14 avq 19:16aktual

“Pressbol” Halldorssonu danışdırdı

“Pressbol” Halldorssonu danışdırdı
Abdulbari Gözəl komanda üzvləri ilə görüşdü
BATE – “Qarabağ” oyununda əsas vəzifə hər nə qədər azı 1 qol vurmaq olsa da, qapının toxunulmazlığının qayğısına qalmaq da olduqca önəmlidi. Rəqibin vuracağı 1 qol böyük ölçüdə azərbaycanlı futbolsevərlərin Çempionlar Liqasının qrup mərhələsi arzusunun üstündən xətt çəkəcək. Hər halda, ağdamlıların 2 qol vurması o qədər də inandırıcı görünmür. Odu ki, əsas yük çempionun yeni transferlərindən olan, İslandiya yığmasının qapıçısı Hannes Tur Halldorssonun çiyinlərinə düşəcək.
Həmin Halldorsson ki, hələ bir həftə əvvəl belaruslu jurnalistlər Bakıya gələndə onların diqqət mərkəzində olan əsas futbolçu idi. Hər halda, oyundan əvvəl və sonra bizdən onun haqda maraqlanır, soruşurdular. DÇ-2018-də Messinin penaltisini dəf etməsi təcrübəli qolkiper üçün ciddi reklam oldu. Oyundan bir gün əvvəl “Pressbol”un əməkdaşı “Qarabağ”ın “11-lik”də meydana çıxacağı gözlənilən qapıçısı ilə əlaqə saxlayaraq, ona “iş penalti zərbələrinə qədər uzansa, komandanıza kömək edə biləcəksizmi” sualını ünvanlayıb. İslandiyalının cavabı belə olub: “Penalti zərbələri – bu bir “lotereya”dı. Rəqibin fikrini əvvəldən “oxumalı”, zərbəni dəqiq vurmasına mane olmalısan. Dünya çempionatında Argentina ilə oyunda bunu bacardım və həmin qurtarışım karyeramın parlaq səhifələrindən birinə çevrildi. Açığı, indi o haqda qətiyyən düşünmürəm. Ancaq hara gedirəmsə, insanlar həmin epizodu yadıma salır. Qapıma 11 metrlik cərimə zərbəsi təyin olunanda, heç vaxt təsir altına düşmürəm, həyəcanlanmıram. BATE - “Qarabağ” oyununda mərhələnin həlli penalti zərbələrinə qədər uzansa, mən buna hazır olacam”.
Maraq üçün qeyd edək ki, klub prezidenti Abdulbari Gözəl şənbə günü, yəni vacib qarşılaşma ərəfəsində “Qarabağ”ın bazasına baş çəkməyi məqsədəuyğun sayıb. Son məşqdən öncə Abdulbari bəy əvvəlcə baş məşqçi Qurban Qurbanovla görüşüb. Komandanın son oyunu, ümumiyyətlə, cari avrokubok mövsümünün perspektivləri haqda danışılıb. Gözəl daha sonra futbolçularla ünsiyyətdə olub. BATE-yə məğlubiyyətə baxmayaraq, komandaya inandığını deyən başqan cavab matçında uğurlar arzulayıb. Maraqlıdı ki, Belarusun aparıcı nəşrinin saytında bu xəbərə də yer verilib.
“Pressbol”un saytında həm də bu oyuna olan əmsallar qeyd olunub. Belarusun ünlü bukmeker kontoru həmyerlilərinin qələbəsini 2,09 əmsalla dəyərləndirib. Pronozsevərlər heç-heçəyə görə 3,52, “Qarabağ”ın qələbəsinə görə isə qoyduğu pulun 4,12 qatına yiyələnə bilər.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar