20 iy 13:49aktual

“Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı

“Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı
Lənkəran Elektrik Şəbəkəsi “Xəzər Lənkəran”ı, klub isə tikinti şirkətini günahlandırır
Dünən “Xəzər Lənkəran”ın mətbuat katibi və stadionun direktoru Hüseyn Cəbrayıloğlunun “feysbuk”da yazdığı status diqqətimizi çəkdi: “Təəssüflə bildirirəm ki, "Xəzər Lənkəran" stadionunun 3 meydançasının qazonu sıradan çıxıb. Səbəb Lənkəranda yerləşən yarımstansiyada təmir işləri aparan şirkətin təhlükəsizlik qaydalarına riayət etməməsi olub. Təmir zamanı “Xəzər Lənkəran” stadionuna gedən özəl xətt zədələnib və 3 gün ərzində işıqsız qalan stadionda suvarılma prosesi tam dayanıb”.
Klub rəsmisi məsələylə bağlı aidiyyatı olan şəxslərin əlaqə nömrələrini də qeyd edib. Lənkəran Elektrik Şəbəkəsinin baş mühəndisi Şamid Bəhramov qəzetimizə bunları dedi: “Bazada işıqlar dünən sönüb. Ümumiyyətlə, istənilən müəssisənin, idarənin, obyektin bir texniki olmalıdı. Hər hansı qəza baş verəndə qəzanın səbəbini aşkarlayıb, texniki məlumat kitabına qeydini etməlidi. Biz də buna uyğun tədbirlər görürük. Əvvəl onların Rafael adlı işçisi var idi. Bu işlə məşğul olurdu. İndi isə belə texnik olmadığından problem vaxtında xəbər verilməyib. Höccət Hacıyev stadiona gəlib, baxış keçirdikdən sonra bu gün səhər saat 8-ə qalmış zəng etdi ki, qəza yeri yoxdu. Belədə biz də xətti qoşduq. Əvvəllər də orda bir neçə dəfə belə hal yaşanıb. Höccət müəllim də hər zaman stadiona gəlib-getmir. Stadionun 3 gün işıqsız qalması söhbəti doğru deyil. Problem dünən olub. Hazırda arenada elektrik var”.
Şəbəkənin rəisi Əbülfət Paşayev isə bu məsələdə klubu günahkar sayır: “Stadionun işığını heç vaxt kəsməmişik. Baxmayaraq ki, bu stadionun bizə külli miqdarda borcu var. Sadəcə, arenanın qazonuna heyfim gəldiyi üçün işığı kəsməmişəm. O ki qaldı qazonun yanmağına, burda biz günahkar deyilik. Ölkədə sutka ilə, saatlarla enerji olmadı. Üstəlik, stadion, xəstəxana kimi obyektlərin özünün generatoru olmalıdı. İşıq sönə də, ölkədə qəza da ola bilər. Bu üzdən generatorları olmalıdı. Mən təmir işləri aparan tikinti şirkətini də günahsız çıxarmaq istəmirəm. Sadəcə, demək istəyirəm ki, bizdən asılı olmayan səbəblər üzündən elektrik problemi olub və qazon yanıb. Stadionun köhnə borcu 2000 manat idi. Yeni borcu isə 1400 manatdı. Ümumilikdə 3400 manat borcları var. Məktub yazıb göndərmişdilər ki, iyulun 5-dək ödəyəcəklər, işığımızı kəsməyin. Amma ödəmədilər. Mən də bundan sonra onların işığını kəsərəm, elektriksiz qalarlar. Artıq mənə maraqlı deyil ki, qazon yandı, ya yanmadı. Mən indiyədək onlara güzəşt etmişəm”.
Artıq məzuniyyətini başa vuraraq, Lənkərana qayıdan Cəbrayıloğlu isə qarşı tərəfin ittihamını yaxına buraxmır: “Məsələni yanlış yönləndirirlər. Mən Türkiyədə bu olaydan xəbər alan kimi Əbülfət müəllimə zəng etdim. Dedi tikinti şirkətinin səhvidi. Kabeli zədələyiblər. Amma tapşırıq vermişəm ki, həll edilsin. İndi isə deyir ki, onlarin borcu var. Bu qədər də olmaz axı. Insafları olsun. Üç gün Bakıdan avadanlıq gözləyiblər və bu müddətdə stadion işıqsız qalıb. Borca görə olsa, işığı kəsərlər. Yetər ki, səmimi olsunlar. Düzdü, Əbülfət müəllimlə bir neçə ay əvvəl görüşmüşəm. Ona izah etdim ki, 1500-2000 manatlıq borca görə belə strateji önəm daşıyan obyektin işığı kəsilmir. O da anladı və hörmət etdi. Təkcə bu ay 3000 manata yaxın ödəniş etmişik. Stadionda üç gün elektrikin olmamasının səbəbi nə borc, nə də ölkədəki məlum işıq problemidi. Yarımstansiyada çalışan tikinti şirkəti kabeli zədələyib. Ancaq nə hikmətdisə, o şirkətin zibilini də Lənkəran Elektrik Şəbəkəsi öz üzərinə götürür. Şirkətin adını belə demirlər. Şamid müəllim mənə deyib ki, bu, onun səhvi deyil. Tikinti zamanı olub, amma adını deyə bilmərəm, çəkinirəm. Bu işi belə qoymayacam. Araşdırma aparıb, yarımstansiyada tikinti aparan şirkəti tapacam”.
Təbii, hər idarənin, obyektin fövqəladə hallar üçün generatoru olmalıdı. Bəs görəsən, “Fırtınalar meydanı”nda generator yoxdu ki, elektrik olmayanda işə salınsın? Hüseyn bəyi dinləyək: “Üç generatorumuz var. Stadionun sulanması üçün böyük generator işləməlidi. O da hazırda işləmir. Qışa hazırlıq üçün “piston” deyilən hissələrini təmirə göndərmişik. İşlək olan iki generatordan biri ancaq baza və işıqlandırma üçündü, digəri isə stadionun qarşısına baxır. Böyük generator bütov elektrik sistemini təchiz edə bilir”.
Söhbət zamanı onu da öyrəndik ki, İrandan Lənkərana gəlmiş iki menecer stadiona baş çəkib. Maraqlıdı ki, onlar Cənub bölgəsində 1-ci divizionda çıxış edəcək klub yaratmaqda maraqlıdılar: “İşin ən pis tərəfi odu ki, hazırda İrandan iki nümayəndə stadiondadı. Onlar bazanı icarəyə götürmək istəyir. Onlar da bu qazonu görüb, dəli olublar. İkisi də menecerdi. Axsam bir daha söhbət edəcəyik. Qazonun bərpası minimum 4 ay çəkəcək. Çünki tam sıradan çıxıb. Meydanda, sadəcə, boş torpaq qalıb. Bəlkə də qazonun tam bərpası marta kimi çəkdi. Hələ iranlılara bir cavab deməmişik. Təklifləri sərfəli olsa, vəziyyətə baxacağıq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar