10 avq 13:07aktual

“CBC Sport” şərhçi heyətini genişləndirəcək

“CBC Sport” şərhçi heyətini genişləndirəcək
Şəmsəddin Abbasov: “Bunu bacaracağıqsa, deməli, “1 nömrə” olacağıq”
Yeni futbol mövsümündən əksəriyyət nəzərlərini “CBC Sport”a yönəldəcək. Düz 3 il əvvəl, məhz avqustun 9-da internet üzərindən fəaliyyətə başlayan idman telekanalı bu sahədə “1 nömrə” olmağı qarşısına məqsəd qoyub və “İdman Azərbaycan”ı aşkar üstələməkdədi. Xəbər verdiyimiz kimi, “CBC Sport” telekanalı daha 4 nüfuzlu yarışın teleyayın hüququna yiyələnib. Bunlar Çempionlar Liqası, Avropa Liqası, Millətlər Liqası və İspaniya La Liqasıdı. Bundan başqa, telekanal avqustun 15-də Estoniyanın paytaxtı Tallində İspaniyanın "Real” və "Atletiko" komandaları arasında keçiriləcək UEFA Superkuboku uğrunda görüşü də yayınlayacaq. Müqavilə 2018/19 mövsümündən qüvvəyə minəcək. AÇ-2020 və DÇ-2022-nin seçmə mərhələ oyunlarını da məhz sözügedən telekanal tamaşaçılarına təqdim edəcək.
Halbuki bunadək avrokubokların qrup mərhələsinin oyunlarını və La Liqanı "İdman Azərbaycan" yayınlayıb.
“Qarabağ” – BATE matçının gedişində “CBC Sport”un şərhçiləri onu da anons etdilər ki, yaxında daha bir neçə nüfuzlu yarışın yayın hüququ ilə bağlı müqavilələr imzalanacaq.
Telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxlayıb yeni layihələr barədə bilgi əldə etməyə, həmçinin qaranlıq məqamlara aydınlıq gətirməyə çalışdıq.
- Ötən mövsüm tamaşaçılar İtaliya və Hollandiya çempionatlarının, Türkiyə kubokunun oyunlarını sizin kanaldan izləyirdi. Həmin yarışlar yenə “CBC Sport”da yayınlanacaq?
- O məsələlər gündəmdə qalır. Hazırda bu istiqamətdə danışıqlar gedir. Sadəcə, biz dəqiqləşən, imzalanan müqavilələr barədə açıqlama veririk. İstəmirik ki, tamaşaçılarımızı aldadaq. Bir dəfə başımıza gəlib, təkrarlanmasını istəmirik. Türkiyə çempionatını göstərəcəyimizi anons edib, sonra bunu gerçəkləşdirə bilməməyimizi nəzərdə tuturam. Düzdü, bizdən asılı olmayan məsələ idi. Amma yenə də rəsmi təsdiq alandan sonra açıqlama verməyimiz daha peşəkar olar.
- Yeni layihələrin anonsunu vermisiz. Bunlar hansılardı?
- Düzdü, efir vasitəsilə dedim ki, yaxın bir-iki həftədə digər layihələrimiz haqda ətraflı bilgi veriləcək. “CBC Sport” tək futbol kanalı deyil, başqa idman növlərinə də diqqət ayırırıq. Məsələn, gördük ki, UFC bizə necə fayda verdi, tamaşaçı marağı qazandırdı. UFC ilə müqaviləni uzatmaq istəyirik. Bu idman növü Azərbaycanda sevilir. Həm də irəlidə Həbib Nurmaqomedovla Konor Makqreqorun döyüşü gözlənilir. Bundan başqa, ölkədə ilk dəfə yüngül atletika üzrə bir nömrəli yarış olan “Brilyant liqa”nı göstərirdik. Ötən il fasilə verdik, amma bizə çoxsaylı müraciətlər gəlir. Çalışacağıq bu yarışı yenidən qaytaraq Azərbaycan izləyicisinə. Danışıqlar son mərhələdədi. İnşallah, rəsmi təsdiq alan kimi sizə məlumat çatdırarıq. Daxili yarışlara da diqqətimiz azalmayacaq. Federasiyalarımızla əməkdaşlığa həmişə hazırıq. Kim bizə müraciət edibsə, təmənnasız, can-başla yerinə yetirməyə çalışmışıq. İmkanımız daxilində hər şey etmişik. Bundan sonra da belə olacaq. Cüdo yarışları 2022-ci ilə kimi bizdədi. Bura “Qran-pri”lər, “Böyük Dəbilqə” yarışları, dünya çempionatları aiddi. Yəni hamısını biz göstərəcəyik. Planlarımız çoxdu. Amma bizi üzən məsələlər də var. Sosial şəbəkələrdəki münasibəti nəzərdə tuturam.
- Deyəsən, xətrinizə dəyiblər...
- Sağ olsun bu sahənin mütəxəssisləri və həmkarlarımız, işimizə qiymət verən insanlar da var. Zəng vuranlar, təbrik edənlər olur. Ancaq baxıram ki, bəziləri bizi bəyənmir, hərə bir cür yozur və bu da istər-istəməz adamı ruhdan salır. Nəzərə almaq lazımdı ki, biz gənc telekanalıq. Cəmi 3 yaş televiziya üçün çox müddət deyil. Cəhd göstəririk, hansısa yarışın yayın hüququna yiyələnirik. Qarşılığında futbolsevərlərin dəstəyini gözləyirik, amma bunu tam görmürük. Görürük ki, kimlərsə narahatdı. Narahatlığa heç bir əsas yoxdu, çalışacağıq ki, bu işi yüksək səviyyədə təqdim edək. Hər bir yarış HD formatda yayınlanacaq.
- Beynəlxalq yarış və çempionatlara daha çox ekran saatının ayrılması öz premyer-liqamızın yayınını arxa plana keçirməyəcək?
- Qətiyyən. Bizim üçün prioritet Azərbaycan futboludu. “CBC Sport” yarandığı ilk gündən ölkə çempionatının bütün oyunlarını canlı göstərməyi qarşısına məqsəd qoyub. Son mövsümlərdə oyunların 97-98 faizini canlı təqdim edə bilmişik. Bəzi istisnalar olub ki, hansısa matçı göstərməmişik. Bu, o vaxt olub ki, 3 oyun bir günə təsadüf edib. Artıq ona da çarə fikirləşmişik. Problem yaranmasın deyə iş aparırıq. Çalışırıq ki, hətta bir gündə 3 oyun olsa belə, hamısını göstərə bilək.
- Necə? “CBC İnternational”la paralel yayın təşkil etməyi planlaşdırırsız?
- Yox, ilk növbədə çalışırıq ki, bu yükü öz imkanlarımızla çiynimizdə daşıyaq. Sırf idman kanalıyıq və bu işin öhdəsindən gəlməliyik. Çox güman, əlavə STS alınacaq.
- Şərhçi heyəti yetərlidi, yoxsa əlavə qüvvə lazım gələcək?
- Sözsüz ki, əlavə qüvvə lazım olacaq. Elə buna görə bu yaxınlarda kastinq keçirdik. Ordan bir-iki nəfər seçilib. Amma bu iş elədi ki, tez bir zamanda uyğun adam tapıb üzə çıxarmaq, tam istədiyin şərhçini əldə etmək çətin məsələdi. Axtarışlarımız davam edir. Çalışırıq heyəti genişləndirək. Onu da deyim ki, hazırda kanalda çalışan şərhçilərin hər biri yüksək peşəkarlığa malikdi.
- Hər kəs gözləyirdi ki, Millətlər Liqasının yayın hüququ İTV-yə veriləcək.
- Həmişə çalışmışıq Azərbaycan futbolunu, yığmamızın oyunlarını təqdim edək. Həmçinin yaxşı başa düşürük ki, Millətlər Liqası millimiz üçün şansdı. Çox istəyirdik ki, bu yarışı biz yayınlayaq, yığma ilə bu yola biz çıxaq. Şükürlər olsun, bu bizdə alındı.
- Artıq demək olarmı ki, ölkənin bir nömrəli idman kanalı “CBC Sport”du?
- Bunu bizim deməyimiz yaxşı başa düşülməz. Ancaq hər dəfə kollektiv iclaslarımızda kanalın baş direktoru Volkan Üst deyir ki, “CBC Sport” Azərbaycan izləyicisinin bütün tələbatını ödəməlidi. Biz də buna çalışırıq. Məqsəd hər kəsə idmançılarımızın uğuruna canlı şahid olmaq sevincini bəxş etməkdi. Futbolumuza baxsınlar, beynəlxalq arenalardakı yarışları izləsinlər. Həm də buna yüksək səviyyəli təqdimatla baxa bilsinlər. Bunu bacaracağıqsa, deməli, işimizin “1 nömrə”si olacağıq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar