17 iy 20:15aktual

Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi

Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi
“Bu bir qəza idi, bizə yaxşı dərs oldu”
Avroliqa təmsilçilərimizdən “Keşlə”ylə “Qəbələ”nin “cirtdan” ölkələrin təmsilçilərinə uduzması heç yerinə düşmədi. Mərhələ adlayacaqlarına şübhə etmədiyimiz komandalar bir gündə iki məğlubiyyətlə həm öz işlərini çətinə saldılar, həm də ölkə reytinqinə xal yığmaq baxımından ziyan vurdular. İndiki vəziyyətdə hər ikisinin vəziyyəti ağırdı. Sirr deyil ki, həm “Baltsan”, həm də “Proqres” ilk oyundakı üstünlüyü əldən verməmək üçün müdafiə olunacaq.
“Keşlə”nin məğlubiyyətində qapıçı və müdafiəçilərin xüsusi “rolu” oldu. Ən başlıca problem isə müdafiə xəttinin dirəyi sayılan Adrian Skarlatakenin meydanda görünməməsiydi. Zədəli olduğuna görə mübarizəyə qoşula bilməyən rumın futbolçunun yoxluğu arxa xətdə ciddi boşluqların yaranmasına səbəb olmuşdu. Cavab matçında da oynaya bilməsə, vay “Keşlə”nin halına. Amma yox. Skarlatake, çox güman, iyulun 19-da baş tutacaq görüşdə komandasına kömək edə biləcək. Hər halda, özü belə deyir.
- Meydanda olmamağın “Keşlə”yə böyük problemlər yaratdı. Fərqindəydin?
- Oynamağı hamıdan çox özüm istəyirdim. Amma bu böyük risk ola bilərdi. Zədəli halda meydana çıxsaydım və həmin zədəni ağırlaşdırsaydım, uzun müddət yaşıl meydanlardan kənarda qala bilərdim. Bu isə komandamın ziyanına olacaqdı. Ona görə də ehtiyatlı davranmaq istədim. 90 dəqiqə ərzində hansı hisslər keçirdiyimi Allah bilir. Bəzən elə an olurdu ki, tribunadan meydana tullanmaq istəyirdim.
- Hansı oyunda zədələnmişdin? “Traktorsazi” ilə matç idi?
- Yox-yox, ondan əvvəlki görüş. “Levadiya” ilə qarşılaşma idi. Ağrılarım var idi, düşünürdüm ki, keçər.
- Nə zədəsiydi?
- Rəqiblə toqquşmada çiynimdən və qabırğamdan zərbə almışdım. Təzə-təzə o qədər də hiss eləmirdim. Sonradan şiddətli ağrılar hiss etməyə başladım.
- Zədəni sağaltmaq nə qədər vaxt tələb edir?
- Hardasa 10 gün müalicə almalı, yüklənmədən azad olmalıydım. Ona görə də ayın 12-də oynaya bilmədim. Yenə deyirəm, oynasaydım, vəziyyəti pisləşdirə bilərdim.
- İynə gücünə də oynaya bilməzdin?
- Elə zədələr var ki, iynəylə ört-basdır etmək olur. Lakin bu zədə elə yerdədi ki, iynəlik deyildi. İynəylə həll olunacaq zədə olsaydı, əmin olun, meydana çıxacaqdım. Lazım olan hər şeyi etdik, amma düzələnə oxşamırdı. Ağrılar keçmirdi. Hətta oyundan əvvəl zədəli halda məşq edirdim ki, bəlkə keçər və ya ağrılar olmaz.
- Heç olmasa, cavab görüşündə meydanda olacaqsan?
- 80-90 fazi hazır olacam. İndi yalnız bu haqda düşünürəm. Matçdan bir gün əvvəl dəqiq bilinəcək.
- Dediyin kimi, oyunu tribunada izləyirdin. Maraqlıdı, yanında kimlər var idi?
- Klub rəsmiləri idi.
- “Keşlə”də əsas söz sahibi olan Zaur Axundov da yanındaydı?
- Yanaşı əyləşmişdik.
- Buraxılan qollardan sonra Axundovun reaksiyası necə idi?
- Hamı bilir ki, Zaur müəllim emosional insandı. Hər şeyə tez reaksiya verəndi. Amma bu dəfə sakit idi. Düzdü, üzülürdü, amma əsəbini içində boğurdu. Məncə, cavab görüşünə olan inamdan irəli gələn səbr idi.
- Oyun kənardan necə görünürdü? Bu cür məğlubiyyətin səbəbi nə idi?
- Rəqib heç nə etmədi, nə etdiksə, özümüz etdik. Müdafiədə kobud səhvlərə yol verməyimiz “Baltsan”ın işini asanlaşdırdı. Komandaların müqayisəsinə qalsa, o cür məğlubiyyətə layiq deyildik. Sadəcə, elə alındı ki, onların hər cəhdi qolla nəticələndi. Açıq deyirəm, “Baltsan” “Keşlə”dən güclü komanda deyil.
- Səhvlərin səbəbi nə idi?
- İlk növbədə öyrəşmədiyimiz hava şəraiti. Türkiyədə sərin havada hazırlıq keçmişdik. Birdən-birə mühiti dəyişib istiyə düşməyimiz müəyyən təsir etdi. Başqa bir səbəb isə 2 qoldan sonra uşaqların toparlana bilməməsi oldu. Düzdü, hesab arasındakı fərqi azaltdıq. Amma 2 qol buraxmağımız futbolçuların ağlından çıxmırdı. Halbuki Maltaya uğurlu nəticə dalınca getmişdik. Qətiyyən ruhdan düşmürük, çünki qarşıda 90 dəqiqə vaxtımız var.
- Vaxt var, amma rəqib qapısından 3 qol keçirmək də su içmək qədər asan olmayacaq.
- Həyatda onsuz da asan heç nə yoxdu. Təbii, bizim üçün çox çətin olacaq. “Baltsan” bizə 4 qol vurmağı bacardısa, biz niyə üçünü vurmayaq? Öz əlimizdədi. Kobud səhvlərə yol verməsək, bacaracağıq. Qələbə qazanıb, mərhələ adlayacağımıza inanıram. Hətta deyərdim ki, əminəm.
- Məğlubiyyətdə öz yoxluğunun ciddi rol oynadığını düşünmürsən? Sanki müdafiə xətti başsız qalmışdı...
- Xatırlayırsızsa, çempionatın sonlarında 7 oyunda qələbə qazandıq. “Qarabağ”, “Neftçi”, “Zirə” kimi iddialı rəqibləri məğlub edib, finalda “Qəbələ”ni üstələdik. Və ən maraqlısı, bu qədər oyunda qapımızdan 2-3 qol buraxmışdıq. Səbəb isə oturuşmuş müdafiə xəttinə sahib olmağımız idi. “Sağ”da Sərtan, “sol”da Slavik, mərkəzdə mən, Denis və Tərlan. Yəni hamı bir-birini gözüyumulu başa düşürdü, kimin hansı vəziyyətdə səhv edə biləcəyini göz önünə alıb, “sığortalamağa” hazır idik. Ona görə də hər bir oyunçu komanda üçün vacibdi. Kimsə olmayanda, yeri görünür. Lap mən yox, Denis və ya Slavik oynamasaydı, yenə çətinlik çəkəcəkdik. 2 ildi bu komandadayam, 4 qol buraxmağımız yadıma gəlmir. Ən ağır günlərimizdə, gənc futbolçularla oynayan vaxtlarda belə, qapımızdan bu qədər qol buraxmamışdıq. Belə deyim, “Baltsan”a bu cür yenilgi bir qəza idi. Bizə yaxşı dərs oldu.
- Sənə elə gəlmir ki, bir başqa səbəb rəqibin adına uyğun arxayınlıq idi. Futbolçular “Baltsan”ı asan keçəcəklərini düşünürdülər.
- Yox-yox. Bu, əsla ola bilməz. Əksinə, rəqibi ciddiyə alırdıq. Heyətlərində 8 legioner var. Braziliyadan, Serbiyadan, Kolumbiyadan futbolçular cəlb ediblər. 2 il əvvəl “Neftçi”ni Bakıda məğlub etdiklərini də unutmamışdıq. Malta futbol ölkəsi olmaya bilər. Amma futbola böyük pullar yatırırlar. Tanışlarımdan biri ilə söhbətdə bildirdi ki, “Baltsan”da elə futbolçular var ki, “Keşlə”nin oyunçularından daha çox maaş alırlar. İndi zəif komanda anlayışı yoxdu. Bir az pulu olan klublar ağıllı iş görməyə çalışırlar. Biz bir tərəfə, “Qəbələ”ni gördüz? Onlar da Lüksemburq təmsilçisinə boyun əydilər, həm də evdə. Ona görə də arxayınlıqdan qətiyyən söhbət gedə bilməz.
- Yəni “Baltsan” haqqında ağızdolusu danışmalı komandadı?
- Fantastik komanda deyil, amma zəif də demək olmaz.
- Hansı komanda daha üstündü?
- Ayrı-ayrı futbolçuların təcrübəsini və səviyyəsini nəzərdə tutsaq, təbii ki, “Keşlə”. Amma onlar da futbol oynamağı bacarır. Üstün olduğumuzu cavab görüşündə sübut etməliyik.
- Matç başa çatandan sonra Yuri Maksimov futbolçulara nə dedi?
- Düzü, bundan xəbərsizəm. Çünki paltardəyişmə otağına getmədim. Hamının əsəbi olduğu durumda kənarda qalmağı üstün tutdum. Açığı, özüm də pis olmuşdum deyə, sakitlik istəyirdim.
- Sizinlə yanaşı tribunada “Keşlə”ni dəstəkləyən azarkeşlər vardı...
- Bilirəm, gördüm. Sağ olsunlar, sona qədər komandaya dəstək verdilər. Açığı, 1:3-dən sonra narazılıq edəcəklərini düşünürdüm. Amma qəzəblənmədilər, əskinə son saniyələrə qədər komandanı ruhlandırmağa çalışırdılar. Sayları az olsa da, səsləri gəlirdi.
- Sonda azarkeşlərə demək istədiyin söz var?
- Belə məqamda nəsə demək çətindi. Amma vacib olan odu ki, hamımız gücümüzə inanırıq. Və əminik ki, “Baltsan”ın qapısından 3 top keçirə biləcəyik. Hər birimiz meydanda can qoyacağıq, bu birmənalıdı. Üstəlik, oyunun təbii örtüklü “Dalğa Arena”da keçirilməsi də xeyrimizədi. İlk növbədə “Keşlə”nin və Azərbaycanın adını yaşatmaq üçün mübarizə aparmalıyıq. Azarkeşlərə necə komanda olduğumuzu göstərməliyik. Daha sonra öz adımız və mükafat üçün. Rəhbərlik mərhələ adlayacağımız təqdirdə yaxşı məbləğdə mükafat verəcək. Bütün gücümüzü ortaya qoyub, lazım olan nəticəni qazanacağımıza əminəm. Yadınızdadısa, “Qəbələ”ylə final görüşündən əvvəl heç kim bizə inanmırdı, hamı rəqibin kuboku qazanacağını düşünürdü. Lakin biz bunu bacardıq. Həmin “Keşlə”di, heç nə dəyişməyib. Azarkeşləri maraqlı oyuna baxmağa və “Keşlə”ni dəstəkləməyə dəvət edirəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı Bu gün, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” Bu gün, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır Bu gün, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi Bu gün, 06:21 Ovusu Kvabena “Qarabağ”da Bu gün, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı Bu gün, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi Bu gün, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü Bu gün, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır Bu gün, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? Bu gün, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar Bu gün, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb Bütün xəbərlər
Ən çox oxunanlar