18 iy 23:26aktual

Qriqorçuk Almeydanı da Monteneqroya apardı

Qriqorçuk Almeydanı da Monteneqroya apardı
Şeydayevlə Ozancan üçün şans
Milli komandamızın futbolçusu Riçard Almeyda artıq bu həftə yeni klubu “Astana”da debüt edə bilər. Bunu Qazaxıstan mətbuatı iddia edir. Belə ki, “Qarabağ”ın sabiq üzvünün adı ilk dəfə paytaxt təmsilçisinin heyətinə salınıb.
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sutyeska” ilə qarşılaşacaq “Astana” Monteneqroya 22 futbolçu ilə yollanıb. Baş məşqçi Roman Qriqorçuk 22 futbolçunun adını iştirak ərizəsinə salıb ki, onlardan biri də Riçarddı. Ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Pedro Enrike isə hələ bir qədər də gözləmək məcburiyyətindədi. Braziliyalı avrokuboklarda iştirak üçün “Astana”nın növbəti mərhələyə adlamasına ümid etməlidi.
Qeyd edək ki, “Sutyeska” – “Astana” qarşılaşması iyulun 18-də keçiriləcək. Qazaxıstandakı ilk görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
Bu arada yığmamızın forvardı Ramil Şeydayevin müqavilə ilə məxsus olduğu “Trabzonspor” ciddi itki ilə üzləşib. Türkiyə mətbuatında yer alan xəbərə görə, Burak Yılmaz zədələnib. Sloveniya toplanışı çərçivəsində qasıq nahiyəsindən xəsarət alan hücumçu müayinə üçün İstanbula qayıdıb. Məlum olub ki, zədə ciddidi və əməliyyata ehtiyac var. Həkimlər onun ən azı bir ay kollektivdən uzaq qalacağını bildiriblər. Bu isə o deməkdi ki, Türkiyə millisinin üzvü superliqanın ilk turlarını buraxacaq. Burakın zədələnməsi Şeydayevin komandada qalmasına yol aça bilər. “Bordo-mavililər”in hücum xəttində Burakdan başqa, Muhammet Bəşir və Uqo Rodalyeqa da var.
Burak Yılmazın mayda da eyni problem üzündən əməliyyat olunduğunu bildirək.
21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Ozancan Kökcü isə hədəfləri haqda danışıb. Türkiyə mətbuatına açıqlama verən 20 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Bursaspor”da möhkəmlənmək istədiyini bildirib. Kökcü gələcəkdə Avropanın aparıcı ölkələrinə yollanmaq arzusunu da dilə gətirib: “Baş məşqçimiz Samet Aybaba ilə təkbətək görüşüm olmayıb. Amma gənclərə önəm verən mütəxəssisdi. Onun gəlişi bizə şans yaratdı. Ümid edirəm ki, uzun illər “Bursaspor”a xidmət edəcəm. Ondan sonrakı arzum Avropadı. Hollandiya və Türkiyədən transfer təklifləri alıram. Ancaq mənim hədəfim “Bursaspor”un formasını geyinməkdi. Getməyə heç bir niyyətim yoxdu. Özümü Türkiyədə ən yaxşı şəkildə göstərmək fikrindəyəm. Burda futbolçuların əksəriyyətinin türk olması mənim üçün də üstünlükdü. Eyni dil, eyni mədəniyyət olduğundan, dialoq qurmaqda problem yaranmır”.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Velveyk”də keçirən Ozancan Kökcü “Bursaspor”un heyətində növbəti mövsümə hazırlaşır.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar