17 iy 17:21aktual

Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib

Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib
“Uypeşt”in azarkeşləri “Neftçi” fanatlarını hədələdi
“Neftçi”nin Avropa Liqasının birinci mərhələsində Macarıstan “Uypeşti” ilə qarşılaşacağı məlum olunca, “ağ-qaralar”ın azarkeşlərlə sabiq əlaqələndiricisi, hazırda sadəcə, azarkeş kimi paytaxt təmsilçisini dəstəkləyən Kənan Hənifəyev “feysbuk” səhifəsində komandanı dəstəkləmək üçün Macarıstana yollanmaq istəyənlərə tur-paket təklif etmişdi. Onun təklif etdiyi şərtlər isə belə idi: “2 gecə 3 gün olmaqla Budapeştin gözəlliyini görməklə yanaşı, komandamıza dəstək olmaq şansını qaçırmayın. Lol Boutiqea Hostel City Centerde - bir nəfər 49 avro olmaqla 2 gecə 3 gün qalaraq + oyuna baxmaq üçün bilet və Şengen vizasına sənəd verilməsinə dəstək göstəriləcək. Qiymətə aviabilet daxil deyil, Kutaisidən uçuş etmək istəsəz, Bakı - Kutaisi - Bakı avtobus nəqliyyat xidməti 23 avro təşkil edəcək. İndidən qərarınızı verərək komandamıza səfərdə dəstək olaq”.
Xatırladaq ki, Hənifəyev bu elanı iyunun 20-də, yəni püşkatma günü özünə məxsus səhifədə yerləşdirmişdi. Bəs görəsən, gerdiə qalan günlərdə onun təklif etdiyi şərtlərlə razılaşaraq müraciət edənlər olub? Bu məsələyə aydınlıq gətirmək üçün Kənan bəylə əlaqə saxladıq: “Macarıstan turu ilə əlaqədar, yəni futbola baxmaq istəyənlər cox idi. Aralarında tanıdıqlarım da var idi, tanımadıqlarım da Sadəcə, viza ilə bağlı bəzi sənədlərin toplanılması və viza alınması üçün müraciətdə gecikənlər oldu. Onu da bildirim ki, ümumiyyətlə, viza üçün tələb olunan sənədlərin tərtibində çatışmazlıqlar çox olduğundan səfərə cıxan azarkeşlərin sayı az olacaq. Amma fərdi olaraq Bakıdan və Avropanın başqa şəhərlərindən olan “Neftçi” azarkeşləri bu oyunda iştirak edəcəklər. Təxmini hesablamalara görə onların sayı 50-dən çox olmalıdı. Ancaq onların hamısının bir sektorda oturub oyunu izləyəcəyi, “Neftçi”yə birgə dəstək verəcəyi hələ tam dəqiqləşməyib”.
“Dalğa Arena”da keçirilən ilk görüşdən sonra “Neftçi” fanatları ilə “Uypeşt” azarkeşləri arasında insidentin yaşandığından xəbəriniz var. Söylənilənlərə inansaq, olay Mərdəkandakı restoranlardan birində, oyunun keçirildiyi arenanın yaxınlığında baş verib. “Neftçi” fanatları stadiona qədər təntənəli yürüş təşkil ediblər. Yolda onlar restorandan çıxan macarlara rast gəliblər. Şifahi söz atışması davaya keçib. Bu məsələ Macarıstanda da geniş müzakirə olunub. "Uypeşt"in azarkeş səhifəsində Bakıda yaşananlar haqda fikirlərini bildirən macarlar dava-dalaşa görə "Neftçi" azarkeşlərini günahlandırıblar. Onların yazdıqlarına görə, "Neftçi" fanatları toplum halında restoranın qabağından keçəndə orda olan macar azarkeşlərə hücum ediblər. "Uypeşt" tərəfdarları bakılı fanatların sayının 100 nəfərə yaxın olduğunu bildirib. Məhz bu hücumdan sonra qonaqlar restorandan uzaqlaşmaq məcburiyyətində qalıblar. Macar azarkeşlər onu da iddia edir ki, hücum edən "Neftçi" tərəfdarları osla da, polis onlardan 7 nəfəri saxlayıb. Sonda macarlar "ağ-qaralar”ın fanatlarına mesaj göndərməyi də unutmayıb: "Sizi Macarıstanda gözləyirik".
Görəsən, “Uypeşt” tərəfdarlarının bu xəbərdarlığı Macarıtana yollanmaq istəyən “Neftçi” azarkeşlərini qorxutmur ki? Kənan bəylə söhbətdə bu məsələyə də toxunduq: “Bildiyiniz kimi, ilk oyunda macar azarkeşlərlə bizim tərəfdarların yürüş zamanı qarşıdurması olub və bunun davamı kimi sosial şəbəkələrdə də mövzü davam edib. “Uypeşt” ultrasların yazıdıqarına əsasən bu qarşıdurmanın davamı olacaq. Fürsətdən istifadə edib oyunu tribunalardan canlı izləyəcək “Neftçi” azarkeşlərinə səslənirəm. Ehtiyatlı olun, təxribata getməyin və klub atributlarına sahib cıxın. Əsasən xoşagəlməz halların şəhərdə baş verəcəyi ehtimal olunur. Çünki Budapeştin küçələrində başverənləri tur təşkilatçıları nəzarət altında saxlamaqda çətinlik çəkə bilərlər. Fikrimcə, stadionda təhlükəsizlik məsələsi həllini tapacaq və azarkeşlərimiz rahat şəkildə oyuna baxacaqlar”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar