"Keşlə”dən ayrılan Sezar Meza Kolli, gözlənildiyi kimi, Rumıniyanın "Universitatya Krayova” klubuna transfer olunub. Adı çəkilən klubun rəsmi saytının yaydığı xəbərə görə, paraqvaylı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi ölkəmizdə "Keşlə" və "Zirə”nin formasını geyib. Rumıniya mənbələri “Keşlə”nin bu transferdən 150 min avro qazandığını xəbər verir.