03 avq 15:07aktual

“İki qoçun buynuzu” arasında əzilən hakimlər

“İki qoçun buynuzu” arasında əzilən hakimlər
Ramin Musayevin “aldıqları hələ çoxdu” sözü narazılıq doğurdu
2018 Azərbaycan futbolunda durğunluq ili kimi xatırlanacaq. Baxmayaraq ki, ilin başa çatmasına hələ bir neçə ay var, həmçinin “Qarabağ” avrokuboklarda mübarizəni davam etdirir, payızda Millətlər Liqası olacaq və sair. Ancaq geridə qalan 7 ayın təhlili, çox təəssüf ki, geriləmədən xəbər verir. Üç klubumuzun qitə turnirində mübarizəni elə ilk mərhələdə dayandırması, birinci divizionla əvəzedicilərin çempionatının birləşdirilməsi, hakimlərin yay toplanışının ləğvi kimi hadisələr futbola marağın azalmasıyla müşayiət olundu. Hiss olunur ki, “çalxalanma” “yuxarı”ya da çatıb. AFFA prezidenti Rövnəq Abdullayevin İcraiyyə Komitəsinin son iclaslarından sonra mediadan qaçması da bundan xəbər verir. Onun ən yaxın iki adamının çəkişməsi isə zirvə nöqtəsinə çatıb.
Musayev - Məmmədov çəkişməsi
Baş katib Elxan Məmmədovla PFL prezidenti Ramin Musayevin maraqları xüsusilə hakimlərlə bağlı məsələlərdə toqquşur. Sirr deyil ki, Hakimlər Komitəsi Musayevin inhisarındadı. PFL prezidenti ədalət təmsilçilərinin ölkə xaricindəki əksər toplanışlarında şəxsən iştirak edir, çempionatda bu sahədə mübahisə və müzakirəyə ehtiyac olanda səhnəyə çıxır, mövqe bildirir. Ancaq Elxan Məmmədov da tez-tez komitənin işinə iradlarını bildirir, Musayevin “kölgəsinə sığınan” Xaqani Məmmədovu nədəsə günahlandırır. Günahlandırmaq üçün bəhanə isə hər zaman var. Hətta özü tərəfindən yaradılan əngəldən (AFFA-nın toplanış üçün vəsait ayırmaması) sonra da söz tapır. Baş katib bu yaxınlarda radiodakı idman proqramlarından birinə qonaq olarkən açıq hücuma keçib: “Şərt deyil ki, ildə iki dəfə ölkə xaricində toplanış olsun. Hakimlər Komitəsinə tövsiyə etmişdik ki, bölgələrimizdən birində, misal üçün şimal regionunda hazırlıq keçsinlər. Bakıda isti olsa da, xüsusilə şimal rayonlarımızda əlverişli hava şəraiti hökm sürür. Nəsə istəmədilər və fərdi hazırlıqla kifayətləndilər. 8 baş hakimimiz var, bu isə 4 briqada deməkdi. Hətta 8 briqada üçün də Azərbaycanda toplanış keçmək olar. Qışda klublarımız ölkə xaricində olduğuna və hava şəraitinə görə hakimlərin də Antalyada hazırlıq keçməsini lazım bilmişdik. Ancaq düşünürük ki, yayda buna ciddi ehtiyac yoxdu”.
Sədrin sözü yoxdu
“Odla su arasında qalan” Hakimlər Komitəsinin sədri isə hələ ki bu qınağa cavab vermək istəmir. Baş katibin haqlı olduğunu desə, Musayevin gözündən düşəcək, qarşı çıxsa, baş katibin qəzəbinə tuş gələcək. Halbuki mövsümün gedişində üzə çıxacaq nöqsanlar zamanı hamı onu “topa tutacaq”. Heç şübhəsiz, toplanış keçməyən, pərakəndə şəkildə məşq edən hakim nəinki çempionata, normativlərə belə tam hazır ola bilməz. Elə hakim var ki, maydan bu yana bir oyun belə idarə etməyib. Bu mənada FİFA referilərinin bəxti gətirib. Əliyar Ağayev, Ömər Paşayev və Rəhim Həsənov avrokuboklarda “forma yığırlar”. Qalanı isə “papağını günə yandırmaqla” məşğuldu. Ən pisi odu ki, söhbət etdiyimiz hakimlərin əksəriyyəti biganəlikdən gileylənir, ab-hava yerində deyil. Bu isə gec-tez xoşagəlməz hallara, hakimlərin klublardan gələcək təkliflər qarşısında əriməsinə yol aça bilər.
PFL prezidentinin sözü hakimləri narazı salıb
Ramin Musayevin püşkatma mərasimində hakimlərlə bağlı işlətdiyi bir ifadə heç yerinə düşməyib. O, jurnalistin “ədalət təmsilçilərinin qonorarı artırıla bilərmi” sualına “aldıqları hələ çoxdu” şəklində cavab verib. Bu ifadə münasibətlərdə çata səbəb olub. Fikrini öyrənməyə çalışdığımız bir neçə hakimin reaksiyasını sizə anonim formada təqdim edirik.
X-mister1: “Hamımız narazıyıq. Amma səsimizi çıxara bilmirik. Hakimlərin vəziyyəti pisdi, qardaş. Yenə mənim əlavə gəlir yerim, işim var. Digərləri pis vəziyyətdədi. FİFA hakimləri var ki, ailə saxlamaq üçün məcburiyyətdən elə işlər görürlər ki…Kondisioner təmir edən, taksi sürən…Sadəcə, hamı gizlədir. Ailəni dolandırmaq üçün pul qazanmaq ayıb deyil. Sadəcə, milyonlar dövr edən futbolun hakimi bu vəziyyətdə olmalı deyil. Yalnız Əliyar və onunla beynəlxalq oyunlara gedən iki-üç nəfər normal dolanır. Amma FİFA hakimlərinin hamısı da eyni səviyyədə deyil. Öməri götürün, yazıq oyun idarə eləyir, amma sağlamlığının qayğısına qalmağa pul çatmır. Maşını olanlar kiçik motorlusunu sürür ki, benzini çox işlətməsin. Hər yerdə ədalətdən danışıb hakimi ac qoymaq, qazandığı 3-5 manata göz dikmək olmaz”.
X-mister2: “700-ü də rəhbərlik bizə çox görür. Ondansa, bizi tibbi sığorta etdirərdilər. Donanışıq üçün “slesar”, “malyar”, “motorist” işləyən, taksi işlədənlər var. “Şotka”ya vursan, ən xod gedənimiz 1000 manatdan az alır. Yenə baş hakimlər şükürlüdü. Yazıq yan xətt hakimləri neyləsin? Bir oyun üçün əlinə 250-260 manat alır, ayda 500-700 alırlar. Onunla ailə saxlamaq olar?”
X-mister3: “Hakimlikdən aldığım məni o halda tam qane edər ki, ayda 1200-1500 manat gəlirim olsun. O qədər alıb narazılıq edən varsa, deməli, ev və ya maşın krediti var. Aramızda elələri var ki, onlar gileylənməməlidilər. Sağlıqlarına qismət, Əliyar, Rauf çox təyinat alıb. Mən daha çox ehtiyat hakim kimi gedirəm. Onun qonorarı isə 250 manatdı. Deyirlər hakim bir oyuna 700 manat alır, ayda 4 oyuna gedəndə bu 2800 edir. Maksimumunu götürürlər. Ancaq hesablamırlar ki, 700-dən əlimizə aldığımız 550-560 manatdı. Bunun cəzası, hansısa həftə 4-cü kimi getmək də var. Üstəlik, 7-8 ay oyun idarə edirik, ancaq il 12 aydı. Qalan aylarda bizə nəsə ödəyirlər?”.
Kim nə qədər qazanıb?
Bəs reallıqda vəziyyət necədi? Ötən mövsüm kim neçə oyun idarə edib və nə qədər qazanıb? Əvvəlcə təyinatların statistikasını nəzərinizə çatdıraq. Qeyd edək ki, komitə premyer-liqa və kubokda 14 baş hakimə güvənib. 112 çempionat oyununda 12, 23 kubok qarşılaşmasında isə həmin 12 hakimlə yanaşı, əlavə 2 referi də iş başında olub. Bundan başqa, baş hakimlərin 13-ü “4-cü” kimi də oyunlara gedib. Üç funksiyanı ən çox Rauf Cabbarov yerinə yetirib. O, 135 qarşılaşmadan 29-da iş başında olub. Ramil Diniyevlə Orxan Məmmədov 28 oyunla 2-3-cü yerləri bölüşürlər. Ancaq ikili say artımına əsasən, ehtiyat hakim kimi nail olublar. Onların “4-cü” kimi aldığı təyinat baş hakim getdikləri oyunlardan daha çoxdu.
Rauf Cabbarov 15 (premyer-liqa) + 3 (kubok) + 11 (ehtiyat) = 29
Ramil Diniyev 11 + 2 + 15 = 28
Orxan Məmmədov 9 + 3 + 16 = 28
Əliyar Ağayev 17 + 1 + 8 = 26
Rəhim Həsənov 15 + 2 + 8 = 25
İnqilab Məmmədov 14 + 3 + 8 = 25
Rəvan Həmzəzadə 9 + 3 + 9 = 21
Ömər Paşayev 10 + 0 + 10 = 20
Fariz Yusifov 7 + 2 + 3 = 12
Elvin Əsgərov 2 + 1 + 8 = 11
Rəşad Əhmədov 2 + 1 + 5 = 8
Vüqar Həsənli 1 + 0 + 4 = 5
Ziya Nəsirov 0+1+7=8
Nail Nağıyev 0+1+0=1
Rəqəmlərə əsasən qonorarları hesablamaq asandı. Qeyd edək ki, premier-liqa və kubok oyunları üçün baş hakimlərə 700, yan xətt hakimlərinə 350, ehtiyat hakimlərə isə 250 manat verilir. Konkret qazanca gəlincə, Rauf Cabbarova mövsüm ərzində 15350 manat qonorar yazılıb ki, bu rəqəmi 12 aya bölsək, ayda 1279 manat deməkdi. Ancaq 4 faizlik vergi və başqa tutulmalardan sonra bu rəqəm orta aylıq üzrə 1000 manata düşür. Başqalarının qazancı bu rəqəmdən azdı.
illik aylıq/faktiki
Rauf Cabbarov 15350 1279/1000
Əliyar Ağayev 14600 1216/950
Rəhim Həsənov 13900 1158/920
İnqilab Məmmədov 13900 1158/920
Ramil Diniyev 12850 1070/860
Orxan Məmmədov 12400 1033/820
Rəvan Həmzəzadə 10650 888/710
Ömər Paşayev 9500 792/640
Fariz Yusifov 7050 587/470
Elvin Əsgərov 4100 342/280
Rəşad Əhmədov 3350 279/230
Ziya Nəsirov 2450 204/160
Vüqar Həsənli 1700 142/110
Nail Nağıyev 700 58/45
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar