DÇ-2018-ə Azərbaycandan baxış » Football-plus.az
18 iy 20:08aktual

DÇ-2018-ə Azərbaycandan baxış

DÇ-2018-ə Azərbaycandan baxış
Abdullayev: “Ulduzları zərərsizləşdirirlər, belədə başqa futbolçular heç nə edə bilmir”
Diniyev: “İki örnək oldu: oyunu müdafiədən qurmaq və standart vəziyyətlərdən maksimum yararlanmaq”

4 ildi böyük həvəslə gözlənilən dünya çempionatı başa çatdı. Rusiyada keçirilən mundialın insidentsiz, qan-qadasız başa çatması sevindirici haldı. Bir çox maraqlı görüntülərlə yadda qalan dünyanın bir nömrəli turnirinin qalibi Fransa - Xorvatiya qarşılaşmasında məlum oldu ki, Zinəddin Zidanın yerliləri çoxlarının proqnozunu doğruldub qızıl medallara sahib çıxdı.
Hollandiya ilə İtaliyanın mötəbər yarışdan kənarda qalması böyük təəssüf hissi ilə qarşılanmışdı. Yarımfinala Almaniya, Argentina, İspaniya, Braziliya kimi nəhənglərdən birinin yox, Belçika ilə Xorvatiyanın yüksəlməsi də milyonların əhvalını korladı. İnsaf naminə, bu faktın da özünəməxsus gözəlliyinin olduğunu deməliyik. Məsəl var e, hər gün şorba olmaz ki.
Dünya çempionatının yaddaqalan məqamlarından biri, bəlkə də birincisi favoritlərin mundialla erkən vidalaşması idisə, bir başqa məqam müdafiəçilərin inamlı çıxışı idi. Bəzi mütəxəssislərin fikrincə, finalı çıxsaq, budəfəki oyunlar əvvəlki illərdə olduğu qədər dinamik və gərgin keçmirdi. Heç şübhəsiz, bunun da özünəməxsus səbəbləri var. Maraqlıdı, azərbaycanlı mütəxəssislər hansı fikirdədi? DÇ-2018 onların yaddaşında hansı izlər buraxdı? Məşqçi kimi diqqətlərini çəkən nə oldu?
Elxan Abdullayev: “Bacardığım qədər oyunların hamısını izləməyə çalışırdım. İlk növbədə onu qeyd edim ki, olduqca maraqlı çempionat oldu. Bu dünya çempionatı da göstərdi ki, müasir futbolda adlar rol oynamır. Artıq bütün ölkələrdə futbol inkişaf edib və istənilən komanda güclü rəqibini məğlub etməyə qadirdi. Necə ki, klub futbolunda, o cür də yığmalar səviyyəsində. Favoritlərin demək olar hamısı tunirlə vaxtından əvvəl vidalaşdı. Messi, Ronaldo, Neymar kimi dünya ulduzları təyyarəyə daha erkən əyləşməli oldular. Halbuki mundialdan əvvəl proqnozlar başqa cür idi. Favorit yığmaların mundialla erkən vidalaşmasının fərqli səbəbləri var. Bunu konkret hansısa məqamla əlaqələndirə bilmərəm. Məsələn, Argentina Messidən asılı olmağın acısını çəkdi. Braziliya hansısa məqamda oyunu düzgün qurmadı. Almaniya və İspaniya, fikrimcə, rəqiblərini düzgün qiymətləndirmədi. Uruqvay daha artığını edə bilərdi, Musleranın həlledici anda kobud səhvi məğlubiyyətdə rol oynadı. Yəni demək olmaz ki, hamısı sırf bir səbəbə görə çempionatla erkən vidalaşdı... Fransaya azarkeşlik etmirəm, amma göstərdikləri oyun və əzmkarlığa görə onları ayaqüstə alqışlayıram. Fransızlar oyun intizamı və komanda oyunu baxımından adlı-sanlı rəqiblərindən fərqlənirdilər. Olduqca ağıllı futbola üstünlük verirdilər. Adi bir faktı qeyd etmək lazımdı. Fransızlar keçirdikləri 7 oyunun yalnız 1-də heç-heçə edib, digərlərini qələbəylə başa vurdular. Heç-heçə etdikləri Danimarka ilə görüşdə isə sanki güclərini qorumağa çalışırdılar. Fransızlar gənc, amma gələcək vəd edən futbolçulara sahibdi. Şübhə etmirəm ki, növbəti Avropa və dünya çempionatında da özlərini göstərəcəklər. Finalda azarkeşlik etdiyim Argentina ilə İspaniyadan birini görmək istərdim. Amma alınmadısa, bu o demək deyil ki, Fransa ilə Xorvatiya finalı haqq etmirdi. Açığı, yarımfinal cütləri bilinəndə İngiltərə - Fransa finalını gözləyirdim. Çox istərdim ki, vaxtilə dünya çempionu olmuş bu iki yığma qarşılaşsın. Belədə afişa və ajiotaj da böyük olacaqdı... Dünya çempionatlarını bir-birindən ayırmaq çətindi. Demək olmaz ki, 12, yaxud 20 il əvvəlki mundiallar indikindən daha maraqlı idi. Hər yarışın öz gözəlliyi var. Məsələn, DÇ-98-də Zidan səhnəyə çıxmışdısa, bu dəfə Mbappe komandanı arxasında apardı. Yaxud Fransa DÇ-2014-də haqsızlıqla üzləşmişdisə (hakim irlandların əllə vurduğu qolu hesaba almışdı), bu dəfə çempion adını qazandılar. Hər dövrün öz gözəlliyi var. Uşaq yaşlarımda izlədiyim DÇ-78 və ya DÇ-82-də futbol başqa cür idi. O vaxt komanda fərdlərdən asılı olurdu. Baxırdın ki, bir-iki ulduz yığmanı arxasında aparır. İndi isə o dövr deyil artıq. Ulduzları zərərsizləşdirirlər, belədə başqa futbolçular heç nə edə bilmir. Çünki məşqçi oyunu sırf həmin futbolçunun üzərində qurur. Ona görə də indi daha çox komanda oyununa üstünlük verilir. Fransa, Xorvatiya, Belçika kimi komandalar məhz bu keyfiyyətinə görə “3-lük”də yer aldı. 20-30 il əvvəl kiməsə VAR sistemi haqda desəydin, gözlərinə inana bilməzdi, bunun mümkün olmadığını düşünərdi. Lakin indi məlum sistemdən yararlanırlar. Qısası, uzun müddət yadımda qalacaq maraqlı çempionat izlədim”.
Şahin Diniyev: “İlk növbədə DÇ-2018-in rəngarəng alındığını deməliyəm. Yəni yetərincə maraqlı hadisələr baş verdi. Halbuki çoxları belə olacağını gözləmirdi. Bu çempionat göstərdi ki, müasir futbolda hücum etməyi yox, müdafiə olunmağı bacarmaq daha vacibdi. Bu fakt azarkeşlərdə müəyyən sıxıntı yaratsa da, komandaların seçdiyi yol bu idi. Hər bir azarkeş məhsuldar və ya təhlükəli vəziyyətlərin çox olduğu qarşılaşma izləmək istəyir. Xüsusilə stajlı azarkeşlər buna öyrəşiblər. Xatırlayırsızsa, təxminən 20 il əvvəlki dünya çempionatlarında yığmalar açıq futbol sərgiləyirdi və belədə daha çox qola tamaşa edirdik. İndi isə bir qədər fərqlidi. Rusiya, Cənubi Koreya, İsveç, İsveçrə kimi komandalar müdafiədə etibarlı çıxış etməklə bəzi aparıcı yığmaların yolunu kəsdi. Hətta çempion Fransanın adını da həmin siyahıya əlavə edə bilərdik. Fikir verdizsə, artıq dünya çempionu adını qazanan bu komanda qarşısındakı kollektivin adından asılı olmayaraq, üstünlüyü rəqibə verir, bəxtini əks-hücumlarda axtarırdı. Və ya boşluqlardan istifadə edirdi. Belə deyim, hiyləgər taktiki gediş idi. Və bu oyun üslubu yekunda onlara uğur qazandırdı. Şəxsi fikrim belədi ki, fransızlar həyəcanlanmadan, daha çox güc sərf etmədən, belə deyim, “öz xodu” ilə qalib adını qazandı. Çünki sərgilədikləri oyuna görə özlərinə əmin idilər. Başqa bir məqam kimi standart vəziyyətlərin gətirdiyi qələbələrin çoxluğunu qeyd etməliyəm. Həm “duran toplar”, həm də penalti zərbələri zamanı bəzi komandaların bacarığı ön plana çıxdı. Təbii, bu məqamda futbolçuların fərdi keyfiyyətləri sözünü deyir. Yəni standart vəziyyətlərin müasir futbolda nə qədər vacib olduğunu gördük, bildik. DÇ-2018-də iki şey bizə örnək oldu: oyunu müdafiədən qurmaq və standart vəziyyətlərdən maksimum yararlanmaq. Bu isə o deməkdi ki, komandalar bu keyfiyyətlərin yaxşılaşdırılması yönündə çalışır. O ki qaldı favorit göstərilən millilərin mübarizəni erkən dayandırmasına, bunun əsas səbəbi “zəif rəqib” anlayışının məhv olmasıdı. Fikir verirsizsə, autsayderlərlə favoritlərin oyununda ciddi fərq nəzərə çarpmırdı. Panamanı çıxmaq şərti ilə qalanı sona qədər mübarizə aparırdı. Əvvəl üstünlük Avropa və Cənubi Amerika təmsilçilərinin tərəfində olurdusa, indi Asiya və Afrika qitəsindən olanlar da gücünü göstərə bilir. Almaniya, İspaniya, Portuqaliya, Braziliya millilərinin kənarda qalması açıq futbol oynadıqlarına görə idi. Ağıllı müdafiə xətti ilə seçilən rəqiblərinin qapılarına yol tapa bilmirdilər, yekunda özləri qol buraxıb məyus olurdular. Fikir verdizsə, favorit göstərilən komandalar əks-hücumların qurbanı oldu. Məncə, oyun planında olmasa da, ümumi cəhətdən maraqlı çempionat izlədik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar