23 iy 12:19aktual

Əcnəbi jurnalistlər komandalarımızı ələ salır

Əcnəbi jurnalistlər komandalarımızı ələ salır
“Azərilər isə, çox güman, Macarıstan səfərini unuda bilməyəcək”
Təmsilçilərimizin Avroliqanın 1-ci təsnifat mərhələsindəki uğursuzluğu fonunda rəqib düşərgələrdə əsl bayram yaşanır. Birvaxtlar saya almadığımız Malta ilə Lüksemburq komandaları “Qəbələ”ylə “Keşlə”yə futbolun nə olduğunu başa saldığı halda, ölkənin ən köklü klubu sayılan “Neftçi” Macarıstanda Azərbaycan futbolunun papağını yerə soxdu. Odu ki, klub rəsmiləri ilə yanaşı, həmin ölkələrdə çalışan həmkarlarımızın da kefi sazdı.
Göz gəzdirdiyimiz saytlarda bəzi maraqlı yazılarla rastlaşdıq. Aralarında diqqətçəkən cümlələr olan hissələrini sizlərə təqdim edirik. Lüksemburq mətbuatında əsasən oyunun protokoluna və ümumi bilgilərə yer verildiyindən, onları təqdim etməyə ehtiyac yoxdu. Maltalı və macarıstanlı jurnalistlərin yazdıqları isə bunlardı.
one.com.mt: “Baltsan” Avroliqaya startdaca inanılmaz nəticəyə imza atdı. Klub tarixində ilkə imza atmaq istəyən məşqçi və futbolçu heyətinin işi heç də asan deyildi. Rəqibin adı avrokuboklarda yeni olsa da, vaxtilə “İnter” adı altında uğurlu nəticələrə imza atıb. 3 il əvvəl Bilbao “Atletik”iylə Bakıda heç-heçə oynayan rəqib mayda ölkə kubokuna sahib olmuşdu. Heyətində çoxlu legionerin olması isə yaxşı büdcəyə sahib olmasından xəbər verir. “Baltsan” Azərbaycan təmsilçisinin qapısına 2 oyunda 5 dəfə yol tapmaqla klub tarixində ilkə imza atdı. 2015-ci ildən avrokuboklarda mübarizəyə qoşulan “qırmızı-ağlar” ilk dəfə mərhələ adlamaq sevinci yaşadılar. Meydan sahibləri Maltada olduğu kimi, Bakıda da penaltidən fərqləndilər. Digər qola isə Slavik Alxasov imza atdı. Son dəqiqələrdə böyük qüvvə ilə irəli atılan “Keşlə”nin futbolçuları qapılarında top görüncə, filmin sonu olduğunu anladılar. İkinci mərhələdə “Baltsan”ı daha güclü rəqib - Bratislava “Slovan”ı gözləyir”.
independent.com.mt: “Baltsan” Bakıdakı məğlubiyyətə sevindi. Bir həftə öncə Maltada rəqibin başına açdığı oyunla 4:1 hesabı ilə qələbə qazanan Miçoviçin yetirmələrini səfərdə heç də asan oyun gözləmirdi. Oyunun əvvəlində yenə penalti ilə fərqlənən rəqib oyunboyu “Baltsan”a nəfəs almağa imkan vermədi. Rusiyalı hakimin oyuna əlavə etdiyi dəqiqələrdə daha bir qol vuran meydan sahibləri “qırmızı-ağlar”ı təşvişə saldı. Bundan sonra 3-cü qol axtarışına çıxan “Keşlə” əsl şok yaşadı. Sonradan meydana çıxan Maydevaç Ağayevin qapısına yol tapıb stadiona toplaşanları susdurdu, özü isə vaxtından əvvəl paltardəyişmə otağına yollandı. “Baltsan”lıların səfər qarşılaşmasında müdafiə futbolu oynayıb, bacardıqca vaxtı uzatmaları başadüşülən idi. Klub tarixində ilkə imza atmaq üçün futbolun bütün hiyləgərliklərindən istifadə etmək lazım gəlirdi. Onlar bunu bacardılar. Cütün favoriti göstərilən “Keşlə”nin üzvləri isə nə baş verdiyinə inana bilmirdilər. Növbəti rəqib “Slovan”dı”.
nemzetisport.hu: “Uypeşt” inanılmazı etdi. İyulun 12-də səfərdə güclü “Neftçi”yə uduzan “bənövşəyilər”in mərhələ adlamaq şansı yox dərəcəsində azalmışdı. Bakıdakı oyun rəqibin hansı gücə sahib olduğunu göstərmişdi. Ölkəsinin ən köklü klubu olan “Neftçi” mövsümlərarası fasilədə italyan mütəxəssis Roberto Bordinlə anlaşmış, üstəlik, bir neçə legioneri heyətinə qatmışdı. İlk matçda dubla imza atan Baqali Dabo onlardan biri idi. Həmin matçdan sonrakı mətbuat konfransında Neboyşa Vinyeviçin açıqlaması belə olmuşdu: “Şansımızı itirməmişik. Cavab görüşündə Diallo ilə Nvobodo bizə kömək edəcək. Üstəgəl, azarkeş amili və hava şəraiti də xeyrimizə işləyəcək”. Baş məşqçi özündəki inamı futbolçularına da aşıla bilmişdi. Oyunboyu rəqibə topla rəftar etməyə imkan verməyən “Uypeşt”in futbolçuları hər hissədə 2 qol vurmaqla məhv edib, cütün favoriti göstərilən rəqibini torpağa gömdü. Bu təkcə “Uypeşt”in yox, həm də Bakıda təklənən klub azarkeşlərinin qələbəsi idi. Azərilər isə, çox güman, Macarıstan səfərini unuda bilməyəcək. Futbolun maraqlı tərəfi də budu. Heç də həmişə pulu çox olan qalib gəlmir”.
index.hu: “Macarıstan futbolunda 35 ildən sonrakı uğur. Təmsilçilərimiz Avroliqanın ilk turuna uğursuz başlamışdı. Sonuncu dəfə belə göstərici 28 il öncə qeydə alınmışdı. Lakin “Uypeşt” doğma azarkeşləri önündə əldə etdiyi 4:0-lıq qələbə ilə ölkəni silkələdi. Bəli, “Neftçi”ni darmadağın edən komandanın növbəti rəqibi son illər Avroliqanın qalibi adını özəlləşdirən “Sevilya”dı. Qalibiyyətin daha bir özəlliyi “Uypeşt”in avrokuboklarda böyükhesablı qələbə qazanmasının üstündən 35 il keçməsidi. “Bənövşəyilər” sonuncu dəfə 1983-cü ildə məhz bu hesabla qalib gəlmişdi... Azərilərin seçdiyi müdafiə taktikası “Uypeşt” tankının qarşısında cəmi 21 dəqiqə duruş gətirdi. 19 və 21-ci dəqiqədə gələn qollarla qonaqlar rəsmən nokauta düşdülər. Oyun intizamı pozuldu, əsəblər gərildi və bunun nəticəsində təmsilçimiz daha 2 qol vurmağa nail oldu. İstəsəydilər, daha çox qol vura bilərdilər. Amma 4 top də yetərli idi. Axı növbəti rəqib “Sevilya”dı. Gücə qənaət etmək lazımdı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar