Şok: “Keşlə” baş məşqçisiz qaldı! » Football-plus.az
18 iy 20:25aktual

Şok: “Keşlə” baş məşqçisiz qaldı!

Şok: “Keşlə” baş məşqçisiz qaldı!
Maksimov istefasını “şərtlər” ilə əlaqələndirdi, Axundov razılaşmadı
Avropa Liqasına bərbad başladıq. “Qəbələ” evdə Lüksemburq, “Keşlə” səfərdə Malta təmsilçisinə uduzdu. Hələ də “qırmızı-qaralar”ın cütün qalibi olacağına ümid var. “Keşlə”yə gəlincə, 3 top geriliyi nə vaxt aradan qaldıra bilmişik? Və çox güman, bu dəfə də sensasiya baş verməyəcək. “Baltsan” Yuri Maksimovun yetirmələrinin başına elə oyun açdı, elə qollar vurdu ki, bunun adına bizim aləmimizdə “məzələnmək” deyirlər. “Keşlə”nin mərhələ adlayacağına inam həm də ona görə yoxdu ki, komandada atmosfer pozulub. Kim pozub, niyə pozulub – bunu üzə çıxarmaq, ipucu tapmaq üçün bir neçə gün idi izə düşmüşdük…
Titul bir məğlubiyyətə dəymədi
Maksimov yanvarda Azərbaycanda çalışmağa gələndə çox ağır yükün altına girmişdi. Əvvəla, ona qalan miras bərbad durumda idi: “Keşlə” mövsümün ilk yarısında keçirdiyi 14 oyundan 10-da uduzmuş, cəmi 2 qələbə qazana bilmişdi. Digər tərəfdən, başının üstündə Zaur Axundov kimi “Domokl qılıncı” var idi. Aqressiv, məşqçilərin işinə qarışan rəhbərlə çalışmaq çətin olacaqdı. Uzun müddət transfer hüququndan məhrum qalan kluba “yaşıl işıq yanması” Maksimovun gəlişiylə üst-üstə düşsə də, bu məqamı ukraynalı üçün böyük üstünlük saymaq olmaz. Hər halda, onun sərəncamına az qala bir il idi ayağına top dəyməyən Vaqif Cavadovu, üstündə legioner adı olsa da, “urvatsız” edilib üzərimizə qaytarılan Kamran Ağayevi, uzun müddət klubsuz qalan Sezar Meza Kollini, hələ də məqsədi bəlli olmayan Məqsəd İsayevi, Nemanya Stoyanoviç, Ebrima Sohna, Pablo Podio, Andre Klennon kimi adını eşitmədiyimiz legionerləri verdilər. Əvvəlcə “rəhbərlik mənə daha geniş büdcə, daha səviyyəli transferlər söz vermişdi” deyib haray-həşir salsa da, “uğur qazansam da, mövsümün sonunda klubdan ayrılacam” deyib şantaja əl atsa da, tədricən taleyi ilə barışdı və başını aşağı salıb işini görməyə başladı. Nəticələr isə qibtəolunasıdı: “Keşlə” qış fasiləsindən sonra keçirdiyi 14 oyundan yalnız 3-də xal qazana bilmədi. Altı qələbə və 5 heç-heçə ilə 23 xal toplayan Maksimovun yetirmələri bu göstərici ilə yalnız “Qarabağ” və “Neftçi”dən geri qaldı. Ən böyük uğur isə kubokda əldə olundu. Əvvəlcə “Sumqayıt” səddini keçən paytaxt təmsilçisi finalda “Qəbələ”yə (özü də Qəbələdə) qalib gələrək titula sahib çıxdı. Və təbii ki, Avropa Liqasına vəsiqə əldə olundu. Belədə rəhbərlik onu dilə tutub yeni müqaviləyə imza atdırdı.
“Onurğa”nı qorudular, amma…
Bu qədər “uzaqdan gəlməyimiz” səbəbsiz deyil. Prinsipcə, o cür sınaqlardan çıxmış, ağır şərtlər altında işləmiş birisi üçün eyni rəhbərlik və eyni futbolçular ilə yola davam etmək çətin olmamalıydı. Düzdü, mövsüm başa çatandan sonra komandadan gedənlər oldu. Ancaq Məqsəd İsayev yola salındısa, Azər Salahlı gətirildi, Pablo Podio və Nemanya Stoyanoviçin əvəzinə Miloş Bosançiç, Pərdis Fərcad-Azadın yerinə Amil Yunanov və Bahodir Nasimov alındı. Yəni ən azı itkilər “sığortalandı”. Ancaq “Baltsan”la oyun göstərdi ki, problemin kökü dərindədi. Sezar və Ebrimanın komandaya toplanışın startından on gün sonra qoşulması, Miloşun maltalılarla oyundan on gün qabaq transfer edilməsi, Adrian Skarlatakenin əzələsinə su yığılması və bu səbəbdən oyunöncəsi məşqdə ağrı hiss edib meydana çıxmaqdan boyun qaçırması problem sayıla bilər. Ancaq “cırtdanlar”a1:4 hesabıyla uduzmaq üçün daha ciddi səbəb olmalıydı…
…“baş” getdi
Qəzetimizin ötən sayına material hazırlayarkən “Keşlə”nin futbolçularından yenilgiyə reaksiya öyrənmişdik. Əslində Tərlan Quliyevin açıqlaması, üstüörtülü şəkildə kimisə günahlandırması “tüstüsü çıxan od”a işarə idi: “Səfərdəki uğursuzluğun səbəbi çoxdu. Danışdıqca əsəbləşirəm. Çox şey var ki, onu sizə deyə bilmərəm. Üzürlü sayın, özümə və komandaya ziyan vurmaq istəmirəm. Amma çox səbəb var. “Baltsan” nə rəqibdi ki, ondan 4 top buraxırıq. Keçənilki rəqibimiz “Mladost”dan da zəif komandadı. Xüsusilə müdafiə xətti çox zəifdi. Biz hələ bərbad oynaya-oynaya 4-5 real qol vəziyyəti yaratdıq. O necə qollar idi biz buraxdıq? Komandada ilk növbədə intizam olmalıdı. O olmayanda belə nəticələr qaçılmazdı... Danışsam, hər şey açılıb-töküləcək ortalığa. Çünki yadıma saldıqca əsəbləşirəm”.
Nəhayət, dünən uğursuzluğun əsas səbəb(karı)i bəlli oldu. Gəldiyindən bu yana 4-cü dəfə (!) istefa qərarını açıqlayan Yuri Maksimov “Keşlə”dən ayrıldığını bəyan etdi, klub da rəsmən təsdiqlədi. İstinad klubun mətbuat xidmətidi. Maksimov isə gedişini belə əsaslandırmağa çalışdı: “Gedişim "Baltsan”a məğlubiyyətlə bağlı deyil. Biz layiqincə oynadıq və nəticə oyuna görə olmadı. Komandaya uğurlar arzulayıram. Futbolçulara afərin deyirəm. Mən bilmirəm, “Baltsan”la cavab oyununda komandanın başında kim olacaq, çünki mən artıq orda yoxam. Getməyimin səbəbi? Məni klub rəhbərliyinin şərtləri qane etmir. Yeni müqavilə ilə bağlı hələ bir ay əvvəl danışdıq, amma imzalanması uzanırdı. Müqavilə olmadan işləmək bir qədər qeyri-ciddi idi. Klub rəhbərliyinin sonrakı şərtləri məni qane etmədi”.
Ancaq “Keşlə”nin prezidenti Zaur Axundov ukraynalının iradıyla qətiyyən razılaşmır və istefanın sırf nəticədən qaynaqlandığını deyir: “Maksimovun gedişi bu gün reallaşdı. Müqaviləyə görə irad bildirirdi. Mən özüm də açıqlama vermişdim ki, Maksimovla bir il müqaviləni artırmışıq. Türkiyədə təlim-məşq toplanışımız oldu. Amma klub rəhbəri kimi komandanın "Baltsan"a böyük hesabla uduzmasından çox narazı qaldım. Onu müqavilə ilə bağlı nə qane etmir, bilmirəm. Maliyyə tərəfdən narazı ola bilməz. Transfer dönəmində Maksimova 100-dən çox futbolçu təqdim olunub. Kimi istəyibsə, gətirmişik. Qane olmamağa qalsa, mən də nəticədən narazıyam. Baş məşqçi oyuna müdaxilə etməliyidi. Futbolçular da bildirdilər ki, əvəzetmə lazım idi. Matçda 1:3 və ya 1:4 uduzrsansa, müdaxilə etməlisən. Amma Maksimov heç nə etmədi. Buna görə də iradımı bildirdim. Komandanı hələlik köməkçi-məşqçi Zaur İsmayılova həvalə etdik. Komandanı "Baltsan"la matçda o çıxaracaq. Baş məşqçi axtarışı ilə bağlı oyundan sonra düşünəcəyik”.
Söz atışması ab-havanın elə əvvəldən ürəkaçan olmadığını göstərmirmi? Bir az da irəli getsək, Antalyadakı yoxlama oyunlarının hamısında məğlub olan komandanın problemi təlim-məşq toplanışı ilə eyni vaxtda başlamışdı.
MİRAĞA

18-lə getdi
“Keşlə”nin baş məşqçisi postundan istefa verən Yuri Maksimov cəmi 18 oyun duruş gətirib. Ukraynalı çalışdırıcı 2018-ci ilin əvvəlindən rəhbərlik etdiyi komanda ilə premyer-liqadakı 14 qarşılaşmada 6 qələbə, 5 heç-heçə və 3 məğlubiyyətə şahid olub, 20 qol vurub və 15-ni buraxıb. Azərbaycan kubokunu başı üzərinə qaldıran Maksimov ikinci cəbhədə 2 qələbə qazanıb və 1 heç-heçə görüb. Onun komandası rəqib qapısından üç top keçirib və yalnız birinə üzülüb. Ukraynalının “Keşlə”ylə avrokuboklardakı debütü isə uğursuz alınıb. İyulun 12-də Maltada “Baltsan”a 1:4 hesabı ilə uduzan bakılılar 1-ci təsnifat mərhələsini adlamaq şanslarını çətinə salıb. Lakin mütəxəssis ayın 19-dakı matçı gözləmədən komandadan getməyə qərar verib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar