Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu » Football-plus.az
17 iy 17:07aktual

Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu

Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu
“Gün ərzində ancaq təyyarədə sendviç yemişdik”
Bakıda keçirilən matçda 3:1 hesabıyla uduzan “Uypeşt”in futbolçuları Budapeştə döndükdən sonra Macarıstan mətbuatına açıqlama veriblər. Komandanın yarımmüdafiəçisi Benjamin Balaş məğlubiyyətə səbəb kimi Bakıda havanın çox isti olmasını və komandanın iki oyunçusunun sənəd problemi səbəbindən kollektivdən ayrı düşməsini göstərib: “Mən ilk oyundakı nəticəyə görə çox üzgünəm. Biz yalnız 25 dəqiqə normal oyun göstərə bildik. Ondan sonra isə səhvlərə yol verməyə başladıq. Viza səbəbindən iki oyunçumuz da Bakıdakı matçda meydana çıxa bilmədilər. Havanın hərarətindən isə danışmağa dəyməz. Belə şəraitdə heç vaxt futbol oynamamışdım. Bakıda rütubət saunada olduğu kimi idi. Ancaq Budapeştdə bizi cavab qarşılaşması gözləyir. “Neftçi”yə minimum 2 qol vurmalıyıq. Bu çətin də olsa, mümkünsüz deyil. Rəqibin heyətində yaxşı futbolçular çıxış edir. Baqali Dabo ilə Namiq Ələsgərovu xüsusi qeyd edərdim”.
“Uypeşt”in ilk oyun üçün Bakıya səfəri zamanı yaşananlar Macarıstanda çox müzakirə olunur və artıq qalmaqala çevrilib. Komandanın başına gələnlərlə bağlı “bənövşəyilər”in kapitanı Robert Litauski də açıqlama verib. “Nemzeti Sport”un əməkdaşı ilə söhbətdə rəhbərliyi sərt tənqid edən təcrübəli futbolçu bunları bildirib: “Təəssüf ki, biz artıq həvəskar komanda səviyyəsinə enmişik. İlk oyunu peşəkar kimi dəyərləndirib, harda səhv, harda düz oynadığımızı deməliydim. Lakin meydandan kənarda başverənlər məni başqa məqamlardan danışmağa məcbur edir. Komandamızın avrokuboklara vəsiqə qazanmasını 9 il gözləmişdik. Mən klubumuzun sahibi Roderik Düşatele barədə yox, Bakıya səfəri ucuz etmək üçün hər yola əl atan rəhbər şəxslərimizdən danışıram. Səfərimiz elə bərbad keçdi ki, hətta söz tapa bilmirəm. Biz çərşənbə günü səhər tezdən yola çıxdıq. Çərşənbə axşamı klubdan mənə dedilər ki, viza ilə bağlı problemim var. Guya səfərə çıxmaq üçün lazım olan sənədləri doldurarkən hansısa səhvə yol verilib. Və buna görə evdə qalmalıyam. Sonra dedilər ki, 90 faiz səni Azərbaycana buraxmayacaqlar. Riskli olsa da, səfərə çıxmağa qərar verdim. Beləliklə, 30 nəfərlik təyyarə ilə yola çıxdıq. Təyyarə iki dəfə yanacaq üçün eniş etməli oldu. Günümüz, demək olar ki, yolda keçdi. Bakıya çatanda axşam idi. Hətta təyyarə bələdçiləri və pilotlar da başverənlərə görə bizə “hansı günaha yol vermisiz ki, sizi belə cəzalandırırlar” sualını verdilər”.
Təyyarədə ancaq sendviç yediklərini deyən Litauski Azərbaycan paytaxtına gec çatdıqları üçün oyunöncəsi məşqə çıxa bilmədiklərini deyib. O, Heydər Əliyev Beynəlxalq Hava Limanında viza alarkən, konsulla söhbətə vaxtının getdiyini və komanda yoldaşlarına sonradan oteldə qoşulduğunu əlavə edib: "Otelə gecə saat 1.30-da çatdım. Nə yeyə, nə də içə bildim. Gün ərzində ancaq təyyarədə sendviç yemişdik. Hamı yatdığı vaxt mən özüm üçün məşq edirdim. Komanda yoldaşlarım Alassan Diallo və Obinna Nvobodoya baxanda mən daha yaxşı durumda idim. Onlar viza ala bilməyərək, səhərçağı Budapeştə qayıtmaq məcburiyyətində qaldılar".
Kapitan oyun günü rütubətin 90 faiz olması səbəbindən oteldən gəzməyə də çıxa bilmədiklərini söyləyib. Onun fikrincə, qapıçı Filip Payoviçin səhvlərə yol verməsinin səbəbi normal şəraitdə hazırlaşmamaları olub: "Biz bütün oyunboyu əziyyət çəkdik. Orqanizmimiz meydanda zorlandı. Bu, böyük məyusluq idi. Hamı bizə oyunumuza görə hücum edir. Amma heç kim səfər boyunca təşkilatçılığın aşağı səviyyədə olmasından danışmır. Rəhbərlik müflis olduğunu bildirir".
Təcrübəli oyunçu sözlərinin çoxunun xoşuna gəlməyəcəyini, lakin kapitan kimi bunları deməli olduğunu vurğulayıb. Bütün bunlara rəğmən, "Uypeşt"in aparıcı futbolçusu mərhələ adlamaq üçün hər şeyi edəcəklərini söyləyib: "İnanıram ki, bir komanda kimi ayağa qalxaraq normal oynaya bilərik. Bütün mümkün nə varsa, edəcəyik, çünki "Neftçi" məğlubedilməz komanda deyil. Hərçənd büdcəmiz məhduddu. Hamımız ambisiyalıyıq və yolumuza davam etmək istəyirik".
Futbolçunun narazı açıqlamasına baxmayaraq, "Uypeşt"in rəsmi saytı Bakıya səfərin ideal keçdiyini, komandanın hava limanından 3 dəqiqə məsafədəki beşulduzlu "Şeraton" otelində qaldığını qeyd edib.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar