Qurban Qurbanov BATE səddini keçəcəklərinə əmindi » Football-plus.az
08 avq 21:46aktual

Qurban Qurbanov BATE səddini keçəcəklərinə əmindi

Qurban Qurbanov BATE səddini keçəcəklərinə əmindi
“Zirə” ilə oyunun təxirə salınmasını xahiş edəcəyik”
Oyunsonrası mətbuat konfransında adəti üzrə əvvəlcə qonaqların baş məşqçisi jurnalistlərin suallarını cavabladı. BATE-nin çalışdırıcısı Aleksey Baqa mətbuat konfransında birbaşa suallara keçilməsini istədi.
- Qələbədə həlledici amil nə oldu?
- İlk hissədə qol vurduq. Bundan sonra "Qarabağ" hesabı bərabərləşdirmək üçün hücuma keçməyə məcbur oldu. Bu da işimizə yaradı. Müdafiədə etibarlı çıxış edib, qələbə hesabını qoruya bildik.
- Hesab qüvvələr nisbətini əks etdirdimi?
- Demək çətindi. "Qarabağ" xüsusilə hesabda geri düşəndən sonra təzyiqi artırdı, kəskin hücumlar qurdu. İkinci qolu vuraraq rəqibi daha çətin vəziyyətə sala bilərdik.
- Məşqçilik karyeranızda səfərdə qalib gələrək mərhələ adlamadığınız olub?
- İndi yadımda deyil (gülür). Başım şişib, azarkeşlərin səsləri qulaqlarımı doldurub.
(Bu vaxt qonaq komandanın mətbuat xidmətinin nümayəndəsi BATE-nin tarixində ilk oyunda qalib gəldiyi halda mərhələ keçə bilmədikləri kimi halın baş vermədiyini vurğuladı).
- Belarusdakı qarşılaşmada hesabı qoruyub saxlamaq haqda düşünəcəksiz, yoxsa aqressiv oyunu davam etdirəcəksiz?
- Hazılaşmağa hələ bir həftə vaxtımız var. Futbolçuların durumundan çox şey asılı olacaq. Təbii ki, bizim üçün çox çətin olacaq. Çünki gərgin bir oyun keçib və futbolçulara bərpa olunmaq lazımdı.
- Oyunöncəsi mətbuat konfransında "Qarabağ" haqda ətraflı məlumat topladığınızı demişdiz. Bu hün düşündüyünüz rəqib oynayırdı, yoxsa fərqli?
- Rəqibin yoxlama oyunlarına da baxmışdıq, qrup mərhələsindəki görüşlərinə də. Düzdü, bunlar bir-birindən fərqlənir. " Qarabağ"da məşqçi işi hiss olunur. Yaxşı heyəti, texnikalı futbolçuları var. Prinsipcə, hazırlaşdığımız, gözlədiyimiz "Qarabağ" idi.
- PSV nümayəndələrinin stadionda olduğu qeyd edilirdi. Bu gün bütün kartları göstərdizmi?
- Hələ PSV haqda danışmaq çox erkəndi. Onların bura gəlişi bir şey demək deyil, çünki Borisovda bizi ağır oyun gözləyir. Sadəcə, PSV nümayəndələrinin oyunumuza gəlməsi hər iki komandanın Avropada artıq markaya çevrildiyini göstərir.
Aleksey Baqanın ardından “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirdi. Təcrübəli mütəxəssis öncə qarşılaşmanı dəyərləndirdi.
- Məğlub olmaq istəməzdik. İlk hissədə buraxdığımız qolla uduzduq. Ola bilsin, başlanğıcda həyəcan vardı. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. BATE təcrübəli komandadı. Cavab oyununa düzgün hazırlaşmağa çalışacağıq. Qarşıda hələ daha maraqlı 90 dəqiqəmiz var.
- Dani Kintananın adı iştirak ərizəsində yox idi. Zədəsi bu qədər ciddidi?
- Bəli, dünənki məşqdə zədə alıb. Həkimlərin rəyinə əsasən, zədəsi olduqca ciddidi. Yaxın günlərdə əməliyyat olunacaq.
- İki fərqli oyun izlədik. Problem təkcə həyəcan idimi? İlk hissədə yaxşı oynamağınıza nə mane oldu?
- Futbolda belə hallar olur. Bəzən bir komanda bir hissə uğurlu, ikinci yarıda isə uğursuz oyun göstərir. Dediyim kimi, ikinci hissədə yaxşı oyun sərgilədik. Rəqibin özünəməxsus oyun üslübu var. Düşünürəm ki, bəzi epizodlarda qol imkanlarından istifadə edə bilmədik. Futbol səhvər üzərində qurulub.
- BATE-dən belə oyun gözləyirdiz?
- Düşündüyümüz kimi oynadılar. Onların ifasında oyun intizamını gördük, sürətli əks-hücum qurmağı bacardılar. Rəqib bütün hazılığı ilk hissədə etmişdi və bundan da istifadə etdi. Hər komandanın öz oyun üslubu var.
- Ot ortüyü necə idi?
- Bu gün əvvəlkindən pis oldu. Ancaq qazonu bəhanə edə bilmərik, çünki hər iki komanda üçün şərait eyni idi.
- Həftəsonu ölkə çempionatı başlayacaq. BATE ilə cavab oyununa hazırlaşmaq üçün “Zirə” ilə oyunun təxirə salınmasını fikirləşirsiz?
- Açığı, belə fikrim yox idi. Amma bu oyundan sonra bu barədə düşünürəm. “Zirə” rəhbərliyindən və PFL-dən oyunun təxirə salınmasını xahiş edəcəyik ki, Belarusdakı qarşılaşmaya yaxşı hazırlaşaq. Rəqibi keçmək üçün qalib gəlməliyik. Başqa çıxış yolumuz yoxdu. Səfərdə vuracağımız 1 qol hər şeyi dəyişə bilər. Bunun üçün hər şey edəcəyik.
- Bütün künc zərbələrini Rəşad Sadıqov yerinə yetirirdi. Mərkəz müdafiəçisinin bunu etməsi risk deyildi?
- Keçən oyunda da Rəşadla Dani Kintana yerinə yetirirdi. Bəzi düşündüyümüz kombinasiyalar vardı, amma alınmadı. İnanıram ki, cavab görüşündə daha yaxşı oynayacağıq. Əminəm ki, futbolçular daha hazırlıqlı olacaqlar.
- Cavab matçında start heyətində dəyişiklik gözlənilir?
- Start heyətində ciddi dəyişiklik olmayacaq. Oyunuçuların durumuna görə qərar verəcəyik. Qarşıda hələ bir həftə vaxtımız var.
- Borisovda qapıçılarla bağlı yenə rotasiyaya əl atacaqsız?
- İndidən heç nə deyə bilmərəm.
- Hücum xətti sizdə narahatlıq doğurmur? Emeqara, demək olar, fəallıq göstərə bilmədi...
- 10 ildi "Qarabağ"dayam və hücum xətti məni həmişə narahat edib. Çünki daim yaxşısını istəyirsən. Ona görə narahatlıq həmişə var. Ancaq hücum xəttimiz tək bir nəfərdən ibarət deyil deyil. İllər olub ki, sol, sağ vingerlərimiz çempionatın bombardiləri olub. Ona görə bu üçlüyə hücum xətti kimi yanaşırıq.
- Uduzuduğunuz oyunlardan sonra əsəbi olurusuz. Bu gün isə üzünüzdə təbəssüm var.
- Ola bilər.
- Bu nə ilə bağlıdı?
- Komandanın göstərdiyi oyunla. Matçdan dərhal sonra futbolçularla qısa söhbətimiz oldu. Qarşıda hələ 90 dəqiqə var. İnanıram ki, səfərdə məqsədimizə çata bilərik. "Qarabağ"ın bunadək ilk görüşdə qalib gəlməyərək rəqib meydanında məsələni həll etdiyi oyunlar olub. Əminəm ki, cavab matçında daha yaxşı oynayacağıq.
- Abdullah Zubirin bir neçə imkanı olsa da, ötürmə vermir. Bu barədə ona etiraz bildirmisiz?
- Ona belə bir etirazım olmayıb. Top itkiləri ola bilər, amma Zubir rəqibin oyunçuları arasında çaşqınlıq yaradır. BATE-nin bir neçə futbolçusu onun üzərinə gedirdi. Zubir hazırda optimal formasında deyil. Komandaya tam uyğunlaşandan sonra daha yaxşı oyun sərgilədiyini görəcəyik.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar