03 avq 15:18aktual

Kunqu səviyyə fərqini etiraf etdi

Kunqu səviyyə fərqini etiraf etdi
Qurbanov: “Qələbələrimizlə erməniləri bizdən danışmağa məcbur edəcəyik”
“Qarabağ” – “Kukesi” oyunundan sonra keçirilən mətbuat konfransına əvvəlcə qonaqların baş məşqçisi Armando Kunqu gəldi. O, birbaşa sualların ünvanlanmasını istədi. Kunquya cəmi iki sual verildi:
- Məğlubiyyətə əsas səbəb nə oldu?
- “Qarabağ” uğurlu komandadı. Hansısa futbolçunun fərdi ustalığının həlledici olduğunu düşünmürəm. Etiraf etmək lazımdı ki, komandalar arasında səviyyə fərqi böyük idi. “Qarabağ” güclü futbolçulardan qurulub. Bu da nəticədə əksini tapdı.
- Bu oyunla Avroliqada nəyə ümid edirsiz?
- Əvvəlcə rəqibimizin kimliyini bilməliyik. Rəqibimiz isə sabah (bu gün) müəyyənləşəcək. Bizim başqa problemimiz var. Albaniyaya sabah (bu gün) yollanacağıq. Növbəti oyuna hazırlaşmaq üçün cəmi 5 gün vaxtımız olacaq.
Daha sonra bir qədər yubanmayla Qurban Qurbanov jurnalistlər qarşısına çıxdı:
- Əvvəlcə azarkeşlərə təşəkkür etmək istəyirəm. Həqiqətən onlar sayəsində oyun daha da gözəl alındı. Sona qədər möhtəşəm dəstək verdilər. Sözsüz, futbolçulara da minnətdaram. Oyuna necə hazırlaşmışdıqsa, elə də meydanda sərgilədilər. Rəqibə Avroliqada uğurlar arzulayıram. İlk oyun bizim üçün çətin keçdi. Heç cavab oyunu da asan olmadı. İstənilən halda, mərhələni adladıq. Növbəti rəqiblə ilk matça hazırlaşmağa 5 gün vaxtımız var. Təcrübəli rəqibə qarşı oynayacağıq. Çalışmalıyıq ki, qarşıdakı qısa vaxtda rəqiblə görüşə doğru hazırlaşaq.
- “Qarabağ”a qayıtdıqdan sonra ilk oyununda penaltini qaçırması Emeqaraya psixoloji təsir etməz ki? Onunla bununla bağlı söhbət etməyi düşünürsüz?
- Oyundan əvvəl penaltini kimin yerinə yetirəcəyi bilinir. Əslində Dani Kintananın oyuna 2 saat qalmışa kimi oynayıb-oynamayacağı dəqiq bilinmirdi. Son məşqdə özünü narahat hiss edirdi. İkinci penaltidə Emeqara özünə əmin şəkildə penaltini vurmaq istədiyindən müdaxilə etmədim. Ancaq üçüncü halda Kintananın penaltini vurmasını istədim. Bəzən futbolda penaltilər vurulmur. Normal haldı. Dünən demişdim ki, Emeqara optimal formasından uzaqdı. Çalışır ki, formasını bərpa etsin. Penaltini qaçırdığına görə onunla özəl söhbət etməyə ehtiyac görmürəm.
- Növbəti rəqib BATE olacaq. Bu haqda nə deyə bilərsiz?
- Rəqib haqda heç bir məlumatım yoxdu. Bu cütün taleyini həll etməmiş BATE haqda fikirləşmirdik. Sabahdan rəqib haqda məlumat alacam. Çox ciddi rəqiblə qarşılaşacağıq. Bizi çox çətin matçlar gözləyir.
- Əynimdəki Allahverdi Bağırovun formasıdı. Bu yaxınlarda ermənilər onun məzarına qarşı hörmətsizlik edib. Bu qələbəni Milli Qəhrəmanımıza həsr edirsizmi? Bir də azarkeşlərin xahişini çatdırım. Onlar istəyir ki, komanda paltardəyişmə otağından çıxanda üzərində Bağırovun şəkli vurulmuş geyim olsun. Bunu etmək mümkündümü?
- Qələbəni qəhrəmanımıza həsr etməkdə heç bir problem yoxdu. Bizim bütün oyunumuz onlar üçündü. Hər zaman qələbələrimizi məcburi köçkünlərimizə həsr edirik. Onları bir az da olsa, sevindirmək istəyirik. Klubun adı və məqsədi də buna xidmət edir. Çempionlar Liqasında Bağırovun şəkli olan geyimdə stadiona çıxmaq məsələsinə gəlincə, heç kim narahat olmasın. Qəhrəmanlarımızın hər biri bizim qəlbimizdədi. Ancaq üzərində bu şəkillə meydana çıxıb, kənarda başqa düşüncəyə sahib olmağı qəbul etmirəm. İnşallah, qələbələrimizlə erməniləri bizdən danışmağa məcbur edəcəyik. Ancaq Çempionlar Liqasında dediyinizi etmək qəlizdi. Çünki bu turnirdə ən kiçik detala nəzarət olunur. Bu üzdən forma məsələsiylə vəziyyəti siyasiləşdirməməliyik.
- Çoxlu qol imkanlarının boşa verilməsi nə ilə bağlı idi?
- Vurmamaqla (gülür). Oyundan əvvəl stress var idi. Daha çox bununla bağlayardım. Adətən, futbolçular belə vəziyyətləri qaçırmır. İnşallah, bu onlar üçün daha böyük məsuliyyət olacaq. Növbəti oyunlarda belə epizodlarda daha da soyuqqanlı oynayacaqlar.
- Sizə elə gəlmir ki, Mahir Mədətov hücumun mərkəzində oynaya bilmir? Bu gün də imkanları qaçırdı.
- Qol vurmadığına görə kimisə tənqid etmirəm. Bu epizodları yaxalaması artıq onun hücumçu keyfiyyətlərindən xəbər verir. Bəzən futbolçuların mövqeyini dəyişirik. Belə rotasiyalar edirik. Sadəcə, qol vurmamışdı deyə əsəbləşmişdi. Qol vursaydı, heç azarkeşlər ona bu qədər dəstək olmazdı.
- Qışa qədər transfer çalışmaları bitib?
- Hələ transferlərimiz bitməyib. Axtarışlarımız davam edir. Hücum xəttinə oyunçu axtarırıq. Yarımmüdafiənin mərkəzinə və müdafiə üçün də futbolçu almaq istəyirik. Sadəcə, bir qədər səbr etmək lazımdı.
- Halldorssonun Vaqnerin kölgəsində qalması ona psixoloji problem yarada bilərmi?
- Qapıçının kölgədə qaldığını demək doğru olmaz. Qarşıdakı oyunlarda oynamaq ehtimalı var. Hər futbolçu mənim üçün dəyərlidi. Bütün qapıçılarımız meydana çıxa bilər. Heç kimə əsas heyət təminatı verilməyib. Bəzi oyunlarda qapıçıların fərqli, üstün cəhətləri də nəzərə alınacaq.
- Siz həm də yığmanın baş məşqçisiz. Rəşad Sadıqovun yenidən yığmaya qayıdacağı gündəmdədi. Bu haqda mövqeyinizi bilmək istərdik.
- Ruslan Abışovun zədələnməsi planlarımıza uyğun deyil. Bu gün üçün heç bir qərar verməmişəm. Amma bu duruma görə narahatam. Rəşadın qayıdışı haqda fikirləşməmişəm. Sadıqov milli karyerasını bitirib. Amma çox lazım olsa, yığmaya qayıda biləcəyini deyib.
- Bu gün gördük ki, qazonun bir hissəsi sıradan çıxıb. Bu, BATE ilə oyunda problem yaratmayacaq ki?
- 4 gün əvvəl otun durumu daha pis idi. Dünən səhər də baxdım. Nisbətən daha yaxşı idi. Ota baxan mütəxəssislərlə söhbət etmişəm. Növbəti oyunda qazonun vəziyyəti ən pis halda belə olacaq. Daha da pisləşəcəyi gözlənilmir. İstilərə görə otun bəzi yerləri yanıb. Havalar belə sərin keçsə, ot da tədricən düzələr.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-04-2019, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu 21-04-2019, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı 21-04-2019, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu 21-04-2019, 12:57 “Sumqayıt”ın qara günləri davam edir 21-04-2019, 12:56 Fasilə derbi ilə başa çatacaq 21-04-2019, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir 21-04-2019, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir 21-04-2019, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı 21-04-2019, 12:47 Bu gün üç, sabah yeddi 21-04-2019, 12:45 Yığma bu gün bir araya gəlir 21-04-2019, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu 21-04-2019, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı 21-04-2019, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu 21-04-2019, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür 21-04-2019, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı 21-04-2019, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib 21-04-2019, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur 21-04-2019, 12:28 Heç nəyi dəyişməyən tur 21-04-2019, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq 21-04-2019, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar