24 iy 23:07aktual

Avroliqadakı iflasa sözardı

Avroliqadakı iflasa sözardı
Vaqif Sadıqovla Qəhrəman Əliyevin fikirləri haçalandı
Bu gün və sabah ÇL-də, sonrakı iki gündə isə AL-də 2-ci təsnifat mərhələsinin ilk görüşləri baş tutacaq. Təəssüf ki, qitə turnirlərində təkcə “Qarabağ”ın ümidinə qalmışıq. Avroliqadakı təmsilçilərimizin hamısı – “Qəbələ”, “Neftçi” və “Keşlə” iyulun 19-da mübarizəni dayandırmalı oldu. Təmsilçilərimizin uğursuzluğunun səbəbləri ilə bağlı versiyalarımızı təqdim etmişik. Sadaladığımız problemlərdən (premyer-liqadakı rəqabətsizlik, səhlənkar yanaşma, qeyri-sabitlik və sair) ikisinin üzərində dayanmağı və təcrübəli mütəxəssislərin bu ehtimallardan hansını həlledici saydığını öyrənməyi lazım bildik. Beləliklə, fiasko çempionatda cəmi 8 komandanın iştirakından, yoxsa klubların sırf hazır(sız)lığından qaynaqlanır?
Vaqif Sadıqov: “Kimsə iddia edirsə ki, 8 komandalı çempionatımızda rəqabət yoxdu, yanılır. Bəs onda “Qarabağ” niyə mübarizəni davam etdirir? Elə həmin rəqabətdi Ağdam təmsilçisini formada saxlayan. İntriqa sona qədər ciddiliyini qoruyurdu. Avroliqaya kimin gedəcəyi son tura qədər bəlli deyildi. “Sumqayıt”la “Zirə”nin və “Kəpəz”lə “Neftçi”nin oyununda həll olundu 2-ci vəsiqənin taleyi. Avroliqaya sonuncu vəsiqə isə hətta çempionatın bitimindən bir həftə sonra kubokda sahibini tapdı. Məncə, son mövsüm rəqabətli şəraitdə keçdi. O başqa söhbətdi ki, mən də əksəriyyət kimi çempionatda komanda sayının artmasını arzulayıram. Bir şərtlə ki, kəmiyyət artımı keyfiyyəti zəiflətməsin. Hamımız bölgələrlə futbolu qaytarmağın tərəfdarıyıq. Çoxdan darıxmışıq cənub bölgəsinin fəxri olan “Xəzər Lənkəran” üçün, şimalda “Şahdağ”, qərbdə “Turan”, aranda “Karvan” üçün. Hər birinin çempionatda necə rəng qatdığını yaxşı bilirik, xatırlayırıq. Ötən il də 8 komandalı çempionat olub və “Qarabağ” ÇL-in qrupuna düşməklə tarix yazıb. Qurban Qurbanovun komandası sona 2-3 tur qalmış çempionluğu təmin etsə də, rəqibləri onu rahatlaşmağa qoymur, şəxsi görüşlərdə büdrətməyə can atırdı. Müsbət cəhət odu ki, “Qarabağ”ın baş məşqçisi həm də millini çalışdırır və belədə digər klublarda top qovan futbolçular onun komandası ilə görüşlərdə özünü göstərmək üçün dəridən-qabıqdan çıxır. Bu isə rəqabətə rəvac verir. Əksinə, bizdə oyunda hər hansı nəticəni qabaqcadan müəyyənləşdirmək çox çətindi. Mən sualın ikinci tərəfini uğursuzluğu şərtləndirən əsas məqam sayıram. Fikir verin, hər üç komanda Avroliqaya yenilənmiş şəkildə başladı. “Qəbələ” Qriqorçukun gedişindən sonra xeyli dəyişikliyə məruz qaldı, yeni məşqçi gəldi, aparıcı futbolçular heyəti tərk etdi. Az bir müddətdə güclü komanda formalaşdırıb uğurlu nəticə qazanmaq çətindi. “Qəbələ” rəhbərliyi Sənan Qurbanova dəstək verməklə komandanın oyundan-oyuna artırmasına çalışır. İlk oyundakı məğlubiyyət rəqibi düzgün qiymətləndirməməkdən və Lüksemburq futboluna yuxarıdan aşağı baxmaqdan irəli gəlirdi. Bu, komandaya baha başa gəldi. Cavab oyununda kimin güclü olduğu və “Qəbələ”nin potensialı üzə çıxdı. Ancaq “qatar artıq getmişdi”. “Keşlə”dəki son proseslər də hər kəsə bəllidi. Belə vəziyyət istənilən komandaya təsirsiz ötüşməzdi. Baş məşqçiylə bağlı hadisə komandanın ilk mərhələni adlaya bilməməsinə şərait yaratdı. Halbuki, Bakıdakı görüşdə komandamız daha güclü olduğunu ortaya qoydu. “Keşlə”nin potensialı rəqibdən qat-qat üstün idi. “Neftçi”yə gəlincə, açığı, ilk oyundakı qələbə xoşuma gəlsə də, Macarıstanda gördüyüm komandanı “tanımadım”. Mənim üçün Bordinin heyət və taktika seçimi sürpriz oldu. Cavab görüşündə komandaya sırf müdafiə futbolu oynatması italiyalı mütəxəssisin “Neftçi”ni yaxşı tanımamasından, yetirmələrinin hücum potensialına inanmamasından irəli gəlir. Qapanmaqla rəqibə imkan verdi ki, “Uypeşt” özünü meydanın ağası saysın, rahat hücum təşkil etsin. İlk hissənin ortalarında vurulan qollar macarlarda özünəinam yaratdı və tribunaların da dəstəyi ilə nəinki sərfəli nəticə qazandı, hətta hesabı darmadağın həddinə çatdırdı. “Neftçi” isə əksinə, meydanda istəksiz idi. Hansısa komandaya uduzmaq olar, amma mübarizədən qopmaq heç bir futbolçuya və məşqçiyə başucalığı gətirməz. Bir sözlə, Avroliqadakı uğursuzluğu sırf klubların hazırlığı və dəyişikliklərlə əlaqələndirirəm”.
Qəhrəman Əliyev: "Səbəb bir deyil, bir neçədi. Rəqabətsizlik əsas amildi. Avrokuboklara iddialı 4-5 komanda var, çempionatboyu dörd dəfə bir-biri ilə qarşılaşırlar. Mütəxəssislər bunu yaxşı bilir, belədə futbolçu psixoloji cəhətdən problem yaşayır, motivasiya aşağı düşür. Nə qədər çox komanda, fərqli oyun üslubları və fərdi keyfiyyətli futbolçu olsa, bir o qədər rəngarənglik olar. Mən AFFA-nı günahlandırmıram, bunun üçün maddiyyat və bazanın olması şərtdi. Bu bir, ikincisi, klublarımızın Avroliqaya zəif hazırlaşmasını da əsas səbəblərdən biri kimi qəbul edirəm. İçi "Qarabağ"qarışıq, klublarımız yay fasiləsinə çıxan kimi futbolçu axtarır, çox vaxt vaxtında tapmır, tələsik seçim edir və yeni gələnin komandaya uyğunlaşması uzanır. Halbuki avrukuboklara hazırlıq üçün cəmi bir ay vaxt olur. Deyə bilərsiz ki, "Qarabağ" da yeni transferlər edib, amma ilk mərhələdə uğurlu çıxış etdi. Düzdü, amma "Qarabağ" da dəyişiklikdən sonra alışdığımız tərzdə oynamadı. Əvvəlki illərdə də komandanın tədricən “artırdığının” şahidi olmuşuq. "Qarabağ"da gedən-gələn azdı, həm də baş məşqçinin bəlli sistemi var. O birilərdə isə hətta məşqçi də dəyişib. "Qəbələ"nin uğursuzluğunu təsadüf sayıram. Bunu səfərdə qələbə qazanmaqla sübut etdilər. Əvvəldən bir qədər ciddi yanaşsaydılar, o komandanı rahat keçə bilərdilər. "Keşlə" isə ilk oyunda 1:4 uduzduqdan sonra hamımız bilirdik ki, mərhələnin taleyi həll olunub. "Neftçi" Bakıda 3:1 qələbə qazandıqdan sonra cavab oyununa köklənə bilmədi. Halbuki biz o səviyyədə futbol ölkəsi deyilik ki, kiməsə yuxarıdan aşağı baxaq. Əksinə, aşağıdan yuxarı baxmalıyıq.
Biz qlobal çatışmazlıqları vurğulayırıq, halbuki avrokuboklarda hər xırda detal həlledici ola bilər, buna az rast gəlməmişik".
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar