01 avq 18:40aktual

“Nə Delarj, nə də Emeqara istədiyimiz formadadı”

“Nə Delarj, nə də Emeqara istədiyimiz formadadı”
Qurban Qurbanovu “Qarabağ”ın az qol vurması narahat edir
Dünən “Azərsun Arena”da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirildi. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Kukesi” ilə cavab oyununa həsr olunan sual-cavab saat 18.15-də start götürdü. Təcrübəli mütəxəssis öncə Albaniya təmsilçisiylə duellə bağlı ümumi fikirlərini dilə gətirdi:
- Çox vacib oyuna çıxacağıq. Mən həmişə demişəm ki, evdə qol buraxmamaq komanda üçün pis nəticə deyil. Səfərdən heç-heçə ilə dönmüşük. Belə turnirlərdə buraxılan hər bir qol cütün taleyini həll edir. Rəqib meydanında vurulan qol ikiyə bərabər olur. Həddən artıq diqqətli, ehtiyatlı olmalıyıq. Bəzən səbirli davranmalıyıq, tələsməməliyik. Hər şeyə diqqət yetirməliyik. Oyunun gedişində çalışmalıyıq ki, hər epizodda düzgün qərar verək. Futbolçuların, demək olar, hamısı oyuna hazırdı. Çalışırıq ki, oyun planında bəzi detalları yaxşılaşdıraq. Rəqibin də açıqlamalarındangörünür ki, çox inamlıdılar və cavab görüçünə ciddi hazırlaşıblar. Biz də maksimum şəkildə hazırıq. Hər şeyi edəcəyik ki, sabah sərfəli nəticə bizim tərəfdə olsun.
- Siz, adətən, deyirsiz ki, ilk oyundan sonra rəqib haqda tam bilgiyə yiyələnmək olur. “Kukesi” haqda hər şeyi öyrənə bilmisiz? Nələri qeyd edə bilərsiz?
- Demək olar, bütün informasiyaları əldə etmişik. İlk oyunda rəqibi daha yaxından tanıdıq. Bizimlə görüşdə “Kukesi”nin oyun sistemində, hətta heyətində də dəyişikliklər oldu. Sabah da nəsə yeni bir şey ola bilər. Ancaq ciddi dəyişiklik olacağını gözləmirəm. Buna baxmayaraq, biz yenə də bəzi dəyişikliklərə hazır olmalıyıq və onu futbolçulara çatdırmışıq. Hər halda, ilk oyunla müqayisədə rəqibi daha yaxından tanıya bilmişik.
- “Kukesi”nin üzvləri “Qarabağ”ın güclü rəqib olduğunu dəfələrlə qeyd ediblər. Bu rəqibə hörmət əlaməti də ola bilər. Ancaq həmin açıqlamaların aldadıcı manevr olması da istisna deyil. Bu məqam albanların arxayınlaşdırma taktikası ola bilər?
- Yüz faiz ola bilər. Ancaq bizim futbolçular təcrübəlidi və oyuna necə hazırlaşmaq lazım olduğunu bilirlər. Rəqibin açıqlamaları oyunumuza yaxşı və ya pis mənada təsir etməməlidi. Özümüz oyuna yaxşı kökləməliyik. Bəzi fikirlər bizə siqnaldı. Məşqçilər olaraq biz də komandaya bu cür açıqlamaların təsir etməməsinə çalışmalıyıq.
- Yeni transferlərin – Con Delarjla İnnosent Emeqaranın start heyətində çıxmaq ehtimalı var? Ümumiyyətlə, onlar buna nə dərəcədə hazırdılar?
- Nə Delarj, nə də Emeqara istədiyimiz formadadı. Ancaq ən azı birinin start heyətində olmaq ehtimalı var. Son qərarı sabah verəcəyik.
- Rəqib ilk oyunda müdafiədə sanki “avtobus” yaratmışdı. Bunu qarşı uzaqdan zərbələr effektli ola bilərdi ki, onu görmədik. Sabah bunun əksini görə biləcəyik?
- “Avtobus” sözü son vaxtlar dəb halını alıb. Ümumiyyətlə, belə şeylərə fikir vermirəm. Rəqiblərə qarşı hər an fərqli yanaşırıq. Qarşı tərəf də özünə uyğun taktikayla bizim hücumların qarşısını almağı düşünür. Hər bir halda, sabah qol vurmaq haqda düşünməliyik və düşünürük. Ancaq qol müxtəlif oyun epizodlarından ola bilər. Sabah qol vurmaq üçün çoxlu fərqli yollar axtarmalı olacağıq. Lakin biz təkcə fərqlənmək yox, top buraxmamaq haqda da düşünməliyk. Yalnız qol vurmağa aludə olsaq, müdafiədə boşluğa yol verə və qapımızdan top buraxa bilərik. Bu üzdən çox diqqətli olmalıyıq.
- Komandanın qol buraxmamaq istəyi pis alınmır. Ancaq qol vurmaq istəyi alınmır – 3 oyuna cəmi 1 qol. Bu məqam sizi narahat edir?
- Sizcə, bu məni narahat edər, ya yox?
- Narahat etməsi kifayət deyil, artıq addım atmaq lazımdı…
- Biz addımlar atırıq. Artıq bu haqda fikirlərimi söylədim. Təbii, az qol vurmağımız bizi narahat edir. Lakin belə turnirlərdə qolların sayı az olur. Hər bir halda qol vurmaq haqda daha çox düşünürük. Bunun üçün müxtəlif variantlardan istifadə edəcəyik.
- “Qarabağ” ilk oyunda ustalıq səviyyəsinə görə rəqibdən üstün idi və “Kukesi” də bunu başa düşdü, qapandı. Evdə o cür oynayan komanda səfərdə də eyni taktikanı davam etdirəcək. Həmkarınız Armando Kunqu isə penaltilər üzərində çalışdıqlarını qeyd edib. Belə çıxır ki, albanlar oyunu penalti seriyasına qədər davam etdirmək haqda da düşünür. Ancaq görünən odu ki, “Qarabağ” bunu istəmir...
- Əlbəttə, məsələni 90 dəqiqədə həll etmək istəyirik. Hər bir məşqçinin fikirlərinə hörmətlə yanaşıram. O, psixoloji cəhətdən komandanı bu cür hazırlaşdırır. Biz də hər duruma hazır olmalıyıq. Sabah oyunun taleyi istənilən halda həll olunacaq. Hesab edirəm ki, təcrübəmiz məqsədə çatmağa kömək edəcək.
- Abdullah Zubir zədəsini sağaldaraq oynamağa hazırdımı?
- Komanda ilə üç məşq edib. Oynamaq ehtimalı var. Sabah səhər məşqimiz də olacaq və bundan sonra qərarımızı verəcəyik.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar