23 iy 12:34aktual

Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi

Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi
“Kollektiv özünü mərhələni keçmiş kimi hiss edirdi”
Budapeştdə keçirilən cavab görüşündən sonra “Neftçi”nin prezidenti Kamran Quliyev jurnalistlərin suallarını cavablayıb. Klub prezidenti böyükhesablı (0:4) məğlubiyyəti üzücü adlandırmaqla yanaşı, ilk oyundan sonra komandada arxayınlığın yarandığını da söyləyib.
- Ağır, üzücü məğlubiyyətdi. Bərabər səviyyədə keçən oyunu təhlil etmək asandı. Amma bu görüşdə komanda özünə oxşamırdı. Nə olub - bunu araşdıracağıq. Tezliklə bu vəziyyətdən, bu ab-havadan çıxmalıyıq. Çempionatın başlanmasına 20 gün qalıb. Avroliqayla vidalaşdıq. Komanda daha çox öz üzərində işləməli, psixoloji maneəni aşmalıdı. Çünki bu məğlubiyyət hamıya təsir edir.
- Amma yəqin razılaşarsız ki, bir həftə əvvəl də həmin rəqib idi və onda "Neftçi" 3:1-dən də böyük fərqlə qalib gələ bilərdi. Yəni "Uypeşt" həmin "Uypeşt", "Neftçi" də həmin "Neftçi"...
- Bəlkə də ilk görüşdə 3:1 hesabıyla qalib gəlməsəydik və yaxud heç-heçə qeydə alınsaydı, başqa cür olardı. Sanki komanda bura arxayın gəlmişdi və rəqib də ilk oyunda güclü müqavimət göstərməmişdi. Bir az arxayınlığın olduğu hiss edilirdi. İlk 20 dəqiqədə hər şey normal gedirdi. Amma buraxılan qollar komandanı "sındırdı".
- Matçın Bakı vaxtı ilə saat 23.00-da başlaması və ya komandanın Macarıstana bir qədər gec gəlməsi nəticəyə təsir edə bilər?
- Qətiyyən. Oturub burda saat və başqa amilləri axtarmaq lazım deyil. Yenə deyirəm, komanda bura arxayın gəlmişdi. Kollektiv özünü mərhələni keçmiş kimi hiss edirdi. Avropada belə şeylər bağışlanmır. Qitəmiqyaslı yarışlardakı rəqiblər xırda bir səhvə görə sizi cəzalandıra bilərlər.
- Cavab matçındakı taktiki dəyişikliklər sizin üçün gözləniməz olmadı ki?
- Taktiki gedişləri müzakirə etmək istəmirəm.
- Hətta rəqibin baş məşqçisi də bu dəyişikliyi gözləmədiyini söylədi...
- Taktiki məsələləri sırf məşqçi, mütəxəssislər təhlil etsələr, yaxşı olar. Oyuna başqa rakursdan baxıram. Komanda psixoloji cəhətdən arxayın gəlmişdi. Mənim üçün məğlubiyyətin səbəbi ilk növbədə budu.
- Amma komandanın arxayın olmaması üçün baş məşqçi var...
- Təbii ki, bunun üçün məşqçilər korpusu var. O cümlədən biz hamımız. İdarəetmədə vəziyyətdən çıxmağın iki yolu var: birinci yol - səbəbkar tapmalıyıq. Kimi və ya kimlərisə. İkinci yol isə səhvləri tapıb, üzərində işləmək və onları bir daha təkarlamamaqdı.
- Vəziyyəti düzəltmək üçün hərə öz tərəfindən nə edəcək?
- Təbii ki, komanda ilə görüş, məşqçilərin hesabatı olacaq. Onlarla, komanda ilə ciddi söhbət edəcəyik. Avropa Liqasındakı bu faciə bir daha təkrarlanmamalıdı. Çempionatda yolumuz uzundu. Rəqiblərin "Neftçi"yə qarşı necə hazırlaşdığını özünüz bilirsiz. Komandanın bu faciədən nəticə çıxaracağına inanmaq istəyirəm.
- Bir az da olsa, baş məşqçi Roberto Bordinin kreslosu laxladı?
- Qətiyyən. Bir məğlubiyyətlə necə laxlaya bilər?
- Amma necə məğlubiyyətlə...
- Ağır məğlubiyyət tək Bordinin yox, dünya səviyyəsində tanınmış məşqçilərin də başına gəlir. Hamı üçün üzücüdü, ağırdı. Amma özümüzdə güc tapmalıyıq. Hansısa ağır məğlubiyyətdən sonra əlimizi yanımıza salmağa ixtiyarımız yoxdu. İnsan ağır zərbə ala, diz üstə ola bilər. Amma ayağa qalxmalıdı.
- "Neftçi" Avropa Liqasına hazırlaşmışdı, amma mübarizəni erkən dayandırdı. Çempionatın başlamasına isə 20 gün qalıb. Bundan sonra necə olacaq?
- Heç kim komandanın Avropa Liqasında neçə mərhələ keçəcəyini deyə bilməzdi. Püşkatmadan sonra bəlli oldu ki, ən çətin rəqiblərdən biri ilə üzləşəcəyik. İlk oyundan sonra mətbuatda yazılırdı ki, "Neftçi" imkanlı, "Uypeşt" isə kasıb klubdu. Bildiyimə görə, Macarıstan klubu bizdən qat-qat böyük büdcəyə malikdi. Bu rəsmi məlumatı almışam. Təbii ki, büdcənin nəticəyə aidiyyatı yoxdu. Çünki ilk görüşdə qalib gəlmişdik. Amma bəzi söz-söhbət komandamızın cavab oyununa təsir etdi. Sualınıza gəlincə, komandanı Avropa Liqasına yox, mövsüm üçün hazırlayırıq. Burda ya hansısa mərhələdə dayanırsan, ya da qrupa düşürsən. Hazırda əsas ümidimiz çempionata və ölkə kubokunadı. Artıq bir neçə yoxlama görüşü üçün idman direktorumuza müraciət olunub. Komanda hazırlığı Bakıda davam etdirəcək.
- "Bakcell Arena” hələ hazır deyil. Ev oyunlarını harada keçirəcəksiz?
- Bir ya iki tur "Dalğa Arena”da oynayacağıq. Bakıdakı istilər ot örtüyünün hazır olmasına əngəl törətdi. Ola bilər ki, avqustun 20-ə və yaxud sentyabrın ilk həftəsinə qədər hazır vəziyyətə gətirilsin.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Bu gün, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Bu gün, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Bu gün, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Bu gün, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Bu gün, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Bu gün, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Bu gün, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Bu gün, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Bu gün, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Bu gün, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Bu gün, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Bu gün, 12:49 Alesio toplanışı dəyərləndirdi Bu gün, 12:47 İkinci oyunda uduzdular Bu gün, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Bu gün, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Bu gün, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Bu gün, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Bu gün, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Bu gün, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Bu gün, 12:21 Yığma Ukraynaya uduzdu Bu gün, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar