01 avq 18:55aktual

“Qarabağ” – “Kukesi”: hər tərəf üçün üç məqam

“Qarabağ” – “Kukesi”: hər tərəf üçün üç məqam
“Qarabağ” bu gün taleyüklü matça çıxacaq. Hamımız həyəcanlıyıq. Əslində əksəriyyət işin bu yerə gəlib çatacağını gözləmirdi. “Kukesi” təmsilçimizin “dişinə görə” rəqibdi. Daha doğrusu, Qurban Qurbanovun komandası aşkar favoritdi. Ağdamlılar son illər qitə səhnəsində albanlardan qat-qat güclü komandaları yolunun üstündən təmizləyib, inamlı qələbələri ilə azarkeşləri sevindirib. Prinsipcə yenə vəziyyət o dərəcədə qorxulu deyil. “Qarabağ” səfərdə qolsuz heç-heçəni bayram edən rəqibi “doğma divarlar”ın da köməyi ilə yenməlidi. Sadəcə, “Kukesi”nin dəst-xətti, həmçinin çempionumuzun ötən illərdən fərqli bir qədər inamsız görünməsi həyəcana səbəb olur. Həm rəqibin, həm də ağdamlıların xeyrinə olan nüanslara diqqət yetirməyi lazım bildik.

“Kukesi”nin xeyrinə olan üç məqam
1 – nəticə:
Sanki albanlar “köhlən atlar”ın “nəbzini tuta”, onu “cilovlamağın” yolunu öyrənə bilib. Sirr deyil ki, Qurban Qurbanovun komandaları şən futbolu xoşlayır, həm rəqibə oynamaq imkanı verir, həm də özü azarkeşləri əyləndirir. Qarşısına sıx müdafiə olunan rəqib çıxanda isə əziyyət çəkir. Bəlkə də ötən illərdə heyətdə fərdi bacarığıyla seçilən futbolçuların olması bu problemin qabarıq hiss olunmasına imkan verməyib. Hər halda, Riçard Almeyda “Qarabağ”ın oyununu şəkilləndirən, gah tempi salan və ortada boşluq axtaran, gah da hücumları cinahlara yönləndirib keçidlərə yol açan yarımmüdafiəçi idisə, Dino Ndlovu özü-özünə epizod yaradan hücumçu idi. Həm “Olimpiya” ilə görüşlərdə, həm də Albaniyada hər ikisinin yeri aşkar görünürdü.
İstənilən halda, ilk oyunun axarı və nəticə Armando Kunqunun yetirmələrinin xeyrinə sayılmalıdı. Hətta elə təəssürat yaranıb ki, “Qarabağ” eyni templə və ssenari ilə 90 dəqiqə də çalışsa, “Kukesi”nin qapısı qarşısında ciddi təhlükə yarada bilməyəcək. Təbii ki, dəqiqələr ötdükcə həyəcan da özünü göstərəcək. Belədə top itkilərinin sayı artacaq, qol vurmaq üçün pərakəndə şəkildə irəli atılmaq zərurəti yarananda isə arxada boşluqlar yaranacaq. “Kukesi”nin vuracağı 1 qol da “Qarabağ” üçün “soyuq duş” effekti yaradacaq.
2 – təzyiq:
Doğma meydan amilini qabartsaq da, indiki məqamda daha çox təzyiq hiss edən tərəf “Qarabağ”dı. Qeyd etdiyimiz kimi, azarkeşlər komandamızı irəli səsləyəcək ki, istənilən halda, Qurbanovun yetirmələri soyuqqanlı davranmalıdı. Komanda üzvləri arzuolunmaz ssenarilərdən qaçmalı, əsəblərinə hakim olmalıdılar. “Şər deməsən, xeyir gəlməz” – aqressiv oyun vərəqəyə rəvac verə, kimsə komandanı arzuolunmaz duruma sala bilər. “Qarabağ” üçün belə nümunələr yaxın keçmişdə olub, Admir Telli və Reynaldonun “qırmızı”sı xatirimizdədi.
3 – gecənin qəhrəmanı olmaq:
Albanlar cütün favoriti olmadıqlarını anlayırlar və bu məqamın qazandırdığı rahatlığın üstünlüyü fonunda davranırlar. İddialı açıqlamalar, “Qarabağ”ın futbolçularının əsəblərinə toxunan mesajlar da bundan xəbər verir. Komanda bir gecədə Avropaya özündən söz etdirə bilər. Bundan başqa, “Kukesi” “ac komanda”dı. Əslində bu ifadəni haşiyəsiz də yazmaq olar. Klub prezidenti Safet Qiçi komandasını ilk mərhələdə “Valletta” səddinin keçilməsi üçün vəd etdiyi mükafatdan məhrum edib. Bəhanə gətirib ki, hər iki oyunda inamsız çıxış ediblər. Bununla belə, “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq üçün fantastik mükafat (300 min avro) vəd edib. Sözsüz, “Kukesi”nin futbolçuları bu mükafat üçün dəridən-qabıqdan çıxacaq.

“Qarabağ”ın xeyrinə olan üç məqam
1 - status:
“Qarabağ” futbolumuz üçün uğur fenomeni, inam yeridi. Son illər hər kəs Avropa səhnəsində əsasən bu komandadan nailiyyət gözləyir. Qurban Qurbanovun komandası da hələ ki bu statusu doğruldur, ilkləri sıralayır. “Neftçi”, “Qəbələ” və “Keşlə”nin Avroliqada mübarizəni elə ilk mərhələdə dayandırması da ağdamlıların üzərinə məsuliyyət yükləyir. İndi “Qarabağ” ölkənin əmsalını təkbaşına artırmalıdı. Bundan başqa, ötən il ÇL-in qrupunda oynamış, “Atletiko”, “Roma”, “Çelsi” kimi nəhəngləri Bakıya gətirmiş komanda “hansısa “Kukesi” səddində ilişməyi özünə sığışdırmamalıdı. Çünki camiə bunun futbol ictimaiyyəti tərəfindən uğursuzluq kimi qəbul olunacağını bilir.
2 – meydan amili:
Nə qədər təzyiq yükü sayılsa da, “12-ci oyunçu”nun rolunu hər bir komanda arzulayır. Əslində tribunalar “Qarabağ”ı “boş verib” rəqibə təzyiq etsə, bu daha effektli olar. Sözsüz ki, albanlar 25-30 min azarkeşə etinasız qalmayacaq, “bir qulağı tribunada olacaq”. Artıq 18 min biletin satılması da anşlaq olacağından xəbər verir. Bu axar “Tofiq Bəhramov”un tam olmasa da, böyük ölçüdə dolacağından xəbər verir.
3 – Emeqara - Delarj tandemi
Rəqib ilk oyunda “Qarabağ”ın meydanda olan futbolçularının üstünlüyünü “tərəziyə vurub”, ona uyğun davranacaq. Ancaq komandanın elə oyunçuları da var ki, həm bizim, həm də albanlar üçün “sirli qutu”du. Qurban Qurbanov cavab görüşündə Abdullah Zubirlə yanaşı, yeni transferlərin – İnnosent Emeqara ilə Con Delarjın da xidmətindən yararlana biləcək. Xüsusilə sonuncü cütlük azərbaycanlı azarkeşlərə özünü sevdirməyə çalışacaq. Emeqaranın əvvəllər qısa da olsa, “Qarabağ”da oynadığını və 8 matçda 5 qol vurduğunu nəzərə alsaq, azarkeşlər ondan daha çox şey gözləyir.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar