14 avq 18:46aktual

Baqa bu dəfə ehtiyatlı danışdı

Baqa bu dəfə ehtiyatlı danışdı
“Məncə, “Qarabağ” müəyyən dəyişikliklər edəcək və meydana başqa oyunçular çıxacaq”
Dünən Bakı vaxtı ilə saat 19.00-da BATE-nin oyunöncəsi son məşqi başladı. Maraqlıdı ki, matçın keçiriləcəyi “Borisov Arena”da yox. Qazonun yüklənəcəyindən ehtiyatlanan yerli komanda “Qarabağ”ın üsulundan yaralanıb, məşqi “Dudinka”da keçməyi məsləhət bilmişdi. Yüngül zədədən əziyyət çəkən və fərdi şəkildə hazırlaşan Nikolay Siqneviç istisna olmaqla bütün futbolçular məşqə qatılmışdı. Bakı vaxtı ilə 16.30-da isə BATE-nin baş məşqçisi Aleksey Baqa “Borisov Arena”nın konfrans salonunda jurnalistlərin suallarını cavabladı.
- Səfər qələbəsi sizə oyun tərzini seçmək imkanı yaradır. Artıq özünüz üçün nələrisə müəyyənləşdirmisiz?
- Müəyyənləşdirmək – bu, sadəcə, nəzəriyyədi. Hər şeyin necə olacağını oyun göstərəcək. İndidən “Qarabağ”ın bir neçə oyun variantını göz önünə gətirib, yadımızda saxlamalıyıq. Rəqib Bakıda 30 min azarkeşin qarşısında başqa cür idi. Səfər oyunu isə başqadı. Bu komandanın Sloveniya və Albaniya təmsilçilərinə qarşı necə təsir bağışladığını görmüşük. Heç də zəif komanda deyil. Təbii, oyunla bağlı müəyyən qeydlərimiz və tapşırıqlarımız var. Şübhə etmirəm ki, sabahkı oyun ilk görüşdən daha ağır olacaq. Psixoloji və strateji üstünlük müəyyən mənada tərəfimizdə olsa da, bu hələ heç nə demək deyil.
- Prioritet nədi: qol vurmaq, yoxsa qol buraxmamaq?
- Qol vurmaq lazımdı, amma buraxmamaq şərti ilə. Ən ideal variant budu.
- Kollektiv bu matça tam şəkildə hazırlaşır?
- Slobodan Simoviçlə Nikola Vasilyeviç ciddi zədədən sonra fərdi məşqlərə başlayıblar. Qalan futbolçular sağlamdı, həvəslə oyuna hazırlaşırlar. Yeganə məyusedici fakt odu ki, bəzi futbolçuların səhhətində problem var. Güman edirəm ki, meydana çıxmalarında problem olmayacaq.
- Bakıdakı görüşdə Yeqor Filipenko cərimə meydançası həndəvərində bir neçə dəfə yanlış ötürmə ilə yadda qaldı. Belə səhvlərə necə yanaşırsız?
- Mən bunu faciə adlandırmazdım. Adam top saxlamaq, müdafiədən çıxmaq üçün çalışırdı. Əlverişli mövqedə olan komanda yoldaşlarını axtarırdı və nəticədə güclü pressinqlə üzləşirdi. Bu da oyunun bir hissəsidi. Əlbəttə, istəyərəm ki, hər biri daha inamlı təsir bağışlasın. Həmin səhvlər qolla nəticələnməyibsə, ciddi probem yoxdu. Həmin oyunu detallı təhlil etdik. Uşaqlara hazırlıq və psixoloji məqamlarla bağlı göstərişlərimizi verdik. Çox təəssüf ki, nadir hallarda bu qədər azarkeş təzyiqi və jurnalist marağı altında oynayırıq.
- Sabahkı görüş olduqca vacibdi. Bu dərəcədə təzyiqin qarşısında necə dözəcəksiz? BATE-də baş məşqçi kimi davam etmək yönündə “Qarabağ”la qarşılaşma sizin üçün vacib məqamdı.
- Bilirsiz, Yeqor Filipenko nə dedi? Deyir, futbolda hər şey yaxşıdı, ancaq keçirdiyim stresslər məni boğaza yığıb. Düzü, bir həftənin hardan gəlib keçdiyini bilmədim. Bir addım atdıq və sabah artıq cavab görüşüdü. Bəlkə də şablon səslənəcək, onu deyim ki, köməkçi-məşqçi kimi çalışanda çox şey öyrəndim. Bildiyiniz kimi, neçə dəfə qrup mərhələsi və pley-off həyəcanı yaşadıq. Odu ki, lazım olan immunitetim var. Əlbəttə, özümdə müəyyən yüklənmə hiss edirəm. Öhdəsindən necə gəlirəm? İş, uşaqlarla ünsiyyət, oyunların təhlili – fikrimcə, hamı bu yolu keçir.
- Bakıdakı oyunun ilk yarısında BATE-nin ifasında güclü pressinq gördük. Eyni görüntü “Borisov Arena”da da yaşanacaq?
- Gözləmək olar. Amma bir şeyi unutmayaq ki, pressinq çox güc itirmək deməkdi. Bəzən onsuz keçinməli olursan. Məncə, “Qarabağ” müəyyən dəyişikliklər edəcək və meydana başqa oyunçular çıxacaq. Ona görə də hər cür vəziyyətə hazır olmalıyıq. 90 dəqiqə fasiləsiz pressinq etmək istəsək də, mümkün deyil. HİK-lə evdəki oyunu yada salın. İlk hissədə alınmışdı, fasilədən sonra yox.
- “Qarabağ”dan öldürücü start gözləyirsiz?
- Hər şey gözləmək olar. “Qarabağ”a qol vurmaq lazımdı. Bu komanda ustalaşmış, hücum potensialı yüksək olan futbolçulara sahibdi.
- Transfer çalışmalarında hansısa yenilik gözlənilir?
- Bu yöndə işlər görülür. Hazırda “Qarabağ”la oyunu fikirləşirik. İşimiz istədiyimiz səmtdə getsə, təxminən bir sutkadan sonra yeni oyunçularla bağlı nəsə deyə bilərəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar