01 avq 18:44aktual

Armando Kunqu azarkeşlərdən çəkinmir

Armando Kunqu azarkeşlərdən çəkinmir
"Burdayıqsa, hörməti haqq edirik"
"Kukesi"nin baş məşqçisi Armando Kunqunun "Qarabağ"la oyunöncəsi mətbuat konfransı Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşdi. Əvvəlcədən tədbirin saat 20.45-də başlayacağı bildirilsə də, albanlar arenaya erkən təşrif buyurduğundan sual-cavab 15 dəqiqə tez start götürdü. Jurnalistlərin önünə təkcə "Kukesi"nin çalışdırıcısı yox, komandanın kapitanı Yuli Şameti də çıxdı. Kunqu əvvəlcə qarşılaşma ilə bağlı düşüncələrini dilə gətirdi:
- Cavab oyunu asan olmayacaq. Bizi çətin anlar gözləyir. Matça ciddi hazırlaşmışıq. Futbol sürprizləri sevən oyundu. Nəticə qazanmaq üçün maksimumu etməyə çalışacağıq.
- Oyunsonrası penaltilər seriyasına hazırlaşmısız, yoxsa cütün taleyinin 90 dəqiqədə həll olacağını düşünürsüz?
- (gülümsəyir). Futbolda nəticəni əvvəldən bilmək olmaz. Əlbəttə, hər şeyin 90 dəqiqədə xeyrimizə həll olmasınl istəyirik. Ancaq penaltilərə də hazırlaşmışıq.
- Komandanın futbolçuların yarısının Bakıya başqa reyslə gəlməsi haqda xəbərlər dolaşır. Bu haqda nə deyə bilərsiz?
- Təbii, belə halın yaşanması xoş deyil. Bu, viza problemlərinə görə oldu. Çünki Azərbaycan Kosovonun müstəqilliyini tanımır və bu üzdən viza alaraq həmin ölkənin oyunçularını bura gətirə bilmədik. Siyasi hadisələrin iştirakçısı olmaq istəməzdik. Ancaq əsas odu ki, komanda şəklində burdayıq və sabah nəticə qazanmağa çalışacağıq.
- İki futbolçunuzu "Kukesi"nin sabiq baş məşqçisi Mladen Milinkoviç "Keşlə"yə gətirmək istəyir, hətta Bakıda onlarla görüşüb. Söhbət Valon Ethemi və Rustem Xocadan gedir. Bunu necə şərh edərdiz?
- Bu haqda tam məlumatım yoxdu. Futbolda hər şey ola bilər. Ancaq dedyiniz məsələylə bağlı indi düşünmək istəmirəm. Ola bilər ki, gizli şəkildə danışıqlar gedir. Məndə rəsmi məlumat yoxdu.
- "Kukesi" ev oyununda tam müdafiə olundu, çox az hücum etdi. Rəqib qapısına ilk zərbəni 70-ci dəqiqədən sonra vurduz. Cavab görüşündə də komandanız bu cür futbolu davam etdirəcək? Yoxsa başqa ideyalarınız var?
- Maraqlı bir məqamı qeyd edim. Evdəki oyunda media tərəfindən təzyiq yox idi. Ancaq burda görürəm ki, azərbaycanlı jurnalistlərin suallarıyla bizə təzyiq olur və bu, məsuliyyətimizi artırır. Qarşılaşmaya gəlincə, maksimum ağıllı, səbirli oynamalıyıq. Nəticə qazanmağa çalışacağıq. Futbolda 80 dəqiqə uğurlu oynayıb, bir səhvlə hər şeyi məhv edə bilərsən.
- Artıq oyuna 15 mindən çox bilet satılıb. Matç günü bu rəqəm daha da artacaq. Güclü azarkeş dəstəyi sizə əlavə çətinlik yaratmayacaq?
- Futbolçular buna hazır olmalıdı. Çünki hamısı peşəkardı. Daha çox azarkeşin olduğu stadionlarda da oynamışıq. Futbolçu kimi də belə ab-havada olmuşam. Rəqib meydanında azarkeş sayının çoxluğu ilə bağlı problemimiz yoxdu.
- Məlumdu ki, "Kukesi" çempion deyil, UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılan "Şkenderbü"nün əvəzinə çıxış edir. Sabah uğursuzluq olsa, bu, əsas səbəblərdən biri olacaq? Yəni deyə bilərsiz ki, biz onsuz da çempion deyildik və ölkəsinin ən güclüsü olan "Qarabağ"a uduzmağımız normaldı.
- 6 ildi avrokuboklarda uğurlu çıxış edirik, mərhələlər adlamışıq. Bu baxımdan bizim üçün ÇL-də oynamaq qeyri-adi hal deyil. Burdayıqsa, hörməti haqq edirik. ÇL-də "Qarabağ" kimi komandaya qarşı oynamağımız bizim üçün uğurdu. Avropanın ən nüfuzlu klub turnirində bütün Albaniyanı təmsil edirik. Ona görə də əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq.
"Kukesi"nin kapitanı isə matçla bağlı bunları dedi:
- Bizi sabah çətin oyun gözləyir. Bu həm də rəqib meydanında çıxış etməyimizlə bağlıdı. İlk oyunda yaxşı nəticə əldə etdiyimizi düşünürük. Cavab matçında da ən yaxşısını etməyə çalışacağıq.
- "Qarabağ"da xüsusi fərqləndirə biləcəyin, çəkindiyin futbolçu var?
- Ötən mövsümlə müqayisə etsək, "Qarabağ"ın əvvəlki səviyyədə olmadığı hiss olunur. ÇL-də qrupda güclü rəqiblərə qarşı daha yaxşı oynamışdılar. "Atletiko"yla matçları fərqləndirə bilərəm. Hiss olunur ki, bir neçə aparıcı futbolçusu gedib. Ancaq "Qarabağ"a komanda kimi baxırıq. Ona görə hansısa futbolçunun adını çəkməyim düzgün olmaz.
Albanların 15 dəqiqəlik açıq məşqi zamanı qeyri-adi nəsə yaşanmadı. Komanda əsasən isinmə hərəkətləri ilə məşğul oldu. Yeri gəlmişkən, Albaniyadan ölkəmizə jurnalist gəlməyib. Heç "Kukesi"nin xanım mətbuat katibi də Bakıya təşrif buyurmayıb. Yalnız klubun fotoqrafı gözümüzə dəydi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Bu gün, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Bu gün, 23:13 U-17 yenə darmadağın oldu Bu gün, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Bu gün, 23:07 Yenilgidə hakim izi olmadı Bu gün, 23:06 Üzücü başlanğıc Bu gün, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Bu gün, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Bu gün, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Bu gün, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Bu gün, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Bu gün, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Bu gün, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Bu gün, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Bu gün, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Bu gün, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Bu gün, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Bu gün, 22:23 İkinci tur 2 günə sığacaq Bu gün, 22:21 Mik Benet təqdim olundu Bu gün, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar