01 avq 18:27aktual

Zaur Axundov iki saytdan şikayətçidi

Zaur Axundov iki saytdan şikayətçidi
Dünən Mətbuat Şurasının icraçı direktoru, uzun müddət şuranın hüquq komissiyasının üzvü olmuş Şəmsəddin Əliyevin müraciəti əsasında "Futbolpress.az" və "Futbolinfo.az" saytları müvafiq olaraq, 7 və 11 avqust tarixlərində MŞ-yə çağırılıblar. Adı çəkilən saytlar bununla bağlı birgə bəyanat yayıb. Həmkarlıq prinsipinə hörmət əlaməti kimi bəyanatı işıqlandırmağı lazım bildik.
Şəmsəddin bəyin bildirdiyinə görə, buna səbəb "Keşlə" FK-dan şuraya şikayətin daxil olmasıdı. Şikayətdə klubun Müşahidə Şurasının sədri Zaur Axudnovun işgüzar nüfuzuna xələl gətirən yazıların/xəbərlərin dərc edildiyi qeyd olunub.
Təklif edilib ki, klub və adı çəkilən saytlardan nümayəndələrin iştirakı ilə şurada görüş keçirilsin və problem müzakirə edilsin. Tərəfimizdən şuranın müraciəti qəbul edilib, qeyd olunan tarixlərdə qurumun müvafiq şöbəsində müzakirələrə qatılacağımızı bildirmişik.
Lakin bu məsələ ətrafında ictimaiyyətə kiçik açıqlama vermək ehtiyacı duyduq. Əvvəla, "FutbolPress"in fəaliyyətdə olduğu 9, "Futbolinfo"nun isə 5-cü ilində Mətbuat Şurasıyla, nəhayət, yollarının kəsişməsi, yada düşməyimiz yaxşı oldu. İnanırıq ki, bundan sonra şuraya üzv olmağımız üçün yol daha qısa olacaq və sürətlə qət olunacaq. Həm də elektron KİV haqda qanunun işlənib, qəbul edilməsinə ciddi ehtiyacın olduğunu göstərən növbəti situsiya ilə rastlaşmış olduq.
Əvvəla, Şəmsəddin bəyə də xatırlatdığımız kimi, "Keşlə" FK-dan redaksiyamıza indiyədək heç vaxt hansısa materialın təkzib edilməsinə ehtiyacın olduğu barədə hər hansı müraciət daxil olmayıb.
Ancaq klub şikayətçidi. Konkret hansı səbəbdən - göstərilməyib. Sadəcə, tələb olunub ki, şurada bu müzakirə edilsin. Biz istənilən müzakirəyə hazır olduğumuzu bildirmişik, lakin hər kefinə düşənin şikayət etməsi hansı mexanizmlə tənzimlənir?
Zaur Axundovun hansı işgüzar imicinə, hansı yazıda nə cür xələl gəlib? Nümunə, dəlil varmı? Olmazdımı bu, dəqiq göstərilsin?
MŞ-nın səlahiyyətlisi olan Şəmsəddin bəydən xahiş etdiyimiz kimi, "Keşlə"dən edilən bu şikayət konkret hansı detalları nəzərdə tutursa, şikayətçi şəxs özü mütləq iştirak etsin. Əks halda bu, bizim jurnalist, media nüfuzumuza ciddi zərər cəhdi kimi qarşılanacaq.
Fəaliyyətdə olduğu müddətdə heç vaxt hər hansı şikayətə səbəb olmayan bu KİV-lərin haqqında əsassız şikayət onu göstərir ki, klubun mövqeyi adekvat deyil. Məsələ ilə bağlı AFFA rəhbərliyinə, futbol ictimaiyyətinə və MŞ başda olmaqla müvafiq media qurumlarına müraciət edirik:
"Keşlə" FK-nın haqqımızda şuraya şikayəti qanunla tənzimlənən müstəqil media fəaliyyətimizə süni təzyiqdi. Əsassız şikayət cəhdi klubun qərəzinin göstəricisidi və qətiyyətlə tələb edirik ki, MŞ bu məsələni ciddi araşdırıb, qüsursuz, peşəkar fəaliyyəti ilə nüfuz qazanmış bu KİV-lərin imicinə zərbə yetirmək cəhdlərinin hüquqi qiymətini versin.
Biz bu məsələdə artıq təşəbbüskar tərəfik və bütün araşdırmalara açığıq. Hətta adı çəkilən klubun ən başda adı çəkilən KİV-lər olmaqla, idman mediasında tənqidi mövqeyi olan mətbuat orqanlarını şirnikləndirici təkliflərlə ələ almaq cəhdlərinə dair faktları təqdim etmyə hazırıq. Və inanırıq ki, dürüst, şəffaf fəaliyyəti ilə hörmət qazanmış KİV-lərə qarşı bu mövqenin əsl səbəblərini üzə çıxaracağıq.
Klubun Müşahidə Şurasının sədri təyin olunandan adı qalmaqallarda hallanan Zaur Axundovun indi də müstəqil mövqeyi və şəfaf fəaliyyəti olan KİV-lərə hücumu pislənir, futbol ictimaiyyətini bu prosesin açıq müzakirə edilməsində fəal iştirak etməyə səsləyirik. Futbolda pis tendensiyalara səbəb olmuş şəxslərin bu ləkəni mətbuata bulaşdırmaq cəhdlərinə yol verməyəcəyik.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar