07 avq 17:27aktual

BATE-nin görünən və görünməyən tərəfləri

BATE-nin görünən və görünməyən tərəfləri
Qurban Qurbanov həmkarından bir addım öndədi
Avqustun 7-də “Tofiq Bəhramov” daha bir maraqlı qarşılaşmaya “qucaq açacaq”. “Qarabağ” doğma azarkeşləri önündə BATE ilə qarşılaşacaq. “Köhlən atlar” ÇL-in 2-ci təsnifat mərhələsində “Kukesi”ni yolundan kənarlaşdırdısa, Belarus təmsilçisi HİK (Finlandiya) səddini keçdi. Maraqlıdı ki, hər iki komanda ilk oyunda qolsuz heç-heçəyə razılaşmışdı. Fərq onda idi ki, “Qarabağ” səfərdə, BATE isə evdə bu nəticəyə imza atmışdı. Cavab görüşündə Qurban Qurbanovun komandası rəqibini darmadağın (3:0) etdisə, Aleksey Baqanın yetirmələri səfərdə qələbə qazandı (2:1). Hər iki komanda Çempionlar Liqasının pley-offuna adlamaq üçün əlindən gələni edəcək. “Qarabağ” ötən mövsümdəki nəticəni təkrarlamaq istəyirsə, BATE artıq 5 dəfə yaşadığı ÇL-in qrup həyəcanını yenidən yaşamaq niyyətindədi. Bu mərhələni uğurla dəf edən tərəf həm də Avroliqanın qrupunu özü üçün təmin edəcək. Bu üzdən tərəfləri güzəştsiz mübarizə, həyəcan dolu iki oyun, başqa sözlə, ölüm-qalım savaşı gözləyir. Odu ki, bu oyunlar ərəfəsində hər iki komandaya təsir edə biləcək məqamları gözdən keçirmək yerinə düşər.
Baş məşqçilər
“Qarabağ”dakı işi ilə hər kəsin rəğbətini qazanan Qurban Qurbanovun beynəlxalq arenadakı təcrübəsi də yetərincədi. “Köhlən atlar”ı 80 avrokubok matçına çıxaran təcrübəli mütəxəssis bu mənada belaruslu həmkarından xeyli öndədi. Qeyd edək ki, Qurban bəyin avrokubok təcrübəsi təkcə Ağdam təmsilçisi ilə məhdudlaşmır. O, “Neftçi”nin çalışdırıcısı kimi də beynəlxalq arenada iş başında olub. Lakin “ağ-qaralar” onun rəhbərliyi altında cəmi UEFA kuboku matçında meydana çıxıb. Qurbanovlu “Qarabağ” Avroliqada 52, ÇL-də isə 28 görüş keçirib. Ancaq mütəxəssisin beynəlxalq təcrübəsi bununla da bitmir. Məhz “Qarabağ”dakı işi və ictimaiyyətin tələbi ilə AFFA yığmanın da “sükan”ını ona tapşırdı. Artıq milli Qurban bəyin rəhbərliyi altında 6 yoxlama oyunu da keçirib. Onun komandası ardıcıl 3 dəfə AL-in, bir dəfə isə ÇL-in qrupuna vəsiqə qazanıb. Bəs onun həmkarı? Baqa BATE-ni cəmi 2 avrokubok matçına çıxarıb. Həmin oyunlar isə yuxarıda qeyd etdiyimiz HİK-lə matçlardı. Çünki 37 yaşlı çalışdırıcı məhz bu il iyunun 4-dən “sarı-göylər”in baş məşqçisidi. Qeyd olunanları nəzərə alsaq, Qurbanovla Baqa arasında ciddi fərq görünür. Amma bir məqamı unutmayaq. Belaruslu mütəxəssis BATE-ni ən incə detalına qədər tanıyır. Belə ki, o, 2011-ci ildən Borisov təmsilçisində köməkçi-məşqçi funksiyasını yerinə yetirib. Baqa Viktor Qonçarenko, Aleksandr Yermakoviç və Oleq Dulubun yardımçısı kimi 7 ildi komandadı. Futbolçu karyerası dövründə uzun müddət BATE-nin şərəfini qoruyan keçmiş müdafiəçi köməkçi kimi 40-a yaxın beynəlxalq matçın iştirakçısı olub. İlk sınağından – HİK-lə duellərdən üzüağ çıxan mütəxəssis etimadı hələ ki doğrulda bilib. Bundan başqa, Baqa yığmada da çalışıb. O, Belarusun 21 yaşlılardan ibarət millisində qısa müddətdə köməkçi-məşqçi funksiyasını yerinə yetirib. Göründüyü kimi, baş məşçi kimi təcrübələrini müqayisə etdikdə Qurbanov həmkarından xeyli öndədi. Ancaq Baqa da Qurban bəy kimi uzun müddətdi komandanın içindədi və BATE-nin potensialına yaxşı bələddi.
Heyətlər
Ötən sayımızda BATE-nin heyəti ilə bağlı qısa məlumat vermişdik. Xatırladaq ki, Borisov təmsilçisinin heyəti əsasən yerli futbolçulardan qurulub. Komandada yalnız 1 finlandiyalı və 4 serbiyalı legioner var. Halbuki “Qarabağ”da əcnəbilərin sayı 13 nəfərdi. Finlandiyalı Yasse Tuominen yığma üzvü sayılır. 22 yaşlı hücumameyilli yarımmüdfıəçi 2017-ci ildən milliyə çağırılır və 4 oyun keçirib. Lakin yığmada əsas heyət üzvü deyil. Hər halda, yaşına görə bu normaldı. Serbiyalılar isə Nemanya Milunoviç, Nikola Vasilyeviç, Aleksandr Filipoviç və Slobodan Simoviçdi. Adı çəkilənlərən ilk üçü müdafiəçi, yalnız sonuncu yarımmüdafiəçidi. Milunoviç yığmada 3 oyun keçirib, Filipoviç isə milliyə dəvət alsa da, meydana çıxmayıb. Serbiya yığmasında ikinci dərəcəli heyət üzvləri sayılan bu futbolçuların heç biri Rusiyada keçirilən DÇ-yə aparılmamışdı. Yeri gəlmişkən, yığma martda Bakıda Belarusla yoxlama oyunu keçirmişdi. Qurbanovun komandası həmin matçda minimal hesabla uduzdu (0:1). Həmin vaxt Belasurun heyətində 4 futbolçu da ölkəmizə gəlmişdi. Bunlar Maksim Volodko, Stanislav Draqun, İqor Staseviç və Maksim Skaviş idi. Qeyd edək ki, bu futbolçular hazırda da Borisov təmsilçisinin şərəfini qoruyurlar. Başqa sözlə, bu futbolçular Qurbanovu, mütəxəssis isə onları tanıyır. Ümumiyyətlə, BATE-nin yerli futbolçularından 6-sı milli üzvüdü. Adını çəkdiyimiz 4 futbolçudan başqa, Denis Şerbitski və Dmitri Baqa da yığmanın şərəfini qoruyur. Legionerlərini də nəzərə alsaq, “sarı-göylər”in heyətində 10-a yaxın yığma üzvü var. Bu baxımdan müqayisə aparsaq, “Qarabağ”la arada ciddi fərq yoxdu.
“Köhlən atlar”ın diqqət etməli olduğu amil
Borisov təmsilçisi ilə bağlı önəmli nüansı nəzərdən qaçırmamalıyıq. Belə ki, “sarı-göylər” cüt oyunlar zamanı səfərdə məsələni həll etməyə çalışır. Komandanın avrokuboklardakı macərasını gözdən keçirsək, dəfələrlə belə halın şahidi ola bilərik. Başlayaq 2007-ci ildən. ÇL-in 2-ci təsnifat mərhələsində “Hafnarfyordur” İslandiyada keçirilən ilk oyunda məğlub edilib (3:1). Amma BATE doğma meydanda bu rəqiblə heç-heçəyə (1:1) razılaşıb. Növbəti mövsüm eyni yarışın eyni mərhələsində oxşar ssenari təkrarlanıb. BATE “Anderlext”lə ilk oyunu səfərdə keçirib və 2:1 hesablı qələbə qazanıb. “Sarı-göylər” evdəki cavab görüşündə bu rəqiblə heç-heçəyə razılaşıb (2:2). Elə həmin il ÇL-in 3-cü təsnifat mərhələsində də Borisov təmsilçisi cütün taleyini böyük ölçüdə səfərdə həll edib. “Levski” ilə ilk görüş Bolqarıstanda baş tutub və BATE qalib gəlib (1:0). Belarusdakı qarşılaşmada isə yenə də heç-heçə qeydə alınıb (1:1). Maraqlıdı ki, borisovlular 2009-cu ilin yayında AL-in pley-offunda Bolqarıstan “Liteks”inə evdə uduzmuşdu (0:1). Ancaq əlavə vaxta qədər uzanan səfər matçında “sarı-göylər” 4 cavabsız qolla qalib gəldi. 2011-ci ildə ÇL-in pley-offunda BATE “Şturm”la üz-üzə gəlirdi. Belarusdakı ilk görüşdə tərəflər hərəyə bir dəfə fərqləndisə, Avstriyada keçirilən cavab görüşündə Borisov təmsilçisi 2 cavabsız qolla qalib gələrək qrupa vəsiqə qazandı. 2012-ci ildə ÇL-in 3-cü təsnifat mərhələsində BATE “Debretsen”lə qarşılaşırdı. “Sarı-göylər” evdə rəqibinə qalib gələ bilməsə də (1:1), səfərdə mərhələ adlamaq tapşırığını yerinə yetirdilər (2:0). Bundan iki il sonra qitənin ən nüfuzlu klub turnirinin 2-ci mərhələsi səfər qolunun hesabına keçildi. “Şkenderbü” ilə evdəki matçda qolsuz heç-heçəyə razılaşan Borisov təmsilçisi Albaniyadakı cavab qarşılaşmasında qeydə alınan qollu heç-heçə (1:1) ilə mərhələ adladı. Ötən mövsüm ÇL-in 2-ci təsnifat mərhələsində BATE-nin rəqibi “Alaşkert” idi. İlk oyun Belarusda keçirildi və bərabərlik qeydə alındı (1:1). Ermənistanda baş tutan cavab matçında isə borisovlular inamlı qələbə (3:1) ilə mərhələ adladılar. AL-in pley-offunda “Aleksandriya” bənzər yolla sıradan çıxarıldı. Ukraynalılarla evdə “sülh bağlayan” BATE səfərdəki cavab görüşündə 2:1 hesablı qələbə qazanaraq qrupa vəsiqəni əldə etdi. Bu il isə HİK-lə oyunların nəticəsini artıq qeyd etdik. Göründüyü kimi, BATE cütün taleyini əsasən səfər oyunlarında həll edir. Şübhəsiz, bu dəfə də rəqib eyni ssenarini cızmaq fikri ilə Bakıya gələcək. Odu ki, “Qarabağ”ın bu məqama diqqət yetirməsi vacibdi. Evdəki görüşdə sərfəli nəticə həlledici ola bilər. Xüsusən “köhlən atlar” qol buraxmamalıdı. Bunu gerçəkləşdirmək mümkün olsa, ÇL-in pley-offuna doğru önəmli addım atılacaq. Özü də BATE üçün rəqib meydanı, azarkeş təzyiqi bir o qədər də təsirli olmayacaq. Borisov təmsilçisi “Kukesi” deyil. Son 10 ildə 5 dəfə ÇL-in, 3 dəfə AL-in qrupunda çıxış edən, 2 dəfə AL-in 1/16 finalında mübarizə aparan, Avropa nəhəngləri ilə qarşılaşan komandanı azarkeş sayı ilə qorxuya salmaq o qədər də real deyil. Sadəcə, stadionun dolması rəqibə təzyiqdən daha çox “Qarabağ”ı ruhlandırmağa xidmət edəcək.
Yığma üçün stimul
“Qarabağ”ın bu mərhələni adlaması yığma üçün də stimul rolunu oynayacaq. Məlum olduğu kimi, sentyabrda Millətlər Liqası start götürəcək. Həmin mübarizəyə ruh yüksəkliyi ilə hazırlaşmaq baxımından qrup mərhələsinin önəmi böyükdü. “Köhlən atlar” BATE səddini keçəcəyi halda AL-in qrupunu təmin edəcək. Bununla yanaşı, ötənilki uğurun təkrarlanması da mümkün olacaq. Bunun isə ölkə futboluna faydası olduqca böyük, yığmaya təsiri danılmazdı. Elə “Qarabağ”ın heyətindəki milli üzvləri üçün həmin uğurun hansı anlama gəldiyini düşünmək çətin deyil. BATE səddinin dəf edilməsi təkcə elə özünəinam baxımından yığmaya böyük fayda verəcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar