24 iy 23:02aktual

“Qarabağ” 3,5 milyon avroluq hücumçu transfer edir

“Qarabağ” 3,5 milyon avroluq hücumçu transfer edir
Araz Abdullayev isə Qurban Qurbanovun sərəncamında olmayacaq
Yay fasiləsində dörd legionerlə müqavilə bağlayan “Qarabağ” xeyli vaxtdı müzakirələrə səbəb olan hücum xəttindəki boşluğu doldurmağa yaxındı. Hannes Tur Halldorsson, Vaqner da Silva, Simeon Slavçev və Filip Ozobiçlə anlaşan “köhlən atlar”ın növbəti transferi, qeyd etdiyimiz kimi, forvard olacaq.
Bu Con Delarjdı. İyunun 24-də 28 yaşını tamamlayan futbolçu Konqo yığmasının üzvü sayılır. 2010/11 mövsümünü Kamerunda – “Union Duala”da keçirən Con 2011-də Avropaya köç edib və o vaxtdan bu yana “köhnə qitə”nin müxtəlif komandalarının şərəfini qoruyub. Slovakiyanın aşağı dəstə təmsilçisi “Dunayska Streda”da bir mövsümdə 32 oyuna çıxıb 8 qol vurandan sonra Çexiya təmsilçisi Liberets “Slovan”ının diqqətini çəkib. 3 ilyarım orda çıxış edib ki, 74 oyunda rəqib qapılarına 16 dəfə yol tapıb. Lakin 2016-nın payızında ağdamlılar Avroliqanın qrup mərhələsində “Slovan”la qarşılaşanda Delarj iki oyunun heç birində görünməyib. Çünki həmin ilin yanvarında Liberets təmsilçisini tərk edib “Admira Vakker”ə yollanmışdı. Avstriyalılar Conun transferi üçün “Slovan”a 3,5 milyon avro ödəməklə futbolçuya sahib olmuşdu. Lakin baş məşqçi ilə yaşadığı qalmaqala görə “Admira Vakker”də qalmamış, “Osmanlıspor”a icarəyə verilmişdi. Həmin “Osmanlıspor” ki, Avroliqanın qrup mərhələsində çıxış edərək 1/32 finala yüksəlmişdi. Delarj isə öz növbəsində “Olimpiakos”la baş tutan hər iki oyunda iştirak imkanı qazanmışdı. Səfərdə “11-lik”də meydana çıxdığı halda, Türkiyədə mübarizəyə əvəzetmədən qoşulmuşdu. Forma geydiyi 36 matçda cəmi 1 qola imza atması klub rəhbərliyinin ürəyincə olmasa da, “Bursaspor” hansısa keyfiyyətlərinə görə Cona “elçi düşmüşdü”. Və belədə 2017-nin yayında “Admira Vakker”lə müqavilə müddəti bitən futbolçu yenidən Türkiyəyə qayıtmış, bu dəfə “timsahlar”ın uğurları üçün tək tökmüşdü. Konqolu forvard son bir ildə “Bursaspor”da 28 matçda 5 dəfə fərqlənməyə müvəffəq olmuşdu.
Hazırda bursalılarla müqavilə müddəti davam etsə də, rəhbərlik və məşqçilər heyəti Delarjı komandada saxlamaq istəmir. Daha doğrusu, əsas heyətdə yer almayacağını bildiyindən, özü də ordan ayrılmaqda maraqlıdı. İntizamsızlığı ilə ad çıxardığı deyilən futbolçu xeyli vaxtdı “Qarabağ”ın maraq dairəsinə düşüb ki, danışıqların sonuncu mərhələsi gedir. Azərbaycan çempionu hücumçu problemini təcili yoluna qoymaq üçün “Bursaspor”a 200 min avro transfer haqqı ödəməyə hazırdı. Təbii, Conun illik əməkhaqqısı 500 min dollardan az olmayacaq. Bu isə o deməkdi ki, vaxtilə “Slovan”ın 3,5 milyon avroya satdığı hücumçu “Qarabağ”a təxminən milyonyarım manata başa gələcək.
Hər iki ayağı işlək olan, başla oynamağı da bacaran forvard hazırda Türkiyədədi. “Bursaspor”la məşq edən qaradərili futbolçu yalnız məsələyə tam nöqtə qoyulandan sonra Azərbaycana təşrif buyuracaq. Çox güman, bu gün klub saytı transferi rəsmən açıqlayacaq. “Kukesi” ilə oyunlar üçün sifariş olunacaq Delarjın səfər qarşılaşmasında meydana çıxmayacağı 100 faiz dəqiqdi. Yalnız Bakıda doğma azarkeşlərin önündə bir neçə dəqiqə şans qazana bilər ki, bu da onun hazırlıq səviyyəsindən, başqa cür desək, Qurban Qurbanovun son qərarından asılı olacaq.
“Köhlən atlar” haqda növbəti transfer xəbəri isə Araz Abdullayevlə bağlıdı. Mətbuatda yayılan xəbərlərə inansaq, Qurbanovun bəyəndiyi yığma üzvü “Qarabağ”la anlaşmağa yaxındı. Müqavilənin bütün detalları müzakirə olunub, qalır sənədə qol çəkmək. Məsələylə bağlı klub rəsmilərindən münaibət öyrəndikdə, mətbuat katibi Nurlan İbrahimov yazılanların həqiqətə uyğun olmadığını bildirdi: “Mətbuatda dərc olunan xəbəri oxumuşam. Lakin həqiqəti əks etdirmir. Ola bilsin, Arazın son günlər komandamızın düşərgəsində olması şübhələrə yol açıb. Belə ki, yığma üzvü məşqsiz qalmasın deyə, Qurban Qurbanov Abdullayevin “Qarabağ”la birgə hazırlıq keçəsinə icazə verib. Lakin bu o demək deyil ki, Arazla müqavilə bağlanılacaq. Bu haqda, ümumiyyətlə, söhbət olmayıb”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar