14 avq 19:27aktual

Ramil Şeydayev “Mattersburq”la anlaşdı

Ramil Şeydayev “Mattersburq”la anlaşdı
Renat Dadaşov debütdə penalti qaçırdı
“Trabzonspor”un qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verdiyi Ramil Şeydayev özünə yeni komanda tapıb. “Krılya Sovetov”la adı yanaşı çəkilən hücumçu yay boyunca onun xidmətində maraqlı olan “Mattersburq”la anlaşıb. “Futbol11” saytının məlumatına görə, yığma üzvü artıq yeni klubunun düşərgəsinə qoşulub. Ancaq müqavilənin detalları məlum deyil. “Mattersburq” hazırda 3 xalla Avstriya çempionatında ilk “10-luğ”u qapayır. Bu komandanın Araz Abdullayevi də heyətinə qatmaq istədiyini xatırladaq.
Almaniyanın ikinci bundesliqasında 2-ci turun oyunları keçirilib. “Ertsgebirge” Auedə “Maqdeburq”un müqavimətini qıra bilməyib - 0:0. Dmitri Nazarov 58-ci dəqiqədə meydana çıxıb. 1 xalla 16-cı pillədə qərarlaşan “bənövşəyilər” növbəti turda “Köln”ün qonağı olacaq.
Türkiyənin 1-ci divizionunda yeni mövsümə ötən həftə start verilib. İlk turda “Girəsunspor” doğma meydanda “Əskişəhərspor”a qalib gəlib – 3:1. Ozancan Kökcü 69-cu dəqiqədə qazona ayaq basıb. “Boluspor” azarkeşləri önündə “Osmanlıspor”u üstələyib – 1:0. Ufuk Budak qələbəni ehtiyat oyunçular skamyasından izləyib. “Gənclərbirliyi” isə Ankarada eyni hesabla “Hatayspor”u məyus edib. Dəniz Yılmaz da sonadək ehtiyatda qalıb. İkinci turda “Girəsunspor” “Osmanlıspor”un, “Boluspor” “Elazığspor”un, “Gənclərbirliyi” isə “Altınordu”nun qonağı olacaq.
Portuqaliya sequndasında da yeni mövsüm başlayıb. “Kova Piedade” səfərdə “Gimaraynş”ın B komandasını məğlub edib – 1:0. Ancaq Dmitri Nağıyevin adı oyunun protokoluna salınmayıb. “Eştoril” isə azarkeşləri önündə “Portu”nun əvəzedicilərini darmadağın edib – 4:0. Renat Dadaşov 63-cü dəqiqədə meydana çıxıb. Rüfətin qardaşı yeni komandasında debüt oyununda qol vurmağa yaxın olub. Ancaq Dadaşov 85-ci dəqiqədə özünə qarşı kobudluğa görə təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib. Rəqib qapıçı zərbənin istiqamətini tapıb. İkinci turda “Kova Piedade” Kovilya “Sportinq”ini qəbul edəcəksə, “Eştoril” səfərdə “Braqa”nın ikinci komandasını sınağa çəkəcək.
Ukrayna premier-liqasında 4-cü tur geridə qalıb. Mövsümə möhtəşəm başlayan “Aleksandriya” qələbə yürüşünü davam etdirir. Pavel Paşayevin komandası evdə Kiyev “Arsenal”ına da gücünü göstərib – 1:0. Yığma üzvü bu qarşılaşmanı da əvəzlənmədən keçirib. 12 xalla vahid lider olan “Aleksandriya” növbəti turda Kiyevdə “Dinamo” ilə üz-üzə gələcək.
Latviyanın 1-ci liqasında 13-cü turun oyunları keçirilib. “Dauqavpils” doğma meydanda “Qrobinas”ın daşını daş üstə qoymayıb - 9:0. Start heyətində yer alan Vüqar Əsgərov 57-ci dəqiqədə əvəzlənib. Həmyerlimiz 32-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bununla da
millimizin sabiq forvardı qollarının sayını 13-ə çatdırıb. 28 xalla ilk “3-lüy”ü qapayan “Dauqavpils” növbəti turda “Auda” səfərinə yollanacaq.
Litva çempionatında isə təqvim bir qədər qarışıqdı. Belə ki, mövsümün sonuna hələ xeyli vaxt qalsa da, “Yonava” avqustun 12-də sonuncu – 28-ci turun matçına çıxıb. Bu komanda evdə “Trakay”la bacarmayıb – 1:3. “Kəpəz”in sabiq üzvü Tural Rzayev 90 dəqiqə oynayıb və 10-cu dəqiqədə sarı vərəqəylə cəzalanıb. Kamran Quliyev isə 76-cı dəqiqədə qazona ayaq basıb. 14 xalla sonuncu – 8-ci pillədə qərarlaşan “Yonava” ayın 18-də 22-ci tur çərçivəsində “Palanqa”nı qəbul edəcək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar