18 iy 18:14aktual

“Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik”

“Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik”
Asif Məmmədov idmanı siyasətlə qarışdırmağın əleyhinədi
“Qəbələ”nin Avropa Liqasının ilk mərhələsində Lüksemburq klubu ilə qarşılaşacağı məlum olunca, hamı bir nəfər kimi “qırmızı-qaralar”ın bəxtinin gətirdiyini, ötən mövsümün vitse-çempionunun çox asanlıqla ikinci mərhələyə adlayacağını söyləyirdi. Hətta “divan ekspertləri”, futbola mərc oyunlarına görə baxan adi vətəndaşlar belə şimallıları növbəti mərhələdə görürdülər. Bu cür fikirləşənləri də hardasa başa düşmək olar. Çünki iki dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edən komandanın qarşısına gələn il 100 yaşı tamam olan, ancaq bu günə kimi qitəmiqyaslı turnirlərdə heç nə ilə yadda qalmayan, “cırtdan” gözündə gördüyümüz Lüksemburq təmsilçisi çıxmışdı. Bəlkə də “Qəbələ”nin yeni baş məşqçisi, Roman Qriqorçukun köməkçisi kimi bir çox tarixi oyunda texniki zonada yer alan Sənan Qurbanov da rəqibin adına görə onu dəyərləndirməmiş, “Proqres”i yaxından tanımaq üçün yoldaşlıq oyunlarının videoyazısını əldə etmək üçün cəhd göstərməmişdi. Müasir futbolda isə rəqibi dəyərləndirməyən, ona yuxarıdan aşağı baxanların aqibəti həmişə acı olur. Ötən sayımızda da qeyd etdiyimiz kimi, “Qəbələ”ni qarşıda hələ cavab oyunu gözləyir. Ola bilər ki, ilk görüşdən “dərs çıxaran” vitse-çempion toparlanaraq səfərdə nəsə edə bilsin. Ancaq bu gün üçün reallıq bundan ibarətdi ki, şimallılar son iki ayda favorit qismində meydana çıxdığı oyunlarda həm azarkeşləri, həm də futbol ictimaiyyətini üzür. Mayın 28-də keçirilən ölkə kubokunun finalında “Keşlə”yə uduzmaqla imicinə ciddi zərbə vuran şimallılar iyulun 12-də “doğma divarlar” arasında “Proqres”ə boyun əyməklə ictimaiyyətin qınaq obyektinə çevrildi.
Ötən saylarımızda ilk görüşdə qeydə alınan uğursuzluqla bağlı “Qəbələ”nin baş məşqçisinin və klubun baş meneceri Zaur Əzizovun fikirlərini öyrənib sizlərə çatdırmışdıq. Bu dəfə “qırmızı-qaralar”ın təcrübəli futbolçularından biri olan, Cavid Hüseynovun yoxluğunda Qəbələdəki matçda kapitan kimi meydana çıxan Asif Məmmədovla danışmağı lazım bildik. Bəribaşdan onu da qeyd edək ki, Məmmədov səfərə məğlub durumda yollanmalarına baxmayaraq, nikbin fikirlər səsləndirdi.
- Əvvəlcə ilk oyunla bağlı fikirlərini bilmək istərdik. Cütün favoriti olan komanda öz meydanında rəqibə boyun əydi. Acı məğlubiyyəti şərtləndirən səbəbləri deyərdin.
- Xüsusi qeyd olunası məqam yoxdu ki, deyim məhz buna görə uduzduq. Ola bilsin, yeni mövsümdə ilk rəsmi oyunumuz olduğuna görə bir qədər həyəcanlandıq, istədiyimiz kimi oynaya bilmədik. Onu da nəzərə almaq lazımdı ki, baş məşqçi dəyişikliyi olub, fasilə dönəmində heyətə yeni oyunçular cəlb olunub. Qeyd etdiyim amillər istər-istəməz özünü göstərdi. İnşallah, cavab görüşündə daha uğurlu nəticə qazanacağımıza ümid edirəm.
- Yeni baş məşqçinin və futbolçuların olduğunu söyləyib, məğlubiyyəti bununla əlaqələndirdin. Bəs sənin kimi təcrübəli futbolçular... Məhz belə məqamda siz ortaya çıxıb komandanın arxanızca aparmalıydız.
- Futbol fərdi idman növü deyil ki, bir nəfər hər şeyi həll etsin. Qalib gəlmək üçün bütün kollektiv işlək mexanizm kimi çalışmalıdı. Bir də siz nə bilirsiz ki, mən heç nə etmədim?
- Hər halda, qarşılaşmanı canlı izləyən biri kimi sənin də oyunu üzərinə götürdüyünü görmədim...
- Oyun alınmırsa, nə istəyirsən elə, xeyri yoxdu. Həmin gün bizdə heç nə alınmadı. Sanki ilk dəfə komanda şəklində futbol oynayırdıq.
- Sənə elə gəlmir ki, uğursuzluğun bünövrəsi yoldaşlıq oyunlarında qoyulmuşdu? Sloveniyada keçirdiyiniz yoxlama oyunlarının heç birində qələbə qazana bilmədiz.
- Yoxlama görüşlərində qələbə qazana bilməsək də, heç birində zəif oynamamışdıq. Yoldaşlıq oyunlarında sərgilədiyimiz oyunu “Proqres”lə qarşılaşmada ortaya qoya bilsəydik, Lüksemburq təmsilçisinə ən azı 4 top vurardıq. Sloveniyada keçirdiyimiz matçlarda komanda daha yaxşı təsir bağışlamışdı.
- Ancaq yoxlama görüşlərində də “Qəbələ” qol vurmaqda çətinlik çəkdi. Düzdü, komanda qol vəziyyətləri yaradırdı, ancaq son nöqtəni qoymaqda problemlə üzləşirdiz.
- Bu bizim çoxdankı “xəstəliyimizdi”. Yalandan deyə bilmərəm ki, komandada bu problem yoxdu. Amma çalışacağıq ki, Lüksemburqdakı cavab görüşündə ələ düşən fürsətlərdən maksimum yararlanaq.
- İlk suala cavabında bildirdin ki, “alınmadı”. Bəlkə bir qədər də dərinə gedək. Peşəkar kimi oyunu təhlil edib nəyin alınmadığını deyə bilərsən?
- Fikrimi necə izah edim ki, siz də məni başa düşəsiz. Həmin gün bizdə heç nə alınmadı. Nə müdafiədə, nə də hücumda istədiyimiz kimi çıxış edə bildik. Halbuki matçdan öncə başqa şeylər haqda düşünürdük. Bəlkə də yeni komanda kimi formalaşa bilməmişik. Düşərgəyə yeni qoşulanlar Qəbələdə ilk dəfə meydana çıxırdılar. Meydana, mühitə uyğunlaşmaq amili futbolda böyük önəm daşıyır. Adam istirahət üçün belə bir neçə günlük başqa ölkəyə gedəndə yerli iqlimə, ab-havaya uyğunlaşmağa bir neçə gün sərf edir. Adi bir misal çəkim. Elə bilirsiz biz Sloveniyaya toplanışa yollananda ilk gündən hər şey yüksək səviyyədə olur? Belə düşünürsüzsə, yanılırsız. Ən azı iki gün əziyyət çəkirik. Adi saat fərqi orqanizmə təsir göstərir, o ki qaldı iqlim. Təsadüfi deyil ki, ilk turda Azərbaycana səfər edən klubların futbolçuları kəskin istilərdən və rütubətdən şikayətçi oldular.
- Oyununuz alınmadısa, nəyə görə hesab 0:2 olandan sonra “Qəbələ” rəqibin qapısı önündə təhlükəli qol vəziyyətləri yaratmaqla yanaşı, meydanda ağalıq edən tərəf oldu? Bəlkə ilk dəqiqələrdən qorxaq oyun sərgilədiyinizə görə cəzalandız?
- Bu məsələ mənə də maraqlıdı. Hesab 0:0 olarkən bəlkə də arxayınlığın qurbanı olduq. Oyundan öncə əmin idik ki, “Proqres”i evə məğlub yola salacağıq. Hesabda geri düşdükdən sonra sanki yuxudan ayıdlıq və rəqibi öz qapısına doğru sıxışdırdıq. Qol vura bilməsək də, bir məqama sevinirəm ki, komandada özünə əminlik yarandı. Futbolçularımız başa düşdü ki, Lüksemburq klubu nə “Barselona”dı, nə “Real”, nə də “Bavariya”. Bir qədər toparlanıb, bacardığımız futbolu oynasaq, onları məğlub edə bilərik. Səfər ərəfəsində bu haqda öz aramızda söhbət etmişik. Və inanıram ki, səfərdə çətin olsa da, növbəti mərhələyə adlamaq missiyasının öhdəsindən gəlməyi bacaracağıq.
- Oyun üslubuna görə “Proqres”i premyer-liqada çıxış edən hansı klubumuzla müqayisə edə bilərsən?
- Müqayisə aparmaqda çətinlik çəkirəm.
- Mövsümlərarası fasilədə komandaya qoşulan yeni legionerlər haqda nə deyə bilərsən?
- Özüm də onlar kimi meydana çıxıb baş məşqçinin tapşırıqlarını yerinə yetirirəm. Mən nə deyim? Bu suala baş məşqçi və köməkçiləri cavab verə bilər. İstənilən halda, mən onlar haqda mətbuata mənfi fikir səsləndirə bilmərəm. Bu etik cəhətdən də düzgün çıxmaz.
- Oyundan bir gün öncə təşkil olunan mətbuat konfransında baş məşqçiniz Sənan Qurbvanov rəqibin yoldaşlıq görüşlərini izləmədiyini söylədi. Sənə elə gəlmir ki, “Proqres”i yaxından tanımadığınıza görə uduzduz?
- Məncə, ilk mərhələdə rəqibi tanıyıb-tanımamağın elə də böyük önəmi yoxdu. Güclü olsaydıq və öz oyunumuzu sərgiləyə bilsəydik, 90 dəqiqəni qalib kimi başa vura bilərdik. Sadəcə, təkrarçılıq olmasın, oyunumuz alınmadı. Futbolda bəzən belə olur. Kağız üzərində favorit göstərilən komandanın oyunu getmir. Rəqibdə isə özü də gözləmədən hər şey alınır.
- “Proqres”in üstün cəhətini deyə bilərsən? Rəqibin heyətində kimi xüsusi fərqləndirərdin?
- Buna üstün cəhət demək olarsa, müdafiədə çox sıx oynamalarını qeyd edə bilərəm. Hiss olunur ki, intizamlı komandadı. Ancaq özünüz də gördüz ki. biz bir qədər sürəti artırınca, arxa xətdə boşluqlar yaranmağa başladı. Kimisə fərqləndirməyə gəlincə, xüsusi qeyd olunası futbolçu görmədim. Ümumi ansambl kimi yaxşı idilər, ancaq fərdi seçilən oyunçuları yoxdu.
- Onu da nəzərə almaq lazımdı ki, komandanın “vuran ayağı” olan Aleksandr Karapetyan ilk oyunda məlum səbəblərdən Qəbələyə gəlməmişdi. “Proqres”in aparıcı oyunçularından olan Mətin Karayer isə cəza səbəbindən ilk oyunu buraxmalı oldu. Cavab görüşündə onlar da meydanda olacaq...
- Bu bizi qorxutmur. Tam səmimi deyirəm, biz onlardan üstün komandayıq. Ancaq təəssüf ki, birinci görüşdə bunu meydanda göstərə bilmədik. Adı çəkilən futbolçuların cavab qarşılaşmasında meydana çıxmasından da çəkinmirik.
- Karapetyan Lüksemburq mətbuatına açıqlamasında təxminən “inanıram ki, azərbaycanlı futbolçular mənə qarşı aqressiv oyun nümayiş etdirməyəcək” kimi fikir səsləndirib. Necə düşünürsən, o bununla özünü “sığortalamağa” çalışıb, yoxsa oyundan öncə təxribat yaratmaq üçün bu fikirləri səsləndirib?
- Onun səsləndirdiyi fikirlər mənim üçün maraqlı deyil. İdmanı siyəsətlə qarışdırmaq düzgün deyil. Bizim əsas məqsədimiz meydana çıxıb sərfəli nəticə qazanmaqdı.
- Karapetyan cavab görüşündə qol vursa, bir ağdamlı kimi bu sənə necə təsir göstərəcək?
- Bundan əvvəlki sualda bildirdim axı, idmanı siyasətə qatmaq düzgün deyil. Bu günə kimi bir çox idman növlərində həm bizim, həm də onların idmançıları qalib gəliblər. Çalışacağıq Karapetyanın qol vurmasına imkan yaratmayaq. Ancaq qol vursa da, bunu faciə kimi qiymətləndirmək düzgün deyil. Bu futboldu, hər şey ola bilər. Bu gün yaşıl meydanlarda bir-birinə düşmən olan ölkələrin yığmaları üz-üzə gəlir. Sizin sözünüzdən belə çıxır ki, həmin görüşlərdə məğlub olan millinin və ya klubların üzvləri ölkələrində dar ağacından asılmalıdı? Ancaq sizə və “Qəbələ” azarkeşlərinə söz verirəm ki, sona qədər var qüvvəmizlə mübarizə aparıb mərhələ adlamağa çalışacağıq. Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Bu gün, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Bu gün, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Bu gün, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Bu gün, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Bu gün, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Bu gün, 00:05 Turun oyunçusu Bu gün, 00:04 TURUN SİTATI Bu gün, 00:02 Məhsuldarlıq rekord vurdu Bu gün, 00:01 Turun statistikası Dünən, 23:59 TURUN MƏŞQÇİSİ Dünən, 23:58 Turdan məqamlar Dünən, 23:56 16 medalın izi ilə... Dünən, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu Dünən, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi Dünən, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır Bütün xəbərlər
Ən çox oxunanlar