21 iy 11:46aktual

“Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi

“Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi
Bordin: “Bəlkə də səhvim onda oldu ki...”
Budapeştdəki rüsvayçı oyundan sonra keçirilən mətbuat konfransına əvvəlcə Roberto Bordin qatılıb. İtalyan mütəxəssis görüş haqda bunları deyib: "Əlbəttə, ilk 2 qoldan sonra çox ağır oldu. Müdafiənin səhvindən sonra 3-cü qolu da buraxdıq. Geridönüş etməyə cəhd etsək də, dördüncü top da qapımıza daxil oldu. Komandanı düzgün motivasiya edə bilməmişdik. Azarkeşlər üçün yaxşı nəticə göstərə bilmədik".
- Qalib heyəti və taktikanı dəyişməzlər. Sizi taktikanı dəyişməyə nə vadar etdi?
- Bu, sadəcə, bir deyimdi. Futbolda belə şeylər olur. Amma biz çox erkən iki top buraxdıq və bu da oyunun nəticəsinə təsir etdi.
- "Uypeşt"də sizi təəccübləndirən nə oldu?
- Əlbəttə, iki qol bizə çox təsir etdi. Yarımmüdafiə xətti gözlənilən səviyyədə oynamadı. Bəlkə də səhvim onda oldu ki, komandanı yüksək toplarla oynatmadım.
- "Uypeşt"in iki futbolçusu Bakıdakı qarşılaşmada oynamamışdı. Bu gün onların meydanda olması matça təsirini göstərdi?
- Bunlar artıq keçmişdə qaldı. Yarımmüdafiə xəttində səhvlərə yol verdik. Qollar buraxdıqdan sonra vəziyyəti dəyişmək mümkün olmadı.
- Müdafiəçilərin çıxışından razı qaldız?
- Yalnız müdafiəçilər haqda danışmaq doğru deyil. Komanda şəklində udur və ya uduzuruq.
- Emin Mahmudovun meydanda olmamasının səbəbi nə idi?
- Xüsusi səbəb yox idi. Taktiki seçim idi.
- İlk matçla müqayisədə meydanda pressinq etməməyinizin səbəbi nə idi?
- Bu, normal haldı. Bilirdik ki, rəqib bizi sıxacaq. Ona görə də müdafiədən oynayaraq, əks-hücumlara atılmaq üzərində düşünürdük. Təəssüf ki, bunu edə bilmədik. Halbuki hücumda kifayət qədər bacarıqlı oyunçularımız var idi.
“Uypeşt”in çalışdırıcısı Neboyşa Vinyeviç isə bunları deyib: "Etiraf edim ki, fantastik oyun və nəticənin şahidi olduq. Kim düşünürsə ki, asan qələbə qazandıq, səhvə yol verir. "Neftçi" əvvəlki taktikasını dəyişmişdi. Cinah oyunçularını dəyişmələri bizə açılmaqda kömək etdi. "Neftçi" güclü komandadı. Rəqib 60-cı dəqiqədə yaxşı əks-hücum qurdu. Mənim üçün həlledici məqam 3-cü qol oldu. Bundan sonra rəqib motivasiyasını itirdi və biz qələbəyə nail olduq. İlk görüşdən sonra bizdən narazı qalanlar bugünkü nəticədən sonra bizi bağışlaya bilərlər. Ümid edirəm ki, "Sevilya" ilə oyunumuza daha çox tamaşaçı gələr. Rəqib ilk oyunla müqayisədə bizi bir qədər də təəccübləndirdi. Müdafiədə Ruslan Abışov və Kiril Petrov, eləcə də hücum xətti yaxşı təsir bağışlayırdı. Hər iki oyunda rəqib yaxşı çıxış etdi və buna görə də "Neftçi"yə minnətdaram. Biz isə hətta son 2 qolu vurmasaydıq belə, oyundan razı qalacaqdım. "Sevilya" son illər bir neçə dəfə Avropa Liqasının qalibi olub. Bugünkü oyunda nəticə də mənə növbəti görüşə hazırlaşmaqda kömək olacaq”.
SƏRXAN hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar