08 avq 18:55aktual

“Qəbələ”nin narazılığı ciddiyə alınmayıb

“Qəbələ”nin narazılığı ciddiyə alınmayıb
Vaqif Sadıqov: “Ortada rəsmi heç nə yox idi ki, bununla bağlı katibliyə məlumat verək”
Ötən sayımızda “Qəbələ”nin əvəzedici heyətinin birinci divizionda iştirak etməyəcəyini xəbər vermişdik. Məsələ ilə bağlı mətbuata açıqlama verən “qırmızı-qaralar”ın vitse-prezidenti Fariz Nəcəfov imtina qərarına bir neçə səbəbin olduğunu açıqlayıb: “İlk növbədə əvəzedici komandamızın divizionda iştirakı lüzumsuzdu. Digər tərəfdən, mayda bu məsələ Klublar Komitəsinin iclasında müzakirə edildikdə məlum oldu ki, əvəzedicilərin çempionatı davam etdiriləcək. Biz də həm təşkilati, həm də büdcə məsələlərini buna uyğun formalaşdırdıq. Lakin AFFA İcraiyyə Komitəsi əvəzedicilərin çempionatının aşağı dəstə ilə birləşdirilməsinə qərar verdi. Divizionda iştirak üçün daha böyük büdcə lazımdı. Çünki "Qəbələ"də əvəzedici heyət U-19 və əsas komandada heyətə düşə bilməyən futbolçulardan ibarətdi. Amma indiki vəziyyətdə məcburuq ki, 22-25 yaşlı əlavə futbolçunu daim qalmaq və digər məsələlərlə təmin edək. Bakıda bunu etmək çox rahatdı. Bölgədə isə 2-3 dəfə artıq büdcə lazımdı. Amma divizionda iştirakdan imtinamız təkcə büdcə ilə bağlı deyil. Birinci dəstə ayrıca çempionat, fərqli təqvim, fərqli stadionlar deməkdi və bunun üçün ayrı komanda lazımdı. Bu səbəbdən 2018/19 mövsümü üçün komandamızın bu çempionatda çıxışını mümkün hesab etmədik və bununla bağlı AFFA və PFL-ə məlumat verdik".
“Qəbələ” əksər elita təmsilçiləri kimi AFFA-dan asılı olmadığından müstəqil qərar qəbul edən tək-tük klublardan biridi. Şimallıların vitse-prezidentinin də açıqlamasından belə başa düşmək olar ki, İcraiyyə Komitəsi birinci divizionla bağlı qərar qəbul edərkən onların mövqeyini öyrənməyib. Ancaq İK-nın iyulun 24-nə təsadüf edən son toplantısının ardından birifinq keçirən AFFA-nın baş katibi Elxan Məmmədov fərqli fikirlər səsləndirib: “İki ay əvvəl İcraiyyə Komitəsinin iclasında birinci divizionun məsələsi də müzakirə olunmuşdu. Həmin vaxt AFFA Klublar Komitəsi və Məşqçilər Komitəsi adından aşağı dəstə və əvəzedicilərin çempionatının yeni konsepsiyasını təqdim etmişdik. Lakin İK üzvləri əlavə tapşırıq vermişdilər ki, yenidən bu məsələyə baxaq, bütün qurumlarla bir daha görüşlər keçirək və yenidən detallı konsepsiya təqdim edək. İki ay ərzində Məşqçilər Komitəsi, Klublar Komitəsi, PFL, AFFA və birinci diviziondakı bəzi klubların nümayəndələri ilə görüşlər keçirdik. Nəticədə yeni konsepsiya hazırlandı”.
Belə çıxır ki, Elxan bəyin adını çəkdiyi komitələrin üzvləri yeni konsepsiya ilə bağlı heç bir klubun rəsmiləri ilə görüş keçirməyiblər və ya görüş olubsa da, orda ciddi müzakirələr aparılmayıb. Əks halda, onlar “Qəbələ” rəhbərliyinin yeniliklə bağlı mövqeyini bilər, vaxtında bu haqda aiddiyatı qurumlara çatdırardı. Daha çempionatın startına sayılı günlər qalmış “qırmızı-qaralar”ın əvəzedici komandasının birinci diviziondan imtinası bu qədər söz-söhbətə səbəb olmazdı.
Məsələ ilə bağlı Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla əlaqə saxladıq: “Sözügedən məsələ ilə bağlı biz klubların, o cümlədən “Qəbələ”nin nümayəndələri ilə görüşmüşük. Həmin tədbirdən sonra klubun baş meneceri Zaur Əzizov ayaqüstü söhbət zamanı əvəzedicilərin birinci divizionda çıxış etməsinin onlara problem yaradacağını bildirdi. Açığı, inanırdım ki, ölkə futboluna bu qədər fayda verən, bu günü yox, sabahı fikirləşən klub rəhbərliyi yeni layihəyə də dəstək verəcək. Çünki bu həm gənclərin inkişafı, həm də aşağı dəstənin şəffaflığını təmin etmək üçün atılan addımdı”.
“Həmin vaxt Zaur bəyin fikirlərini yuxarı instansiyalara çatdırdız” sualımıza Vaqif bəy belə cavab verdi: “Bu öz aramızda olan söhbət idi. Ortada rəsmi heç nə yox idi ki, bununla bağlı katibliyə məlumat verək”.
Deməli, Məşqçilər Komitəsinin üzvləri yeni konsepsiyanın hazırlanması ilə bağlı klublarla görüşlər keçirib. Hətta həmin görüşdə “Qəbələ” rəsmisi klubun mövqeyini bildirib. Ancaq nədənsə heç kim onların söylədiklərini ciddiyə almayıb. Bütün bunlardan sonra belə qənaətə gəlmək olar ki, baş katibin güvəndiyi şəxslər işlərinə səhlənkar yanaşıblar.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar