01 avq 15:58aktual

“Xəzər Lənkəran” azarkeşləri “Xan Lənkəran”a təzyiqi davam etdirir

“Xəzər Lənkəran” azarkeşləri “Xan Lənkəran”a təzyiqi davam etdirir
Prezidentə şikayət məktubu ünvanlanıb
Deyəsən, bu xamır çox su aparacaq. Söhbət “Xan Lənkəran”dan gedir. Klubun divizionda oynamaq qızğın mübarizə apardığı bir vaxtda məsələ başqa müstəviyə keçib. Obrazlı desək, “ağ-yaşıllar” arxa cəbhədən “qonşular”ı tərəfindən hücuma məruz qalıb. Hücuma keçənlər “Xan Lənkəran”ın İdarə Heyətinin sədri Rəsul Şükürsoyu hədəf alıb. Onun bir neçə il əvvəl Ukrayna futbolundakı fəaliyyəti haqda verdiyi informasiyaların doğru olub-olmamasıyla bağlı araşdırma aparılıb.
Daha öncə “Xəzər Lənkəran”ın fanatik azarkeşlərinin əvvəldən bu layihəyə qarşı olduğunu qeyd etmişik. Xüsusən də “gəmiçilər”in fanklubları bu məsələdə yaman canfəşanlıq göstərir. “Caspian Ultras”ın “feysbuk” səhifəsində yerləşdirilən yazı çox böyük olduğundan sizi yormaq fikrində deyilik. Qısaca məzmununu nəzərinizə çatdıraq. Deməli, Şükürsoyun da iştirakıyla Xmelnitski vilayətində rəhbəri Aleksandr Doşuk olan “Podolye” İdman Klubu təsis edilib. Ancaq bu klubun buna qədər orda fəaliyyət göstərən “Podolye” Futbol Klubu ilə bağlılığı yoxdu. Deyilənə görə, “Podolye” İK sonradan “Polonya” ilə birləşib. Belə ki, Xmelnitski çempionatında mövsümün ilk yarısında “Polonya”, ikinci yarısında isə “SK Polonya” kimi çıxış edərək 3-cü yeri tutublar. Özü də baş məşqçiləri Asim İbrahimov olub. Ancaq növbəti mövsümdə klubdan əsər-əlamət qalmayıb. Düzdü, Rəsul bəy şəxsi “feysbuk” səhifəsində canlı yayın təşkil edərək, bu klub yarananda yerli icra hakimiyyətinin maddi dəstək olduğunu, şəhər meri dəyişdikdən sonra isə bu dəstəyi görmədiyini deyib. Onu da əlavə edib ki, “Podolye” İK-da qurulan sistemlə “Xan Lənkəran” tam fərqli layihələrdi və bununla fəaliyyətlərinə kölgə sala bilməzlər.
Digər ittiham isə “Xan Lənkəran”ı geyimlə təchiz edəcək “Podi” şirkətiylə bağlıdı. Məlum olub ki, bu şirkət 2015-də təsis edilib. Ancaq sabiq həmkarımız bu ittihamın da cavabını verib: “Mən daha öncə bu şirkəti 2015-də qeydiyyatdan keçirdiyimi söyləmişdim. Görünür, söylədiklərimə diqqət yetirməmisiz. Sadəcə, “Pody” bu ildən formaların istehsalına başlayacaq. Ancaq məlum məsələlərə görə Türkiyə firmasıyla müqavilə hələ imzalanmayıb”.
Ən maraqlısı odu ki, narazı kütlənin suallarını ünvanlaması üçün Rəsul Şükürsoyla “Offside Pub”da görüş təşkil olunub. Ancaq Rəsul bəy təyin olunan vaxtda həmin yerdə olsa da, onu fırıldaqçılıqda ittiham edənlərdən biri də ortalıqda görünməyib. Əslində bu məqam özü çox şeydən xəbər verir.
Təbii, ölkəmizdə bu sistemdə heç vaxt klub təsis edilmədiyindən mühafizəkar baxışı üstünlük təşkil edir. Qısası, “Xan Lənkəran” ideyasına bir inamsızlıq var. İstər mətbuat, istərsə də Lənkəran ictimaiyyəti tərəfindən. Onsuz da yenilik öz zamanında rahat qəbul olunmur. Hər zaman tənqidlərə və təzyiqlərə məruz qalır. İndi də həmin vəziyyətdi. AFFA İcraiyyə Komitəsinin məlum qərarından sonra “Xan Lənkəran”ın böyük sponsor müqavilələri təxirə düşəcək. Ancaq burda əsas prinsipiallıq klubun fəaliyyətini davam etdirib, növbəti mövsüm ərəfəsində tam hazırlıqlı formada AFFA və PFL-ə müraciət etməkdir. Ona kimi isə akademiya kimi fəaliyyət göstərmək və klublaşma yönündə başqa boşluqları aradan qaldırmaq lazımdı.
Hərçənd “Xan Lənkəran” heç bu mövsümdən də ümidini üzməyib. Ötən sayımızda AFFA prezidenti Rövnəq Abdullayevə müraciət ünvanlandığını xəbər vermişdik. Ardınca azarkeşlər fərdi qaydada şablon mətnlə prezident İlham Əliyevə məktub ünvanlamağa başlayıb. Məktubun qısa məzmunuyla tanış olun:
“Xan Lənkəran” iyunun 1-də dövlət qeydiyyatından keçib. “Xan Lənkəran” Azərbaycanda yeni model klub strukturunun təmsilçisidi. İkiaylıq fəaliyyətimiz müddətində klub quruculuğu yönündə vacib addımlar atmış, Açıq Tipli Səhmdar Cəmiyyət kommersiya təşkilatı formasına keçidlə bağlı zəmin hazırlamışdıq. Gördüyümüz bütün işlər ictimaiyyətə açıq formada həyata keçirilir və fəaliyyətimizin hər mərhələsində bu layihənin icrasını izləyənlərdən kütləvi şəkildə müsbət rəylər alırıq.
Lənkəranda uşaq-gənclər komandalarının təsis olunması, bundan başqa, Region Liqasında təmsil olunacaq ikinci komandanın qurulması işi ilə bağlı klubumuz Cənub Regional Futbol Federasiyası ilə sıx əməkdaşlıq edir. Görmək istədiyimiz işlərlə bağlı AFFA prezidenti Rövnəq Abdullayevə də məlumat xarakterli iki məktub ünvanlamışıq. Həmin məktublarda bütün planlarımızın klubumuzun 1-ci divizionda iştirakı perspektivləri ilə həyata keçirildiyi bildirilib.
Həmçinin iyunun 15-də PFL başqanı Ramin Musayevə rəsmi müraciət ünvanlanıb və 1-ci divizionda iştirak üçün lazımı sənədləri təqdim etməyə hazır olduğumuzu bildirib, müvafiq tələblərlə bağlı cavab gözləmişik. İcraiyyə Komitəsinin iyulun 24-də çıxardığı qərara əsasən, 2018/19-cu il mövsümü üçün 1-ci divizionda ancaq ötən mövsümdə eyni yarışda çıxış etmiş 4-6 klubun iştirakının açıqlanması işlərimizə ciddi mənada zərbə vurub. Razılaşdırılmış sponsor müqavilələri, bağlanmış hissə satışı müqavilələri risk altına girib, əməkdaşlıq müqavilələri ilə işə götürdüyümüz məşqçilər, idarə heyəti üzvləri və texniki işçilərin təminatı ortadan qalxıb. Klubumuza qarşı bu haqsızlıq ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb, 2500-ə qədər vətəndaşın imzasıyla AFFA prezidentinə müraciət ünvanlanıb.
İK məlum qərarla AFFA-nın nizamnaməsində göstəriən səlahiyyətlərini aşıb. Eyni zamanda bu qərar Peşəkar Futbol Klublarının təmsil olunduqları ölkənin müvafiq müsabiqələrinə müraciəti ilə bağlı hüquqlarının kobud pozulması faktıdı. AFFA rəsmiləri müxtəlif səviyyələrdə açıq şəkildə etiraf edirlər ki, İK qərar verərkən “Xan Lənkəran”ın müraciətinə məhəl qoyulmayıb. Ümumi vəziyyət bizi UEFA-nın futbol klubları ilə bağlı nizamlayıcı qaydalarının, eyni zamanda bir futbol klubunun maliyyə “feyr-pley”i – özünütəminetmə potensialının risk altına atılması, AFFA-nın müqaviləli əsaslarla işlədiyi İctimai Birliyin – PFL-in hüquqlarını pozması, ictimai nüfuzuna zərbə vurması kimi ciddi faktlarla üz-üzə qoyub. AFFA-nın rəsmi şəxləri də etiraf edirlər ki, İK-nın iclası keçirilməzdən əvvəl “Xan Lənkəran”ın hüquqları tapdanıb. Lakin bu məsələyə xırda məsələ kimi baxdıqlarından “AFFA prezidenti və Baş katib səlahiyyətlərindən istifadə edib məlum qərarla bağlı növbədənkənar toplantı çağıra bilməz” deyirlər. Səbəb kimi göstərilir ki, həmin toplantıda nüfuzlu şəxlər bir araya gəlməlidi və buna onların vaxtları yoxdu. AFFA-nın bütün bu qanun pozuntuları və hüquqsuz addımları haqda beynəlxalq futbol qurumlarının peşəkar futbol klublarına verdiyi hüquqlar çərçivəsində də mübarizə aparmaq imkanlarındayıq. Lakin bunun nəticəsində AFFA-nın müəyyən sanksiyalara məruz qalmaq perspektivlərindən narahatıq. İstəmirik ki, qərarlarda yol verilmiş qanun pozuntularına görə ölkəmizin ali futbol qurumu cəzalansın. Lakin minlərlə insanı futbolla əlaqəli yeni və inkişafa yol açan işlərlə bağlı ümidləndirən bir layihənin məhvinə səbəb olan İK qərarı var.
Çıxışlarınızda hər zaman Azərbaycanda yeni özəl sektor təşəbbüslərinə dəstək verilməsinin zərurətini qeyd etmisiz. Bildiyiniz kimi, əksər klublar SOCAR-ın resursları hesabına maliyyələşir. Bu vəsitlər bir istiqamətli sərf edilsə də, geri dönüşü yoxdu. Hesab edirik ki, tədricən proses özünümaliyyələşdirən futbol təssərüfatı obyektlərinin formalaşdırılmasına keçməlidi. “Xan Lənkəran” layihəsi sırf özünümaliyyələşdirmə, maliyyə qaynaqlarını formalaşdırmaq prinsipləri əsasənda qurulmuş bir modeldi. Artıq ictimai rəydən də bəllidi ki, bu modelin icrası başqa bölgələrimizdə də eyni formalı futbol klublarının yaradılmasını stimullaşdırır. Bununla da ölkə futbolunun maliyyə asılılığı getdikcə azala bilər və onlar qazanan, qazandıran, yeni iş yerləri, bölgə əhalisinin sosial rifah səviyyəsinin yüksəldilməsinə, bütün regionlarda idman və sağlamlığın bərqarar olunmasına xidmət edə bilər. “Xan Lənkəran” modeli klublar layihəsi nəticəsində Azərbaycan futbol klubları da özəl şirkət şəklində fond birjasına daxil ola və getdikcə də dünya birjasının seqmentlərinə çevrilə bilərlər. Sizdən xahiş edirik ki, AFFA-ya müvafiq istiqamət verəsiz və “Xan Lənkəran”ın 1-ci divizionuna buraxılması məsələsində bizə kömək göstərəsiz”.
Sonda onu da qeyd edək ki, bu müraciət də bir fayda verməyəcəyi halda UEFA-ya hüquqi əsaslarla şikayət ünvanlanması nəzərdə tutulub.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar