21 iy 12:27aktual

Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı

Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı
Kukesi
Tam adı: Futboll Klub Kukesi
Ləqəbi: şimal-şərqlilər
Yaranma tarixi: 1930
Stadionu: “Zekir Yumeri” stadionu (5500 yerlik)
Təmsil etdiyi şəhər: Kukesi
Prezidenti: Safet Qiçi
Baş məşqçisi: Armando Kunqu
Çıxış etdiyi çempionat: superliqa
Son mövsüm tutduğu yer: 2
Forma rəngi: göy (ev), ağ (səfər)
Uğurları: 1 dəfə ölkə çempionu (2016/17), 1 dəfə ölkə kubokunun qalibi (2015/16)

Avrokuboklardakı göstəricisi
Çempionlar Liqası 4 1 2 1 4-3
Avropa Liqası 20 5 6 9 16-23
cəmi 24 6 8 10 20-26

Yeni adla daim mükafatçı
“Kukesi” 1930-cu il martın 4-də yaranıb. Eyniadlı şəhəri təmsil edən komanda fəaliyyətə “Şokeriya Sportiv Kosova” kimi başlayıb və 28 il sonra yenidən adını dəyişib. 1958-ci ildən 2010-a kimi “Perparami” adı ilə çıxış edib. Komanda 88 illik tarixinin böyük hissəsini aşağı liqalarda keçirib. 2012-ci ildə superliqada debüt edən komanda burda 6-cı mövsümdü mübarizə aparır. “Kukesi” bu qısa müddətdə daimi mükafatçı imicinə yiyələnib. Komanda superliqada keçirdiyi bütün çempionatları ilk “üçlük”də tamamlayıb. İlk üç mövsümdə (2012/13, 2013/14, 2014/15) qazanılan ardıcıl gümüş medallardan sonra bürünc (2015/16) və çempionluq (2016/17) da əldə edilib. 2017/18 mövsümündə yenidən gümüşə sahib çıxan “Kukesi” avrokuboklara yüksəlib. Əslində ikincilik AL-də oynamağa imkan verir. Ancaq “Şkenderbü”nün ÇL-dən uzaqlaşdırılmasından sonra “Kukesi”nin bəxtinə gün doğub. Hesabında ölkə kuboku (2015/16) və superkubok (2016) da olan kukesililər son 5 mövsümdə də avrokuboklarda mübarizə aparıb. Komandanın ən böyük uğuru 5 il əvvəl Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləməkdi. Xatırladaq ki, albanları qrupun biraddımlığında “Trabzonspor” dayandırmışdı.
“Qarabağ”ın rəqibi ev oyunlarını 5500 yerlik “Zekir Yumeri” stadionunda keçirir. Ancaq bu arena UEFA-nın lisenziyasını ala bilmədiyi üçün Şkoderdəki “Loro Boriçi” və Tiranadakı “Kemal Stafa” sifariş olunub. Kukesililərin 1-ci mərhələdə “Valletta”nı “Loro Boriçi”də qəbul etdiyini də vurğulayaq.
Sabiq “Qarabağ”lının sabiq komandası
Əslində “Kukesi” bizə yaxşı tanışdı. “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Qəbələ”də top qovan Rauf Əliyev ötən mövsümün ilk yarısında bu komandada çıxış edirdi və 17 matçda 4 qol vurmuşdu. Qış fasiləsində klubdan ayrılan forvardın dönüşündən sonra “Kukesi”də də köklü dəyişikliklər yaşanıb. Əvvəlcə baş məşqçi Mladen Milinkoviç istefaya göndərilib və komanda mövsümü Peter Pakuletlə başa vurub. Bu məşqçi hətta ÇL-də “Valletta” ilə ilk oyunda da iş başında olub. Ancaq rəhbərlik evdəki qolsuz heç-heçədən sonra komandanı Armando Kunquya tapşırıb. Armando da futbolsevərlərimizə tanış simadı. Belə ki, bu mütəxəssis yaxın keçmişdə, konkret, 2015-ci ilin iyulunda “Laçi”nin baş məşqçisi kimi Bakıda olub. Kunqu “Keşlə”nin sələfi “İnter”lə mübarizədə iki oyunun nəticəsinə görə (evdə 1:1, səfərdə 0:0) uduzub. Ümid edək ki, bu dəfə də üzülən tərəf Armandonun komandası olacaq.
Albanlarla 5-ci duel
“Kukesi” ilə duel iki ölkə təmsilçilərinin qitəmiqyaslı yarışlarda 3-cü qarşıdurması olacaq. İlk baxışdan çətin rəqib görünməyən albaniyalılar təmsilçilərimiz üçün əsl başağrısıdı. Belə ki, Azərbaycan komandaları indiyədək bu ölkədən olan rəqiblərinə qalib gələ bilməyib. Gələn həftə “Kukesi”nin qonağı olacaq “Qarabağ” ilk qələbənin müəllifi ola bilər. Əvvəlki iki duel çərçivəsindəki 4 matçda albaniyalılar yenilməz olub. 2013/14 mövsümündə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” “Şkenderbü” səddinə ilişib. Bakıdakı qolsuz bərabərlikdən sona səfərdəki matçın əlavə vaxtında meydan sahibləri qol sevinci yaşayıb. İki il sonra “İnter”, indiki “Keşlə” “Laçi” ilə üz-üzə gəlib. Qeyd etdiyimiz kimi, Avropa Liqasının 1-ci təsnifat mərhələsində cütün qalibi təmsilçimiz olub. Lakin bakılılar qələbəsiz mərhələ adlayıb. Səfərdə Nika Kvekveskirinin qolu ilə əldə olunan 1:1 hesablı bərabərlik “İnter”in xeyrinə olub. Bakıdakı 0:0-dan sonra təmsilçimiz səfər qolu ilə mərhələ adlayıb. Göründüyü kimi, albaniyalılarla 4 oyundan heç birində 90 dəqiqədə qalib müəyyənləşməyib. Amma matçların biri əlavə vaxtda rəqibin qələbəsi ilə başa çatıb. Top fərqində geridə olan (1-2) klublarımız iki cəhddən birində mərhələni adlayıb.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar