13 avq 18:36aktual

Vaqif Heydərli müştərilərinin müdafiəsinə qalxıb, iradlarla razılaşmadı

Vaqif Heydərli müştərilərinin müdafiəsinə qalxıb, iradlarla razılaşmadı
“Budaq Azərbaycana qayıdırsa, bu o demək deyil ki, vəssalam, hər şey bitdi”
Agent Vaqif Heydərli azərbaycanlı gənclərin məqsədyönülü inkişafı üçün əlindən gələni etməkdədi. Son vaxtlar diqqət mərkəzində olan sabiq “Futbol+”çi neçə-neçə həmyerlimizin Avropaya ayaq açmasına səbəbkar olub. 2016-nın yayında Budaq Nəsirovun Portuqaliyanın köklü klublarından olan “Sportinq”ə keçidinə nail oldusa, daha sonra “Qəbələ”nin iki yetirməsinin - Fərid Nəbiyevlə Rövlan Muradovun “Slaviya” ilə müqavilə bağlamasında birbaşa iştirak etdi. Bir müddət öncə Litvaya apardığı Kamran Quliyevin adını da siyahıya əlavə edə bilərik.
Yəni bu adam agent kimi işinin öhdəsindən gəlməyə çalışır. Qalır həmin futbolçuların özlərini yaxşı tərəfdən göstərməsi, üz tutduqları komandalarda əsas heyət üzvünə çevrilməsi. Lakin zaman göstərir ki, çəkilən əziyyət boşunadı. Təcrübəlilər – Kamran Ağayev, Ruslan Qurbanov, Emin Mahmudov, Elnur Cəfərov kimi, onlar da düz-əməlli legioner həyatı yaşamağı bacarmırlar. Bir müddət kölgəyə çəkiləndən sonra vətənə əliboş dönməli olurlar. Necə ki, “Slaviya” ilə yollarını ayıran Rövlan bu gün özünə yeni iş yeri axtarır. Ondan daha təcrübəli Budaq “Zirə” ilə müqavilə bağlamağa yaxındı. Fərid isə ötən mövsümün ikinci yarısını Gürcüstan təmsilçisi “Şevardeni-1906”da keçirdi.
Zaman və reallıq göstərir ki, 2005-ci ildən bu yana Azərbaycan futbolunun gələcəyi naminə xərclənən pullar havaya sovrulub. Bu uşaqların hamısı məhz qeyd etdiyimiz ildən sonra ortaya çıxan, yetişən, inkifaş etməli olanlardı. Yaradılan şəraitin qarşılığında Budaq “Sportinq”də olmasa da, Portuqaliyanın başqa komandasında adından söz etdirməliydi. Fəridlə Rövlan elə oyun sərgiləməliydi ki, “Slaviya”nın əsas komandasında olmasa da, Avropanın başqa təmsilçilərində oynaya bilsinlər.
Göründüyü kimi, vəziyyət acınacaqlıdı. Yəni bu gedişlə yığmaların gələcəyinə də ümid bəsləmək yersizdi. Faktiki bu ölkədə Avropa səviyyəsində futbolçu yetişmir. Mütləq ki, nədəsə geri qalırlar, etimadı doğrulda bilmirlər. Dünən Vaqif Heydərli ilə əlaqə saxlamaqda məqsədimiz də toxunduğumuz mövzu ətrafında söhbətləşmək idi.
- Bildiyimə görə, Budaq Nəsirov karyerasını “Zirə”də davam etdirəcək. Bəlkə də tərəflər arasında müqavilə bağlanıb da...
- Xeyr, hələ rəsmi heç nə yoxdu. Hər şey buna doğru gedir, amma ortada müqavilə faktı yoxdu.
- Hər nə isə. Hər halda, karyerasını yenidən ölkəmizdə davam etdirmək şansı olduqca yüksəkdi.
- Elədi.
- Elədisə, yenidən Azərbaycana dönüşünün səbəbi nədi? Halbuki ona böyük ümidlər bəslənirdi. Özün də açıqlamalarında Nəsirovun ölkəyə qayıtmağa qarşı olduğunu deyir, karyerasını Avropada davam etdirməli olduğunun vacibliyindən bəhs edirdin.
- Budağın Azərbaycana qayıtmasını məhz özümüz istədik. Yəni heç kim ona qapını göstərməyib. İstəsəydik, “Sportinq”də qalardı. Bunu da yığmadakı oyun təcrübəsinin vacibliyinə görə etdik. Budaq Nəsirova hədsiz inamım var. Sadəcə, bu dəqiqə ona oyun təcrübəsi lazımdı. “Zirə”də mütəmadi şans qazanandan, millidə oynayandan sonra yenidən “Sportinq”ə qayıtmasında problem olmayacaq. Əminəm ki, burda yığacağı təcrübə ilə daha güclü futbolçu görəcəyik. Budağın oyun təcrübəsi olanda istənilən komandada oynaya biləcək futbolçudu. Ona görə də bu variantı seçdik.
- “Zirə”də icarə əsasında oynayacaq?
- Rəsmi anlaşma olsa, bəli. Amma hələ ki heç nə dəqiqləşməyib.
- Dediyin oyun təcrübəsini Avropada qazana bilməzdi? Maşallah, Avropa klubları ilə geniş əlaqələrin var, dediyin kimi, istənilən komandada oynaya biləcək futbolçudu. Belədə niyə Azərbaycana qayıtsın ki?!
- Bu dəqiqə bizə zəmanətli oyun təcrübəsi lazımdı. Yəni elə komandaya üz tutmalıydı ki, orda onu tanıyan baş məşqçi olsun. Xaricdə hansısa komandaya üz tutsaydı, ora uyğunlaşmalıydı, baş məşqçinin etimadını qazanmalıydı. Bunu etmək qısa müddətdə çox çətindi. Amma Azərbaycan futbolu ona doğmadı. Məşqçilərin iş prinsipinə bələddi, komanda yoldaşlarını tanıyır. Əks halda, Avropada qalmasını hamıdan çox özü və mən istəyirdik.
- Heç olmasa, başqa variantlar var idi?
- Sizcə, “Sportinq”lə müqaviləsi olan, bu komandanın sıralarında yer alan futbolçu üçün variant olmaya bilər? Mümkün deyil! Mütləq ki, maraqlananlar, heyətində görmək istəyənlər var idi. Sadəcə, dediyim səbəbə görə Azərbaycanda oynamasını istədik.
- Azərbaycanda necə, konkret təklif “Zirə”dən idi?
- Xeyr, başqa təkliflər də var. Keçidi dəqiqləşməsə də, daha uyğun variant kimi “Zirə” görünür.
- 2016-dan bu yana “Sportinq” Budağa, Budaq Azərbaycan futboluna nə verdi?
- Budaq ilk mövsümdə “Sportinq B”nin heyətində 20 oyunda meydanda oldu. Başa çatan mövsümdə isə 10 matçın həyəcanını yaşadı. Bunun üzərinə yoldaşlıq görüşlərini və təlim-məşq toplanışlarını da gəlsək, bir azərbaycanlı futbolçunun Portuqaliyada nələr qazandığını göz önünə gətirmək çətin olmamalıdı. Üstəgəl, Avropa futbolunun içində olması, ordakı yerli mühitə alışması, peşəkar futbolçunun kollektivdə özünü necə aparmalı olduğunu görməsi, intensiv məşqlərdə iştirak etməsi – bütün bunlar Budağın qazandıqlarıdı. Nəzərə alın ki, müəyyən vaxtlarda əsas komandanın məşqlərinə də qatılırdı. Deyim ki, Nəsirov həm şəxsi, həm də futbolçu keyfiyyətləri baxımından çox “artırıb”. İnşallah, burda oyun təcrübəsini yığıb qayıdandan sonra daha inamlı və uğurlu olacaq.
- Fərid Nəbiyevdən nə xəbər var?
- Fərid xeyli vaxtdı “Slaviya”nın əvəzedici heyətinə qoşulub. Meydana çıxdığı 3 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmənin müəllifi olub. Vəziyyəti xeyli yaxşıdı. O da ara-sıra əsas komandanın məşqlərinə cəlb olunur. Bundan sonrası özündən asılıdı. Hələ 19 yaşı var. Ümid edirəm ki, bir-iki ildən sonra əsas komandanın üzvlərindən sayılacaq.
- Bəs Rövlan?
- Bildiyiniz kimi, Rövlan bəzi səbəblərə görə “Slaviya” ilə yollarını ayırdı. Hazırda onun üçün də başqa variantlar var. Bu ayın sonuna qədər gələcək taleyinə aydınlıq gələcək.
- Təkliflər xaricdəndi, yoxsa, ölkə daxilindən?
- Azərbaycandan maraqlananlar var. Lakin bizim əsas istəyimiz Muradovun karyerasını Avropada davam etdirməsidi. Hazırda bunun üzərində işləyirik.
- İşinin, dolayı yolla azərbaycanlı futbolçuların legioner həyatı yaşaması yolunda çəkdiyin əziyyət danılmazdı. Hətta bəzən öz cibinin pulunu xərcləmisən ki, təki hansısa həmyerlimizin sorağı Avropa klubundan gəlsin. Son vaxtlar bu yöndə xeyli əziyyət çəkdiyin göz qabağınadı. İndi dönüb geriyə baxanda peşmanlıq hissi keçirmirsən?
- Xeyr, qətiyyən! Əslində mən bundan zövq alıram və bu cür də davam edəcək. Hansı məsuliyyətin altına girdiyimi və məni nələrin gözlədiyini işə başlayanda bilirdim. Bütün çətinliklərdən, baş verə biləcək müsbət və mənfi məqamlardan xəbərdar idim. Hər şey sırf biz istədiyimiz kimi olsa, o işin dadı-duzu qalmaz. Əlbəttə, müəyyən xoşagəlməz anlar olacaq. Vacib olan həmin an bezmək yox, çıxış yolu tapmaq, daha yaxşısına çalışmaqdı. Sizə deyim ki, bir transferi gerçəkləşdirəndən sonra dərhal növbəti futbolçu haqda düşünürəm. Bacarıqlı gənclərimiz var, onları xaricə aparmaq yönündə işləyirik, əyər-əskiklərini düzlətmələrinə çalışırıq.
- Bu sualı niyə verdim? Budaq Portuqaliyadan Azərbaycana qayıtdı, Rövlan Çexiyada yaşadığı legioner həyatından sonra bu gün klubsuzdu, Fərid bir ara Gürcüstanda oynadı. Yəni xoş gələcək görünmür nəsə.
- Fəridin məsələsi fərqli idi. “Gürcüstanda “Slaviya” onu bəyənmədi deyə oynadı” düşüncəsi kökündən səhvdi. Vizaya görə Avropaya daxil ola bilmirdi və məcburiyyətdən bu addımı atmalı olduq. Azərbaycanda da oynaya bilməzdi, çünki “pəncərə” bağlanmışdı.
- Olsun. Deməyim odu ki, bütün bunları nəzərə alanda, günahın heç də səndə və məndə yox, futbolçularda, onları yetişdirənlərdə olduğunu düşünmürsən? Faktiki, yaradılan bu qədər şəraitin qarşılığında bu gün avropalılardan geri qalırıq.
- Geri qalmağına qalırıq. Bu birmənalıdı. Bunun da futbola aid olan və olmayan bir çox səbəbləri var.
- Nəzərə alaq ki, bu uşaqlar futbola diqqət, böyük pullar ayrılandan sonra oynamağa başlayanlar, yetişənlərdi. İndi niyə avropalılardan geri qalmalıyıq?
- Futbolumuzun hələ də həllini tapmayan çox ciddi problemləri var. Çox az sayda klublarda müasir standartlara cavab verən akademiyalar fəaliyyət göstərir. Vallah, elə klublar var ki, əsas komanda daxil, bütün aşağı yaş qrupları bir stadionun ümidinə qalıb. Yarım milyon əhali yaşayan Sumqayıtda cəmi bir meydan var. Əsas komanda da daxil, aşağı yaş qruplarının hamısı “Kapital Bank Arena”ya sığınıb. Üstəlik, dünənə qədər örtük süni idi. Sizcə, belə mühitdə futbolçu məqsədyönlü şəkildə inkişaf edə bilər? Götürək həmin “futbolun Məkkəsi” sayılan Gəncəni, yaxud vaxtilə futbolçu yetişdirməkdən bezməyən Tovuzu.
- Vəziyyət dediyin kimidisə, onda əziyyət çəkməyə dəyməz. Xaricə gedib 1 ildən sonra üstümüzə əlləri ətəklərindən uzaq qayıdacaqlarsa, kimə lazımdı o “Sportinq”, o “Slaviya”? Əksinə, özümüzü biabır edirik.
- Futbolda problemlər var deyə, əlimizi yanımıza salıb heç nə etməyək? Onda siz də qəzet buraxmayın. Deyin ki, bu qədər yazıb-pozuruq, problemlər həllini tapmır, səsimizə səs verən yoxdu. Elə deyil axı. Hər birimiz nəyəsə ümid edirik, nəsə etməyə çalışırıq. Budaq Azərbaycana qayıdırsa, bu o demək deyil ki, vəssalam, hər şey bitdi. Əksinə, hər şey yaxşıya doğru dəyişəcək. Bundan sonra siyasəti mümkün qədər dəyişəcəyik. Məsələn, çalışacağıq ki, futbolçuları 18 yaşları tamam olan kimi Avropaya aparaq. Ki, qarşıdakı 1-2 ildə yeni nələrsə öyrənsin, bir az da “artırsın”.
- Yaxın vaxtlarda yenə hansısa futbolçunun xaricə yollanması mümkündü?
- Bu yöndə durmadan çalışırıq. Mümkün qədər daha çox futbolçunu aparmalıylq ki, heç olmasa, 5-nin arasından biri tapıntı kimi yadda qalsın. Dediyim kimi, üstünlüyü 18 yaşı yenicə tamam olanlara verəcəyik. Yaxın günlərdə hansısa transfer gözlənilmir. Ola bilsin, qışda, yaxud növbəti yayda yeni xəbərlər eşitdiz.

Yeri gəlmişkən...
Ötən sayımızda Budaq Nəsirovun karyerasını "Zirə"də davam etdirəcəyini xəbər vemişdik. “Futbol+”in informasiyası təsdiqləndi. Belə ki, dünən tərəflər münasibətlərini rəsmiləşdirdi. “Qartallar” yarımmüdafiəçi ilə birillik müqavilə bağladı. Qeyd edək ki, Budaq Portuqaliya "Sportinq"indən icarəyə götürülüb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar