15 iy 15:38aktual

Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi

Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi
Dabo isə Fransanın qələbə qazanacağını düşünür
Sabah saat 19.00-da dünyanın gözü Moskvaya dikiləcək. Zarafat deyil, bir aydı davam edən gərgin mübarizənin finalıdı və məhz bu oyunda dünya çempionunun adına aydınlıq gələcək. Həlledici matçda Xorvatiya və Fransa yığmaları “Lujniki”də meydana çıxacaqlar.
Təbii, bu iki millini dəstəkləyənlərin sayı kifayət qədərdi. İyulun 15-dəki finalı xeyli azərbaycanlı və Azərbaycanda yaşayan qonaqlar izləyəcək. Onların arasında heç şübhəsiz, futbolçular da var. Həm də məhz bu ölkədən olanlar. Məsələn, Xorvatiyadan olanlar – Filip Ozobiç, Qoran Paratski və Slavko Braliç. Və son günlərin gündəmdə olan ismi - fransız Baqali Dabo.
Maraqlıdı, onlar məlum qarşılaşma haqda nə düşünürlər? Yekun nəticəylə bağlı proqnozları nədi? Matçı harda və kiminlə izləyəcəklər?
Filip Ozobiç: “Kiminlə və harda baxacağımı dəqiqləşdirməmişəm. Həmin ana olan vəziyyətdən asılıdı. Çox güman, Bakıda yaşayan xorvat dostlarla birgə olacam. Hər iki komanda finala qədər irəliləyə bilibsə, burda aşkar favoritdən danışmaq düzgün olmaz. Hər ikisinin kuboku qazanmaq imkanı var. Ona görə də şansların bərabər olduğunu düşünürəm. Bəli, bu gün Fransa güclüdü, amma mən Xorvatiyanı dəstəkləyəcəm. Fikrimcə, millimiz 2:1 hesabıyla qalib gələcək”.
Qoran Paratski: “Olduqca maraqlı və gərgin oyun olacaq. Fransa güclü ola bilər. Hətta onları favorit göstərənlərin sayı daha çoxdu. Amma unutmayaq ki, biz də zəif deyilik. İstənilən rəqiblə başabaş oynaya bildiyimizi dəfələrlə sübut etmişik. Əlbəttə, finala çıxmağın özü böyük bayramdı. Amma əsl bayram iyulun 15-də olacaq. Kuboku Xorvatiya yığması qazanacaq. Ənənəvi olaraq oyuna əlavə olunmuş dəqiqələrdə qol vurub 1:0 hesabıyla qalib gələcəyik. Matçı harda izləyəcəyimizi dəqiq bilmirəm. Hər halda, bir yer taparıq”.
Slavko Braliç: “Qoranın dediklərinə şərikəm. Fransa güclüdü, amma qələbə bizim olacaq. Yekun hesab ilə 1:0 olacaq”.
Baqali Dabo: “Heyətimiz güclüdü. Xorvatiya ilə müqayisədə Fransa yığmasında çox sayda gənc, amma istedadlı oyunçular var. Məhz onların istəyi və əzmkarlığı nəticəsində qalib gələcəyik. Yekun nəticə isə ya 1:0, ya da 2:1 bizimkilərin xeyrinə olacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:46 Hidayət Heydərov medal həsrətinə son qoysa da... Bu gün, 14:23 Bosançiç “Keşlə”ni Zaur Axundova görə tərk edib Bu gün, 14:22 Ömər Paşayev Samir Abasovun ittihamına cavab vermədi Bu gün, 14:20 “Qəbələ” Sənan Qurbanovla yola davam edəcək Bu gün, 14:19 Almeyda “Astana”da qol hesabını açdı Bu gün, 14:17 "Qarabağ" 4 milyon qazandı Bu gün, 14:14 Qurban Qurbanov: “Bundan sonra Mahiri sosial şəbəkələrdə çox az görəcəksiz” Bu gün, 14:12 “Qarabağ” “Qəbələ”ni acınacaqlı vəziyyətə saldı Bu gün, 13:58 Namiq “Qəbələ”ni siyahıdan silməyin tez olduğunu düşünür Bu gün, 13:56 “Dalğa Arena”da striptiz-şou və söyüş dalğası Bu gün, 13:51 Əfran “Keşlə”ni 20 dəqiqəyə məhv etdi Bu gün, 13:47 Sərtanın durumu qənaətbəxşdi Bu gün, 13:45 Deviçin seriyası Bayılda qırıldı Bu gün, 13:32 “Füzuli”də yetərsay olmadı, matç baş tutmadı Bu gün, 13:31 Kaka Azərbaycan üçün darıxıbmış Bu gün, 13:28 Yığmamız Qazaxıstanla bacarmadı Bu gün, 13:28 Yığmamız Qazaxıstanla bacarmadı Bu gün, 13:21 “Sumqayıt” yenə geridönüş etdi Dünən, 20:13 Elbrus İsmayılov çarəsizdi… Dünən, 20:10 “Sportinq”ə məğlubiyyəti şərtləndirən səbəblər Dünən, 20:08 Mahir Mədətov atmacalarına davam edir Dünən, 14:20 Pulun ola, gedib, gəzib, qayıdasan Dünən, 14:12 Təcrübə və səviyyə fərqi... Dünən, 14:10 Qara Qarayev “Qarabağ”a badalaq vurdu Dünən, 14:09 Portəgizlər məmnun, ağdamlılar məyusdu 21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar