəmiz arxada etibarlı oynamaq idi. Tələsmədən hücuma keçməyi planlaşdırırdıq. Çünki irəli xətdə sürətli oyunçularımız var. Fikrimcə, “Qarabağ”ın oyunçuları HİK-in oyunçularıyla müqayisədə daha texnikalı və cəlddi. Fərdi cəhətdən çox güclü oyunçuları var. "Qarabağ" layiqli rəqibdi. Yaxşı ki, bu komandanı keçə bildik. İndi istirahət edəcəyik. PSV ilə oyundan öncə çempionat matçı var. Daha sonra hollandlar haqda düşünə bilərik".
Yeqor Filipenko: “Əlbəttə, ağır oyun oldu. Özünüz hər şeyi əla gördüz. Lakin bu mərhələdə asan oyun ola bilməz. Əsas odu ki, biz növbəti mərhələdəyik və buna çox şadıq. Hədsiz əsəbi görünən rəqib komandanın oyunçuları bəzən sərt və kobud oynayırdılar. Prinsipcə, bunun cəzasını da çəkdilər. "Qarabağ"ın azlıqda qalması bizə çox kömək etdi. Bəli, razıyam ki, Emeqaranın qovulmasında bizim baş hakimdən tələbimizin də rolu oldu. Digər tərəfdən, hər şey ədalətlidi. Rəqib futbolçu sərt oynadı və ikinci sarı vərəqəyə səbəb olan qayda pozuntusuna yol verdi”.
Aleksandr Filipoviç: “Həm böyük yorğunluq, həm də qeyri-adi sevinc hiss edirəm. Bilirdik ki, “Qarabağ” aqressiv oynamağa, pressinq etməyə çalışacaq. Səviyyəli oyunçulara malik, topa gözəl nəzarət edən güclü komandadı. İkinci hissənin əvvəlində top buraxdığımızdan matçın sonrakı bölümü asan olmadı. Xoşbəxtlikdən qonaqların hücumçusu qırmızı vərəqə aldı və bu məqam hadisələrin axarına təsir etdi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar